"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin idarə heyəti İsmayıllı rayon Hacıhətəmli kənd sakini şəhid Xəlilov Qədim İlqar oğlunun yas mərasimində iştirak ediblər.
Versus.Az xəbər verir ki, Qədim Xəlilov 2022 cı il sentyabrın 12-dən 13-nə keçən gecə azğın düşmənin törətdiyi təxribatda əks hücum zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Mərasim aprel döyüşlərinin qazisi Ramil Behbudovun həyat yoldaşı Günay xanımın təşəbbüsü və "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin humanitar şöbəsinin müdiri , "Vətən sağ olsun" layihəsinin rəhbəri Püstə Hüseynovanın təşkilatçılığı ilə təşkil olunub.
Öncə şəhidin ailəsi və məzarı ziyarət olunub. Daha sonra isə birliyin idarə heyəti tərəfindən şəhidin oxuduğu məktəbdə tədbir təşkil edilib.
Tədbirdə şəhid ailələri, qazilər, QHT nümayəndələri, şəhidin müəllimləri, şəhidin sinif yoldaşları və media nümayəndələri iştirak ediblər.
Tədbiri Birliyin rəsmi təmsilçiləri və "Vətən sağ olsun" lahiyəsinin fəal üzvləri Əli və Zəhra aparıb.
Tədbirdə çıxış edən hər kəs Qədimin vətənpərvərliyindən danışıb.
Sonra İctimai Birlik adından "Zəfər Diplomu" şəhidin ata və anasına təqdim olunub.
Allah rəhmət eləsin!
Versus.Az