Şəhid ailələri və qazilərlə GÖRÜŞ
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Nurlan Vəliyevin (04.04.1994, Tovuz – 29.09.2020, Kəlbəcər) xanımı Günel Sadıqova, şəhid Kamandar Məmməd oğlu Əhmədovun (03.11.1962–20.04.1994) oğlu Kamran Əhmədov, qazilər – Vüsal Mahmudov, Şamil Xabarov və Nofəl Kalvalıyevlə görüşüb.
Versus.Az xəbər verir ki, Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailələrinin və qazilərin qayğıları, onların ürək sözləri dinlənilib.
Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə, qazilərə yüksək diqqət-qayğısından söz açaraq, ali rəhbərliyin diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, hər bir Millət vəkilləri üçün də örnək təşkil etdiyini bildirib.
Q.Paşayeva şəhidlərin ailə üzvləri ilə, qazilərlə hər bir görüşün onunçün çox doğma və əziz görüş olduğunu söyləyib, şəhidlərin əziz ruhuna dərin sayğılarını bildirib, yaraqlı qazilərimizə tezliklə öz sağlamlığına qovuşmasını diləyib, müharibənin bütün iştirakçılarına hörmətini ifadə edib.
Millət vəkili şəhid ailələrininü üzvləri və qazilərə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"