“Prezident Laçına səfər etməklə bir daha göstərdi ki..."

12:50 26-09-2022 | icon 226 | Siyasət
“Prezident Laçına səfər etməklə bir daha göstərdi ki..."

Məhəmməd Əsədullazadə: “Mesajlardan anlamalıdırlar ki, Azərbaycan ərazilərinə qəsd edə bilməz”

 

“Prezidentin Laçına səfəri siyasi və hərbi baxımdan xüsusi əhəmiyyət kəsb edir. 12-13 sentyabr Ermənistanın son təxribatlarından sonra reallaşan bu səfər Ermənistana və onun havadarlarına mühüm bir mesaj oldu”.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə dövlət başçısının Laçından Ermənistana və onun havadarlarına verdiyi mesajların əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

M.Əsədullazdə hesab edir ki, Laçından verilən mesajlar Ermənistanın növbəti təxribatlarına qarşı Azərbaycanın adekvat addımlar atmağa hazır olması kimi xarakterizə oluna bilər:

 

“Prezident 12-14 sentyabr hadisələrinə daha da aydınlıq gətirdi. Ermənistanın kapitulyasiya aktına imza atdığını və buna əməl etməyəcəyi təqdirdə ciddi cəzalanacağını, hətta Daşkəsəndən Araz çayına qədər bütün ərazilərə Azərbaycanın nəzarət etdiyini vurğuladı. Laçından bir daha beynəlxalq aləmə mesaj verdi ki, Azərbaycan əsgəri ayaq basdığı ərazilərdən geri addım atmayacaq".

 

Siyasi şərhçi Prezidentin, həmçinin Laçında aparılan yenidənqurma, tikinti layihələri, eləcə də Zabux, Sus kənd əhalisinin geri qaytarılmasının növbəti mərhələdə təmin olunmasına imkan yaradacaq işlərdən söz açdığını önə çəkib:

 

“Prezident Laçına səfər etməklə bir daha göstərdi ki, Azərbayacn ordusu bütün ərazilərinə nəzarət edir. Laçın Azərbaycan üçün strateji əhəmiyyətli bir yerdir. Ermənistan yaxınlığında verilən mesajlardan anlamalıdırlar ki, Azərbaycan ərazilərinə qəsd edə bilməz. Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər