“Bir bilet - bir ağac” - V ANIMAFILM Beynəlxalq Animasiya Festivalı

16:40 30-09-2022 | icon 543 | Cəmiyyət
“Bir bilet - bir ağac” - V ANIMAFILM Beynəlxalq Animasiya Festivalı

Festivalından əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə edildi

 

“Bir bilet - bir ağac” şüarı altında keçirilən V ANIMAFILM Beynəlxalq Animasiya Festivalı uğurla yekunlaşdı.

 

Versus.Az xəbər verir ki, 29 ölkədən uşaq və böyüklər üçün çəkilmiş 121 animasiya filminin iştirak etdiyi festivalın builki mövzusu “İqlim dəyişikliyi” idi. Festivaldan öncə elan edildiyi kimi bilet satışından əldə olunan vəsait işğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və ətraf mühitin sağlamlaşdırılmasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə olunub.

 

Qeyd edək ki, “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi adından Qarabağda 412 ağac əkiləcək.

Qarabağ Dirçəliş Fondu bu nəcib addım üçün V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları olan “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətinin rəhbərliyinə və əməyi keçən bütün heyətə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılmasına, ekoloji tarazlığın bərpası və yenidənqurma işlərinin təşkilinə, sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

 

Qarabağın dirçəlişi kimi mühüm bir missiya ətrafında birləşmək, Qarabağın dirçəlişi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə irəli sürülən belə təşəbbüslər həmrəyliyin birbaşa təzahürüdür.

 

Vətənin təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına sahib çıxmaq hər birimizin borcu, ümumxalq işidir.

 

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...