"Dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır"
Alp Arslan İmamqulu: “Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunacaq torpaqlarıdır”
“Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin hüquqi varisidir və bu mütləq qərb sərhədlərimizin delimitasiyası zamanı nəzərə alınacaq”.
Versus.az xəbər verir ki, bunu hərbi təhlilçi Alp Arslan İmamqulu Ermənistanın sərhəddə törətdiyi təxribatlara Azərbaycan ordusunun “Qətiyyətli cavab”ından sonra ermənilərin yaratdığı səs-küy, eləcə də daxildə bəzi qruplar tərəfindən "Göyçə-Zəngəzur Respublikası" elan olunması və digər məsələlərlə bağlı yaranan mübahisəli nüanslara diqqət çəkərkən bildrib.
Hərbi təhlilçi hesab edir ki, regionda mövcud gərginlik kontekstində bir də "Göyçə-Zəngəzur Respublikası"nın elan edilməsi Azərbaycana və onun tarixinə qarşı xarici düşmən qüvvələrin növbəti təxribatıdır:
“Bu elanı verənlər tariximizi qətiyyən bilmirlər. Bu, baş verən son proseslər zəminində dövlətimizə qarşı atılmış düşünülmüş murdar addımdır. Əgər yeni bir dövlət qurulucaqsa bu Azərbaycanın varis olaraq haqqı olan ərazilərdə qurulmalı deyil. Bəhs olunan ərazilər Azərbaycanın itirilmiş və bərpa olunacaq torpaqlarıdır”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"