"Jurnalistlərin və media subyektlərinin hüquqlarının qorunmasına önəmli töhfə verəcək”
Elçin Mirzəbəyli: “Media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət mühiti yaranacaq”
““Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Media haqqında” Qanunda nəzərdə tutulan bir sıra mühüm hüquqi tənzimlənmə mexanizmlərin hərəkətə gətirilməsi və tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir və media sektorunda informasiya və kommunikasiya texnologiyalarının inkişafının, fərdlərin və topluluqların informasiya təhlükəsizliyini təhdid edən çağırışların yaratdığı reallıqlardan sui-istifadə hallarının məhdudlaşdırılmasına, vətəndaşların, jurnalistlərin və media subyektlərinin hüquqlarının qorunmasına önəmli töhfə verəcək”.
Versus.az xəbər verir ki, bunu “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli media, jurnalist reystrinin tətbiqinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
E.Mirzəbəyli qeyd edib ki, Media Reyestrinin bəzi maraqlı qruplar və onların yanlış, yaxud məqsədyönlü təbliğatının təsiri altına düşən şəxslər tərəfindən hansısa mücərrəd, ölçüyə gəlməyən anlayışların “məhdudlaşdırılması” kontektindən təqdimatı kökündən yanlışdır.
Onun sözlərinə görə, “Media haqqında” qanun və onun tələbindən irəli gələn Media Reyestri hüquqi platformadır, bütün tərəflərin hüquqlarının və öhdəliklərinin müəyyənləşdirildiyi, subyektiv mülahizə və qərarlara imkan verməyən hüquqi normalar məcmusudur:
“Bunun alternativi xaos, ozbaşınalıq, dərəbəylik, vətəndaşların, media subyektlərinin və jurnalistlərin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına zəmina yarada biləcək hüquqi nihilizmdir”.
Baş redaktor bildirib ki, hüquqi dövlətdə heç bir sahə, o cümlədən media sektoru hüquqi tənzimləmələrdən kənarda qala bilməz və qalmamalıdır da. Baş redaktor bu baxımdan hesab edir ki, Mediya Reyestrinin aparılmasının qaydalarının müəyyənləşdirilməsinə və təqbiqinə bütün media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət mühiti yaradan media subyektləri və jurnalistlər üçün bərabər imkanlar və rəqabət mühiti yaradan platforma kimi yanaşmaq lazımdır:
“Digər tərəfdən, nəzərə almaq lazımdır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında aparılacaq və həmçinin media subyektləri də onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Yəni hansısa şəxsin adının Media Reyestrinə daxil edilməməsi onun peşə fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yaratmayacaq. Amma Media Reyestrinə daxil olmaq həm jurnalistlər, həm də media subyektləri üçün bir sıra iqtiqamətlərdə, xüsusilə də sosial və digər güzəştlərdən faydalanmaq baxımından daha geniş imkanlar açacaq. Çünki Media Reyestrinə daxil olmaqla, media subyektləri müvafiq peşə standartlarına cavab verdiklərini, medianın klassik və modern institutlarının əks olunduğu bir müstəvidə çalışdıqlarını, yəni peşəkar fəaliyyətlərini ortaya qoyacaqlar. Bu isə bərabər və ədalətli rəqabət mühitinin açarıdır. Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Yəni media subyektləri öz inkişaflarını təmin etmək üçün əsaslandırılmış biznes layihələri ilə çıxış edəcək və bunun qarşılığında həm ölkənin qeyri-neft sektorunun, sahibkarlığın, həm də medianın inkişafı üçün nəzərdə tutulan güzəştlərdən faydalana biləcəklər. Həmçinin Media Reyestrində yer alan informasiyaların əlçatanlığı, digər mühüm elektron informasiya sistemlərinə inteqrasiyası bu sahədə, xüsusilə də peşə fəaliyyəti ilə bağlı şəffaflığın təmin olunmasına, neqativ halların qarşısının alınmasına, o cünlədən media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edilməsinə imkan yaradacaq”.
E.Mirzəbəyli xüsusilə vurğulayıb ki, Media Reyestri jurnalistika sahəsində peşəkar fəaliyyətin hüquqi nizama salınmasıdır və sözün bütün mənalarında, mediaya peşəkar faəliyyət istiqaməti kimi baxanlara, bütün hüquq və azadlıqları kompleks şəkildə dərk edənlərə, medianı öz həyatının ayrılmaz bir parçası hesab edənlərə, kəsəsi medianın daimi sakinlərinə layiq olduqları imkanları yaradacaq. /hafta.az/
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"