Zəngəzurdan danışacağıq-Tarixi FAKTLAR

07:46 23-09-2022 | icon 1040 | Tarix
 
Zəngəzurdan danışacağıq-Tarixi FAKTLAR

 

HACI NƏRİMANOĞLU

Zəngəzur: 100 sual, 100 cavab

 

Versus.az təqdim edir:

 

 

 

Zəngəzur ərazisi hansı dövlətlərin tərkibində olub?

 

Zəngəzurun ərazisi hansı bölgələri əhatə edib?

....

 

 

Azərbaycanın tarixi Zəngəzur mahalının ərazisi, əsasən, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edib.

 

Zəngəzurun sahəsi nə qədər olub?

 

Zəngəzur qəzası ayrıca inzibatiərazi vahidi kimi 1861-ci ildə yaradılıb. 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Zəngəzur qəzası (mərkəzi, Gorus) onun tərkibinə daxil edilmişdi.

Cavanşir, Şuşa Naxçıvan qəzaları, cənubdan Araz çayı boyunca İranla əhatə olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918- 1920) Qarabağ general qubernatorluğunun 4 qəzasından biri olmuş Zəngəzurun sahəsi 7.824 kv. km idi. 

 

“Zəngəzur” toponiminin etimologiyası necədir?

 

Addakı «zəngi» etnonimdir, türk tayfa adıdır. Bir çox yer adlarında bu səlcuqların, oğuzların izləri yaşayır. Məsələn, Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli və b.

Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və b.-nın əsərlərində oğuz tayfalarından birinin «zəngi» tayfası olduğu yazılıb.

 

Zəngəzurdakı ikinci leksem ərəbcə «sur» dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir, dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda sur-zurzor daşlaşıb qalıb. Bu toponimi erməniləşdirə bilməyənlərin yozumları, vikipediya, internet səhifələrində də yaydığı «Этимология названия «Зангезур» неясна» kimi fikirlərinin heç bir əsası yoxdur.

 

Ərazi müəyyən fasilələrlə e.ə. IV əsrdən b.e. VIII əsrinə qədər Alban dövləti və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında (1590-1612 və 1724-1735-ci illər) Osmanlı idarəçiliyində olub.

Zəngəzur ərazisi xanlıqlar zamanında Qarabağ xanlığının hakimiyyəti altında olmuşdur. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının Qarabağ generalqubernatorluğunun tərkibindəki qəzalardan biri olmuşdur.

 

Nə üçün Zəngəzur bölgəsinin tarixi ilə daha çox rus, erməni alimləri məşğul olub?

 

Erməni alimləri Zəngəzuru tarixi erməni torpaqları kimi tanıtmağa çalışır, bununla həm də işğalçılıq, ilhaq siyasətinə haqq qazandırmağa çalışırlar. Bu məsələdə ilk növbədə bu işğala 200 ildən bəri hər cür hərbi-siyasi, mənəvi yardımçı olmuş rus imperiyası da maraqlıdır. Ona görə də Vətən torpaqlarımızın şimalında çar Rusiyasının və sovet-kommunist rejiminin 200 illik əsarəti dövründə Azərbaycan xalqının tarixinə dair həqiqətlər çarizmin və sovet «DTK» üsuli-idarəsinin imperiya siyasətinə uyğun olaraq qəsdən ciddi saxtalaşdırmalara və açıq-aşkar təhriflərə məruz qalmışdır. Azərbaycan alimləri, tədqiqatçıları çox zaman bilərəkdən bu problemlərin araşdırılmasından aralı saxlanılmış, arxivlərə buraxılmamışdır. Azərbaycan tarixinin bir çox tale yüklü problem və məsələlərinin «araşdırılması» ilə daha çox rus, erməni, gürcü tarixçiləri məşğul olmuşdur. Sovet tarixşünaslığında, ensiklopediya və dərsliklərdə həqiqətdən uzaq elmi konsepsiyalar xalqımızı, vətənimizi tarixən mənsub olduğu ümumtürk nəhrindən, milli soy-kökündən ayırmağa yönəlmişdir.

 

Ümummilli lider Heydər Əliyev Zəngəzur tarixinin obyektiv tədqiqinə necə stimul verdi?

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut rəhbərləri ilə keçirdiyi görüşdə milli tarix elmi qarşısında Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yenidən obyektiv, vicdanlı yazılması vəzifəsini qoydu. Məsələnin bu müstəvidə qoyulmasının əsas məqsədi son iki əsr ərzində Azərbaycan xalqının yaşadığı məşəqqətli tarixin bütün qaranlıq səhifələrinin açılaraq ilk növbədə Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çatdırılması idi. 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü il illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar itirilmiş torpaqlarımızın, o cümlədən Zəngəzurun həqiqi elmi tarixinin tədqiqi üçün hüquqi əsaslar yaratdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzurla bağlı dövlətimizin siyasi mövqeyini necə ifadə edib?

 

2014-cü il aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində son iki əsrdə Zəngəzurla bağlı tarixi ədalətsizliyin aradan qaldırılacağına dair demişdir: “Xalqımıza qarşı ədalətsizlik edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.”

 

Zəngəzur tarixinin öyrənilməsinin hansı elmi-tarixi, siyasi-mənəvi əhəmiyyəti vardır?

 

Müasir Azərbaycan tarixşünaslığında itirilmiş tarixi torpaqlarının tədqiqi məsələsi mühüm əhəmiyyət kəsb edir. İşğal altında olan Qarabağ, Zəngəzur üzərində dövlətimizin suveren hüququnun bərpa olunması həm də həmin torpaqların tarixən xalqımıza məxsus olmasını elmi cəhətdən sübuta yetirməkdən, dünya ictimaiyyətinə çatdırmaqdan keçir. Tarixi gerçəklikləri mənbələrə istinadla, elmi əsaslarla əks etdirən tədqiqat əsərlərinin yazılması, nəşri, yayılması bu mənada milli məsələ, dövlət əhəmiyyətli vəzifədir. 

 

Hansı xarici alimlərin əsərlərində Zəngəzurla bağlı araşdırma məlumatları var?

 

Diakonoff I.M, Eidem J, Grayson A.K, Каpаnçanyan Qr.А, Меlikişvili Г.А, Меşşaninov И.И, V.M.Sısoyev, Пеrixanyan А.Г, Тurayev С.А, İ.Şeblıkin və digər alimlərin tədqiqatlarında Zəngəzurun qədim tarix, mədəniyyətinə, məişətinə dair çox sayda tutarlı məlumatlar vardır. Bu mənbələrdə Zəngəzur bölgəsinin Azərbaycan mədəniyyətinin qədim beşiklərindən biri olması fikri təsdiq edilir. 1

 

Azərbaycan tarixşünaslığında Zəngəzurun tədqiqi ilə məşğul olanlar kimlərdir?

 

XIX-XX əsr Azərbaycan tarixşünaslığının məşhur nümayəndələri Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, Rzaqulu bəy Cavanşir, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani və b.-nın Qarabağ tarixinə həsr edilmiş əsərlərində, N.N.Şavrov, A-do,S.Zavaryan, M.S.Ordubadi, M.M.Nəvvab, M.R.Fənanın əsərlərində Zəngəzurun tarixinə dair qiymətli məlumatlar var. Müstəqillik dövründə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Zəngəzur tarixinə dair bir çox tədqiqat əsərləri çap edilmişdir və hazırda Tarix İnstitutunda ayrıca monoqrafiya nəşrə hazırlanır. Tədqiqatçı və alimlərimizdən Akif Muradverdiyev, Musa Urud, Vəli Əliyev, İsmayıl Musayev, Kamran İsmayılov, Nazim Mustafa və başqaları Zəngəzur tarixinin obyektiv araşdırılıb öyrənilməsi istiqamətində dəyərli işlər görmüşlər.

 

Zəngəzurun mənbələrdə adı keçən ən qədim bölgəsi haradır?

 

Mənbələrdə xatırlanan ilk yer adı Mehridir. Assur hökmdarları I Tukulti-Ninurta, I Tiqrat-palasar və II Adadnerari e.ə. XIII-IX əsrlərdə Sanqibuti və Armarili vilayətlərinin sərhədində, Urmiya gölündən şimalda yerləşən Mehri adlı ölkəni viran qoyduqlarını, sərvətlərini, var-yoxlarını daşıyıb apardıqlarını yazır. E.ə. XIII əsrin hett mətnlərində bildirilir ki, huri icmalarından birinin başçısı Urhi-Teşub Mehrinin çarı ilə müqavilə bağlamışdır. O dövrün Aşşur kitabələrində Mehri sakinlərinin kuti hərbi tayfa ittifaqının əsas hərbi qüvvələrindən biri olduğu qeyd edilir. İ.M.Dyakonovun assur-babil mənbələrində Urartu və qədim tarix icmalarına dair yazdığı şərhlərdə tarixçi S.M.Qaşqay bu yerin doğru olaraq Zəngəzurun cənub torpağı olan Mehri bölgəsi ilə eyni olduğunu göstərir. Qubadlı yer adının bəzi mənbələrdə V-VI əsrdə yaşamış Sasani hökmdarı I Qubadın adı ilə bağlı olduğu yazılsa da, professor Məmmədhüseyn Təhmasib toponimin türksoylu tayfa adı ilə bağlılığını göstərib.

 

Zəngəzurun Urartu, Skiflər, Atropatena və Albaniya dövrü barədə hansı bilgilər vardır?

 

Urartu çarı Menuanın [e.ə. 810-786-cı illər] zamanında urartulular Cənubi Azərbaycanın Qaradağ mahalında yerləşən əraziləri tuturlar, 21 qalasını, 45 yaşayış məskənini öz hakimiyyəti altına aldılar. E.ə.VII əsrin 70-ci illərində Azərbaycanın Araz çayından şimaldakı ərazilərində, Manna və Urartu arasında Skif şahlığı meydana gəldi. Bu dövlətin hüdudları Şəki və Gəncədən Urmiya gölünə qədər uzanırdı. Zəngəzur bölgəsi skiflərin Urartuya yürüşlərinin əsas dayaq məntəqəsi idi. Eramızdan əvvəl VII əsrdə Skif şahlığı Mada-Midiya ordusu tərəfindən Zəngəzur bölgəsi də daxil olmaqla tam işğal edilir. İ.M.Dyakonovun 11 fikrincə e.ə. 321-ci ildə Azərbaycan torpaqlarında Atropatena şahlığı yaranarkən Zəngəzur da çox geniş bir ərazini əhatə edən bu dövlətin tərkibində olmuşdur. Urartuluların böyük hərbi, strateji əhəmiyyətə malik Zəngəzur ərazisini tutmaq üçün I Rusanın hakimiyyəti illərində apardıqları əməliyyatlar barədə Göyçə gölünün Zəngəzur torpaqlarına bitişik cənub sahillərində aşkar edilmiş Sovinar kitabəsində məlumat verilir. Urartu mətnlərində xatırlanan toponimlərin lokalizə problemi ilə məşğul olan tədqiqatçılar birmənalı şəkildə Sovinar kitabəsində adı çəkilən 19 ölkənin Göyçə gölündən şərqdə və cənubdakı əraziləri, həm də Zəngəzuru əhatə etdiyini bildirirlər. Antik dövrlərdə Zəngəzur bölgəsi Atropatena və Albaniya ərazilərinə daxil olmuşdur. Albaniya hökmdarı Aran Sisakan nəslinə mənsub idi. Albaniyanın əsas etnosu albanlar olduğuna görə ölkənin adında da daşlaşıb yaşayır. “Kitabi-Dədə-Qorqud”un baş qəhrəmanı Qazan xan albanlar başçısıdır. Qərb tarixçiləri Raulinson və Lenormana görə, ermənilər Urartu adına haqsız yiyələnmişlər və keçmiş «Böyük Ermənistan»ı əsassız olaraq özlərinin əzəli vətəni sayırlar. Onlar bu torpaqların qədim sakinləri deyildir. 13. Zəngəzurun hansı toponimləri qədim tayfa adlarını yaşadır? Skif tayfalarından olan hel və lehlər albanlar arasında yaşayırdılar. Zəngəzurun Mehri rayonundakı Leh, Lehvaz kəndləri leh 12 tayfa adını, Qubadlı rayonunun Hal kəndi hel tayfa adını yaşadır. Sakovuz, Maqovuz, Mavdan yer adlarında mağ, muğ, maq, sak qədim tayfalarının adları qalıb. Qafanın Keypəşin kəndinin də qədim tarixi var. Firdövsinin «Şahnamə» poemasında da qeyd olunur ki, Keyqubad şahın 3-cü oğlunun adı Keypəşindir. Urartu mənbələrindəki İrdua, yaxud İridu şəhəri Sisianın qədim abidələrlə zəngin Urud kəndinin adında yaşayır. Zəngəzurun şimal-şərq hissəsini təşkil edən Laçın rayonundakı Zerti kəndinin adını dilçilərimiz kutilər və lullubilərin ölkəsi olan Mannanın paytaxtı Zirtu, İzirtu şəhərinin adı ilə müqayisə edirlər.

 

Zəngəzurda tarixin hansı ən qədim izləri vardır?

 

Zəngəzur tarixinin qədimliyi həm də arxeoloji qazıntılar, aşkar edilən maddi sübutlarla da öz təsdiqini tapır. Azərbaycan ərazisini “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil etdirən Azıx mağarasına yaxın ərazidə yerləşməsi, şimaldan XocalıGədəbəy, şərqdən Quruçay və Köndələnçay, qərbdən Naxçıvan, cənubdan Arazın sağsahil ərazilərindəki zəngin mədəniyyət ocaqları ilə əhatələnməsi Zəngəzurun qədim tarixi keçmişə malik olduğunu söyləməyə əsas verir. Ərazidə xeyli sayda təbii və süni mağaralarda (yerli sakinlər onları «kaha», bəzən isə «daran» adlandırır) paleolit dövründən insanlar yaşamışdır. Bu bölgənin Arazdan sonra ən iri su qaynaqları olan Bərgüşad və Həkərinin 13 axdığı vadilərdə və dağətəyi ərazilərdə bir-birinə yaxın məsafədə yerləşən bu mağaralar qədim insan məskənləri olmuş, həm də atəşpərəstliyin izlərini saxlamış, xalq tərəfindən müqəddəs ziyarətgah sayılmışdılar. Məs; Qubadlıdakı “İçoğuz”, “Daşoğuz”, “Ağ kaha”, “Qara kaha”, Xırman yeri», “Maltəpəsi”, “Göyqala”, “Qalaça”, Gavur dərəsindəki mağara, təbii qalalarda aparılmış arxeoloji tədqiqatlarda aşkara çıxarılan tapıntılar eynilə XocalıGədəbəy mədəniyyəti üçün səciyyəvidir. Laçın rayonu ərazisində Vağazin, Ağoğlan, Piçənis, Sövmə, Şəlvə, Qorçu və d. alban məbədləri, çoxlu küp qəbirlər, daş heykəllər qalmışdı. 1944-cü ilin sentyabrında arxeoloq İ.Cəfərzadə və memar İ.Şeblıkin Qubadlının Əliquluuşağı kəndinin ətrafında siklopik tipli üç qala aşkara çıxarmışdılar. 1992-ci ildə Zəngilan rayonunun Qurudərə Həştab kəndi yaxınlığında əsgərlər səngər qazarkən içində tunc əşyalar olan qəbir yeri aşkar etmişdilər. Arxeoloq T. R.Əlizadə bu ərazidə tədqiqatlar apararaq e.ə VI-IV əsrə aid quş, ilan başlı bilərzik, muncuq, əqiq, cam və sair tapmışdır.

 

Urud abidələrinin özəlliyi nədir?

 

Zəngəzur mahalının Qarakilsə (01.03.1940–cı ildən Sisian) rayonunun Urud kəndi ərazisində yerləşən Azərbaycan - türk memarlıq abidələri kompleksi, Urud qalası, Urud qəbirsanlığındakı nadir məzar daşı nümunələri və daş stelaları (qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daşı) tariximizin nadir abidələri idi. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla 14 əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala-qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450- ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104-cü ildə Səlcuqlular, 1386- cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir. Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. 1961–ci ildə Urud kəndində elmi ezmiyyətdə olan AMEA - nın müxbir üzvü, t.e.d., prof. M. Nemətova XV-XVII əsrlərə aid yüzə qədər belə abidəni tədqiq etmişdir. Təbii ki, burda erməni izindən söhbət blə gedə bilməzdi. 16.Sisakan, Sünik, Sisəcan...haqqında hansı yazılı məlumatlar var? Azərbaycanın tarixşünaslığının əsas mənbələrindən sayılan alban tarixçisi Musa Kalankatlı «Alban tarixi» əsərində Zəngəzur ərazisini «Sisakan» və «Sünik» adlandırmışdır. Zəngəzurun ən qədim adının Sünik olması bir çox mənbələrlə əsaslandırılır və bu adın mənasının qədim türk tayfası olan sakların həmin ərazidə yaşaması ilə bağlı olduğu göstərilir. Suriya tarixçisi Zaxari Ritor 555-ci ildə yazırdı: «Arran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, fars şahının tabeliyində olan hökmdarı vardır. Sisqan (Syuni) həmçinin özünəməxsus dili və dindar xalqı olan diyardır, lakin orada bütpərəstlər də yaşayır».

 

Mənbələrdə Sünik knyazlığı bəzən müstəqil dövlət kimi, bir çox hallarda isə Arran dövlətinin tərkibində knyazlıq və yaxud yarım müstəqil knyazlıq kimi göstərilir. «Sisqan» adlanan Qafqaz keçidini qoruyan ordunun komandanı da Sisakan nəslinə mənsub idi. «Sünik», «Sisakan» ərazisinin, yaxud Syuni, Sisqan xalqının özünəməxsus dili (alban dili), xaçpərəst və atəşpərəst əhalisi vardı. Sünik əhalisi, başda hökmdar Vasak olmaqla, V əsrin ortalarında xristianlığın yayılmasına müqavimət göstərirdi. Sisakan toponimində həm də türk mənşəli arxaik söz daşlaşıb qalıb; «kan» – hündür dağ silsiləsi, dağlıq yer anlamında gen-bol işlənmişdir, yəni “Sisakan” Sisak nəslinin yaşadığı dağlıq yer” mənasındadır. Sisianda Şirikan toponimi vardı. Müqayisə üçün: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin vilayətləri Atropatakan, Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan və b. bu kimi toponimlər də bir qayda olaraq hansısa tayfanın, şəxsiyyətin yaşadığı yer mənasını verməkdədir.

 

«Alban tarixi»ndən yazırdı: «...Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib Sünikdə məskən saldı». Qor – əski türkcəmizdə həm də igid, cəsur adam deməkdi. Gorus bəzi mənbələrdə Qorus kimi də gedib. Zəngəzur ellərindən Qaf, Qazan köklü 40-dan çox toponim var. Sisianın adı ilkin yazılı mənbələrin əksəriyyətində «Sisakan»dır. Moisey Xorenatsi yazırdı: «Qoxtan əhalisi Sisak nəslinin varisləridir». Qoxtan əhalisi Naxçıvan və Zəngəzurda məskunlaşmışdı. Səfəvilər dövründə Sisəcan (Sisian) nahiyəsinin ərazisi təqribi hesablamalarımıza görə, 942 kv.km olmuşdur. 1587-1603-cü illəri əhatə edən I Osmanlı idarəçiliyi dövründə də Sisian nahiyəsi Naxçıvan sancağının inzibati ərazisinə daxil olmuşdur. 1727-ci ilə aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvan sancağına aid olan nahiyələr sırasında 14 nahiyənin adı çəkilir ki, bunlardan biri də Sisiandır. Ərazisi 1456 kvadratkilometr olan bu nahiyənin ərazisində 41 kənd, 1 yaylağın adı çəkilir. Sisakan, Sisqan, Sisacan, Syuni və s. kimi yer adları Sisianın adıdır. Sis – qədim türk dilində “dağ üstü, meşəli kənd, yaşayış yeri” deməkdir. Sak isə məlum türk tayfalarının adıdır. Bu diyarın əzəli sakinləri hər şeydən əvvəl saklar və onların törəmələri, uti, uz, qarqar, ud və başqaları olmuşlar. Zəngəzuru erməni torpağı elan edən erməni tarixçilərinin iddialarına rəğmən nə Arsax (sak ərlərinin yaşadığı yer), nə Qarabağ (geniş, çoxlu bağları olan torpaq) heç zaman ermənilərə mənsub olmayıb.

 

«Kitabi-Dədə Qorqud»un hansı boyundakı hadisələr Zəngəzurda baş verib? Tariximizin, ədəbiyyatımızın, coğrafiyamızın möhtəşəm qaynaqlarından biri olan «Kitabi-Dədə Qorqud»un “Uşun qoca oğlu Səyrək boyu”ndan (Bakı, Yazıçı-2017, səh.208) məlum olur ki, qara donlu kafirlərin başçısı Qara Təkur Əlincə qalası ətrafında qoruq düzəldib bu yerləri oğuz igidləri üçün tələ etmişdi, qoruğun qapısını qırıb burada ov edən Uşun qoca oğlu Səkrəyin igidlərini altı yüz qara donlu kafir hücum edib qırmış, özünü də Əlincə qalasındakı zindanda əsir etmişdi. Qardaşını azad etmək üçün “Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngəlyurd-Dərəşam yolu ilə üç gün-üç gecəyə yortaraq Əlincə qalaya çatmışdır.» (səh.263). Ulaş-hulaş tayfa adı Qubadlının Ulaşlı kəndində qalırdı. Kitabi-Dədə Qorqudun baş qəhrəmanı Ulaş oğlu Salur Qazan idi. Hər üç toponim eyni ilə Zəngəzurdadır. Zəngəzurun mərkəzi olmuş Gorus kəndi us, uş tayfasının qərargahı, yaşayış yeri, igid uslar yurdu olmuşdur. Albanların bir qismi xalqımızın etnogenezində iştirak etmişdir. “KitabiDədə Qorqud”un baş qəhrəmanı Qazan xanın həm də “albanlar başı” rütbəsini daşıması da bu fikrin məntiqi sübutudur. 3904 metr hündürlüyü olan Qapıcıq zirvəsinin adı “Kitabi-Dədə Qorqud”da keçir. Təkcə Qubadlıda “Kitabi-Dədə Qorqud”dakı 24 şəxs, yer adı daşlaşıb qalıb. Hacı Nərimanoğlu “Oğuz yurdum Qubadlım”. (“Azərbaycan” jurnalı, 1999-№7)

 

Babəkin Sünik-Zəngəzurda əsir alınmasını tarixi mənbələr necə təsvir edib?

 

Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzlərindən biri Zəngəzur olub. Mənbələrin bildirdiyinə görə, Bəzz qalası ərəb qoşunlarının əlinə keçdikdən sonra Babək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sunikdə) gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. İbnət əl-Kələndaniyyə Sünik knyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi, Babək 828-ci ildə ərəbləri darmadağın etdikdən sonra Vasakın qızı ilə evlənmişdi və öz hakimiyyətini bu vilayətə (Sünikə) də şamil etmişdi. Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər; yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin (Şəkinin) hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən". Ac və yorğun olan 19 Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur.” (Ət-Təbəri, III, səh. 1223- 1224, səh l) Afşinə xəbər verdi ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər. Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Səhl ibn Sumbat xəlifə sarayından böyük mükafat aldı, Ərməniyyə, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi, o da bütün bu yerlərə padşah kimi hökmranlıq etdi. Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi, xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə İraqa yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim". 837-ci il 15 setyabrda Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci il 4 yanvarda Samarraya gətirildilər. Məsudinin dediyinə görə, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi "onu sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Babək üzərində qələbə haqqında ölkənin hər yerinə 20 xəbər göndərildi. Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samarrada asıldı. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsini məhv etmişlər.

 

Sünik çarlığının mövcudluğuna nə zaman son qoyuldu? 1038-ci ildə Səlcuq-türk dövlətinin şanlı hökmdarı Alp Arslan 1065-ci ildə Zəngəzurun Qafan şəhərini tutaraq Sünik çarlığının mövcudluğuna son qoydu. 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda yeni türksoylular məskunlaşdı. Ermənilərin Xaçın knyazlığını, Sünik çarlığını və s. mənimsəməyə çalışmasının heç bir elmi-tarixi əsası yoxdur. Bu ərazilərdə yalnız kilsənin təsiri altında qriqorianlaşmış alban nəsillərindən bəhs oluna bilər.

 

Davamı var...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...