Media Reyestri hansı imkanları yarada biləcək?
"Peşəkar və yalançı jurnalistin kim olduğu aşkar ediləcək"
“Media haqqında” qanunla bağlı Prezidentin imzaladığı sərəncam əhəmiyyətli şəkildə müzakirə olunmaqdadır. Bu, artıq “Media haqqında” yeni qanunun tətbiqinə başlandığını ifadə etməkdədir.
Qanunda nəzərdə tutulan media və jurnalist reystrininin tətbiqi jurnalistlərin və media orqanlarının fəaliyyətində hansı üstünlükləri yarada biləcək?
"Azərbaycan mühitində peşəkar jurnalistikanın dəqiq müəyyənləşməsinə ehtiyac var"
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, “Media haqqında” yeni qanun son 20 il ərzində Azərbaycan media sektorunda baş qaldırmış və köhnə qanunda öz əksini tapa bilməmiş bi sıra məsələləri tənzimləyən normalarla zəngindir.
Baş redaktor eyni zamanda jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına imkan verəcək müəyyən perspektivlərin açılması, vahid media reystrinin və jurnalsit reystrinin aça biləcəyi müsbət imkanları önə çəkib:
“Media reystrinin aparılması ölkənin media sektorunun indikindən qat-qat artıq səviyyədə konkretləşməsi, aydınlaşması, media sektorunun əhatə dairəsinin müəyyənləşməsi, dövlətin dəstək siyasətinin daha da dəqiqləşməsinə öz təsirini göstərəcək. Vahid media reystrinin və jurnalsit reystrinin tətbiq olunması jurnalistlərin media sektorunun saflaşmasına peşəkar jurnalistikanın sərhədlərinin daha dəqiq müəyyənləşməsinə öz töhfəsini verəcək”.
A.Quliyev hesab edir ki, Azərbaycan mühitində peşəkar jurnalistikanın dəqiq müəyyənləşməsinə ehtiyac var. Onun fikrincə, son illərdə medianın ən pis təzahürləri olan “reket jurnalistika”, “şantaj, mənəvi terror” “jurnlaist adından sui-istifadə jurnalistikası” deyilən mənfi təzahürlər baş qaldırıb:
“Bunların qarşısının alınması inzibati vasitələrlə mümkün olmurdu. Eyni zamanda peşəkar jurnalistikasının artıq qanunlarla aydınlığa çıxaracaq. Peşəkar və yalançı jurnalistin kim olduğunu bunun əsasında müəyyənləşdirmək mümkün olacaq. Əsl jurnalsitlərin sərhədlərinin müəyyən olunması Peşəkar jurnalstlərin ürəyindən olacaq. Jurnalist reystri əsl jurnalistlərə əlavə imkanlar verəcək. Peşəkar jurnalistikanın ipateka imkanlarından istifadə etməsinə ikan yaradacaq. Media sektorunun şəffaflanmasında mühüm rol oynayacaq. Bir sözlə, media reystri ölkə mediasının inkişafında nəzərə çarpan mənzərəni açmalıdır”.
“Media Reystri media sistemində proseslərə köklü aydınlıq gətirəcək”
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz açıqlamasında Media Reystirinin tətbiqini müsbət dəyərləndirib. Onun fikrincə, bu, Azərbaycanda jurnalsitlərin sayını, fəaliyyətini müəyyən etməyə imkan verəcək.
“Yerindən duran deyir jurnalistəm, bloggerəm. Amma bu reystrin tətbiqdən sonra Azərbaycanda nə qədər jurnalistin olduğu, nə qədərinin reket, nə qədərinin fəaliyyət göstərib- göstərmədiyi aydınlaşacaq. Azərbaycanda 380 saytın olması barədə məlumat aldığını deyən baş redaktor, bunlardan 100-ün işləmədiyi, 100-ün reket olduğu barədə də xəbərlər alıb. Deyir ki, deməli o yerdə qalan 180-nin fəaliyyətinin düzgün tənzimlənməsinə, saxtalardan ayrılmasına ehtiyac var”.
Y.Oğuz mediada mövcud olan bu kimi reallıqlara əsaslanaraq hesab edir ki, media orqanları reystr qeydiyyatından keçəndən sonra bütün media orqanlarının nə işlə məşğul olduğu bəlli olacaq.
Baş redaktor hesab edir ki, bu qanun mətbuat üzərində heç bir nəzarəti yaratmır.
Onun sözlərinə görə, sadəcə olaraq qeydiyyatdan keçməlisən ki, həqiqətən jurnalist olduğun bilinsin. Amma istəsən qediyyatdan keçmədən də jurnalist fəaliyəti ilə məşğul ola bilərsən:
“Bu o demək deyil ki, ərizə versən sənə maddi yardım etməyəcəklər, yox. Sadəcə işin izlənəcək”.
Y.Oğuz Azərbaycanda 5 min mətbu orqanın qeydiyyatdan keçməsini biabırçılıq hesab etdi. Bildirdi ki, Azərbaycanda 17 çap mətbuatı varsa, qalanları nə edir və məhz bunlar aşkara çıxarılmalıdır:
“Mediada aləm qarışıb bir-birinə. Hamı özünə “jurnalsitəm” deyir. Görünən odur ki, media reystri media sistemində proseslərə köklü aydınlıq gətirəcək”. /hafta.az/
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"