“Füzuli Mərkəzi Parkı”ndan torpaq nümunələri götürülüb

12:51 01-10-2022 | icon 477 | Cəmiyyət
“Füzuli Mərkəzi Parkı”ndan torpaq nümunələri götürülüb

Torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

 

Sentyabrın 28-də işğaldan azad olunmuş Füzuli şəhərində burada yaradılacaq “Mərkəzi Park”ın salınması ilə bağlı görüş keçirilib. Görüşdə Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri iştirak ediblər.

 

Versus.Az xəbər verir ki, görüş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşəbbüsü ilə təşkil olunub.

 

Görüş zamanı qonaqlara “Füzuli Mərkəzi Park” layihəsi ilə bağlı ətraflı məlumat verilib, mövzu ilə bağlı müvafiq müzakirələr aparılıb. 

 

Daha sonra park ərazisinə aid olan müxtəlif yerlərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr Türkiyədə yerləşən müasir laboratoriyada aparılacaq analizlərinin nəticəsinə əsasən parkda əkilməsi üçün ərazinin iqlim şəraitinə uyğun olan ağac növlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il mayın 10-da “Füzuli Mərkəzi Park” kompleksinin ərazisində ağac əkiblər. Dövlət başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib.

Xatırladaq ki, torpaqlarımızın erməni işğalından azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. 


Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub. 

 

“Füzuli Mərkəzi Park”ın salınması işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası, həmin ərazilərin sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, burada sakinlərin dayanıqlı məskunlaşması istiqamətində aparılan işlərə ciddi töhfə verəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR