Payız gəldi, mövsümü xəstəliklər dirçəldi

12:05 22-09-2022 | icon 655 | Sağlamlıq
Payız gəldi, mövsümü xəstəliklər dirçəldi

Nərminə Abbasova: “Müəyyən xəstəliklərin ağırlaşmasına fəsil dəyişmələrində daha çox təsadüf olunur”

 

Bu gündən payız fəsli başlayır. Məlumdur ki, hər fəsildə olduğu kimi, payız fəslinin də gəlişi ilə bir sıra xəstəliklər, xüsusən də mədə-bağırsaq, revmatik və başqa xəstəliklər baş qaldırır.

 

Mövzumuzla bağlı Versus.Az-ın oxucularını məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, ailə həkimimiz, terapevt NƏRMİNƏ ABBASOVA diqqətə çatdırdı ki, bu cür havalarda hər bir detala - geyimə, qidaya diqqət etmək lazım gəlir.

 

Təbii olaraq hər bir insanı mövsümü xəstəliklərdən qorunmanın yolları düşündürür. Payız aylarında əsasən nələrə diqqət etməli?

 

Həkim terapevt Nərminə xanım Abbasova bildirdi ki, payız ayları xüsusilə mədə-bağırsaq xəstəliklərinin fəallaşması, mədə xorasının kəskinləşməsi ilə müşahidə olunur. Onun sözlərinə görə, bu fəsildə havada, iqlimdə olan təlatümlər, dəyişmələr insanların adaptasiyasını ortaya çıxaran situasiyalar, xəstəliklərdir:

 

 

“Payız vaxtı mədə-bağırsaq xəstəliklərinin fəallaşması, mədə xorasının kənkinləşməsi müşahidə olunur. Bu əslində bioloji stressdir ki, orqanizm keçirir. Yeni dövrə adaptasiya olunur və həmin adaptasiya prosesləri özünü bəzi xəstəliklərin kəskinləşməsi ilə ortaya qoyur. Payız vaxtı havada olan kəskin dəyişmələr zamanı insanların geyimlərini düzgün seçməməsi də soyuqdəymə xəstəliklərinə səbəb olur. Ən əsası qan təzyiqi olan, bronxial astması olan, şəkərli diabeti olan, bəzi yanaşı ağır xəstəlikləri olan xəstələr belə fəsil dəyişmələrində mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər ki, lazımi dərmanları ala bilsinlər, müayinədən keçsinlər. Çünki aparılan müşahidələr göstərir ki, müəyyən xəstəliklərin ağırlaşmalarına məhz fəsil dəyişmələrində daha çox təsadüf olunur”.

 

Payız mövsümündə qidalanmaya gəlincə, Nərminə xanım qeyd etdi ki, hər mövsümün özünə uyğun qidası olduğu üçün hər mövsümə uyğun qidalarından istifadə olunmalıdır:

 

 

“Payız mövsümünün də öz meyvələri, vitaminli qidaları var ki, onlarla qidalanmaq lazımdır. Qışda tədricən vitamin çatışmazlığı olur. Ona görə də indi bol-bol vitaminli qidalar qəbul etmək lazımdır ki, bədən qışa hazır olsun. Payız aylarında immuniteti qorumaq, daha da gücləndirmək üçün yetərincə planlı qidalanmaq vacibdir. Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir. Bədənin vitamin və mineral ehtiyacını ödəmək lazımdır. Düzgün qidalanma isə gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Bununla da ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq. A və C vitaminləri, antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandarin, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir. Lakin meyvələr şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanıldıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verilməlidir. Yemək zamanı və ya yeməkarası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin”.

 

Həkim deyir ki, düzgün qidalanmada digər şərt, kifayət qədər zülal qəbul etməkdir. Həkimin sözlərinə görə, xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir.

 

Terapevt onu da vurğuladı ki, payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır. Hansı ki, bunu payız depressiyası adlandırılar:

 

 

“Payız depressiyası psixi qərarsızlıq vəziyyətidir, əhval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssizlik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur. Depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlərin çox olmasıdır. Günəşin daha az görünməsi ilə orqanizmdə melotonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan serotonin isə azalır. Payız depressiyasının əlamətləri səhər yuxudan oyanmaqda çətinlik çəkmə, həddən artıq yatma istəyi, ümumi yorğunluq, iştahasızlıq, hər şeyə marağın itməsidir”.

 

Həkim sonda onu da qeyd etməyi vacib bildi ki, payız fəslində insanın əhval-ruhiyyəsində dəyişiklik olsa da, bütövlükdə ciddi mənfi təsir göstərmir. Yəni payız depressiyası bir qisim insanda baş verə bilər və bu da tez keçib gedir.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova mövsümü xəstəliklərdən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI