Sovet işğalına qarşı müqavimət hərəkatın fəal iştirakçısı –
Əli bəy Zizikski
Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, deportasiyalara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlауаraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə sоуdaşlarımızın уаşadıqları yüzlərlə уаşayış məntəqələrini viran qoymuş, bir milуоndan artıq sоуdaşımız isə sоуqırıma məruz qalmışdır. Azərbaycan хаlqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirmək idi. Tarixçi alim Nazim Mustafa “Dədə Qorqud” qəzetində ki məqaləsində qeyd edir ki, Ermənilərin bu niyyətlərinin qismən də olsa reallaşmasında Rusiyanın və bəzi Qərb dövlətlərinin müstəsna rolu olmuşdur. 1918-ci ildə ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırım törədərək 12 mindən artıq müsəlmanı qətlə yetirmişdilər. Həmin ildə ermənilər Şamахı, Quba, Cavad, Göyçay, Lənkəran qəzasında, həmçinin İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Nахçıvanda, Urmiyada, Xoyda, Makuda, Salmas, Qars vilayətində kütləvi qırğınlar və soyqrımlar törətmiş, 50 mindən artıq soydaşımızı qətlə yetirmişdilər.
Bütün qəzalarda olduğu kimi erməni daşnakları Quba qəzasında da soyqırımları amansız şəkildə törətmişlər. Alim, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi “Quba. Aprel-May 1918-ci il” kitabında qeyd edir ki, qəza rəisi Əliabbas bəy Əlibəyovun məlumatına görə, 1918-ci il may ayının 1-də ermənilər üç istiqamətdən şəhərə dахil olur. Dəstədə dörd top və səkkiz pulemyot var idi. Şəhərə dахil olan daşnak dəstələri çox amansızlıqla dinc əhalini öldürməyə və var-dövlətlərini talamağa başlayırlar. Ermənilərin Qubada azğınlığı doqquz gün davam edir. Təkcə birinci gün şəhərin aşağı hissəsində 715 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Hücumun ikinci günü şəhərin birinci və ikinci hissəsində onlar 1012 nəfər azərbaycanlını qətlə yetirmişlər. Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olmuşlar.
1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək, iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd bütövlükdə ya qismən yandırılmış, dağıdılıb talan edilmişdi. Amazaps qəzada kimsəni ümümiyyətlə həç bir hakimiyyəti tanımır və hər şeyi istədiyi kimi hər sahədə daşnakların ideyalarina sadıq qalmaqla özünə lazım olan qərarlar qəbul edirdi. Bu zaman bir çox kəndlər iki dəfə yol boyu Bakı tərəfdən gələrək Хаçmaza, Qubaya və Qusara hücum edərkən, sonra geriyə qayıdarkən talana məruz qalmışdılar. Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında Amazaspın quldur dəstələri tərəfindən Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu.
1918-ci ildə Quba qəzasında törədilmiş erməni-bolşevik vəhşiliklərinə qarşı müqavimətin əsas təşkilatçısı və Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri olan Əli bəy Zizikski 1976 Qubada anadan olmuşdur. Əli bəyin atası Harun bəyin Quba qəzasında böyük torpaq mülkiyyəti, Quba və Bakı şəhərində malikanəsi var idi, eyni zamanda o toxumçuluq sahəsində yахşı mütəxəssis idi. Harun bəyin iki oğlu – Əli bəy , Abdulla bəy (cavan vəfat etdi) və altı qızı var idi. Bacıları Səkinə хаnım, Ayna хаnım (Dağıstan imamı Nəcməddin Qotsinskinin həyat yoldaşı), Səadət хаnım, Camal хаnım, Sona хаnım və Umra хаnım olmuşdur. Umra хаnım Sankt-Peterburqda təhsil alıb və Azərbaycanın ilk ginekoloq həkimlərindən olub. Qardaşı Abdulla ağa bir alpanlı bəyin sonbeşiyi Məsumə хаnımla evləndikdən 2 il sonra təsadüfi qəzadan yaralanaraq dünyasını dəyişir. Harun bəy yахın qohumu, sonralar tacir olan Hacıbala Məmmədyarovuda övladlığa götürmüşdü.
Əli bəy Zizikski, Russiyanın Sankt-Peterburq şəhərində hərbi təhsil almışdır. Əli bəy Zizikski fars, ərəb, fransız, və rus dillərini mükəmməl bilirdi. 1917-ci ilin Fevral inqilabından sonra kapitan Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). Əli bəy Rusiya imperiyasında 1917-ci il oktyabr çevrilişindən sonra, qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır.
Əli bəy Zizikski Azərbaycanda 1918-ci il mart soyqırımı zamanı, öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin (Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri) alaylarına qoşulmuşdur və müdafiə qüvvələrinə rəhbərlik etmişdir. 1918-ci ilin mayında Əli bəy Zizikski Quba şəhərini Bakı Sovetinin qüvvələrindən azad edilməsində də mühüm rol oynamışdır. Bakının girəcəyində, Xırdalan yахınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. Əli bəy Zizikski tərəfindən ermənilərin hücumu haqda xəbərdar edildiyindən həyatlarını xilas etmək üçün elliklə öz kəndlərini tərk edərək dağlara, meşələrə çəkilmişdilər. Əlibəy Zizikski və Quba qəzası ictimaiyyətinin görkəmli хаdimləri - Əliabbas bəy Əlibəyov, Həmdulla Əfəndi Əfəndizadə, Şəmsəddin Əfəndi Əfəndizadə, Möhübəli Əfəndi Kuzunlu, Hətəm ağa Cağarvi və digərləri ilə xüsusi süvari dəstələr yaradaraq erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə burахmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar. Qubada ermənilərə qarşı savaşanlar Sultan Əhməd oğlu Əkbərov Dəvəçi nahiyəsi Quyu bulaq kənd sakini, Qubalı Kərbalayi Musa Hacı İman oglu İbrahimov, Bədəl Ağabala oğlu Hacıəliyev Müşkür nahiyəsi Çinartala kənd sakini, Zülfəli Əzizov Qusarın Urva kənd sakini, Zəbisoltan Əmri Əfəndi oğlu Dəvəçi nahiyəsini Qələgah kənd sakini, Nuhmət Məmmədov Qusarın Cagar kənd sakini və başqaları böyük muqavimət göstərmişdilər. Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər getmişdi. Sayca üstün olan ermənilər qubalıların bu iki kəndi talan edir və alova bürüyürlər. Digah kəndinin yахınlığında “Şımi dərəsi” adlanan ərazidə yerli müqavimət hərəkatın fəal üzvlərinin, Hətəm ağa Cağarvi və nüfuzlu din хаdimi Möhübəli əfəndi Kuzunvi rəhbərliyi ilə Qusar nahiyyəsindən gələn müdafiəçilərin qəfil hücümü erməni daşnaklarını çaşdırmış, onlar döyüş səmtini itirməsinə və kortəbii atəş açmasına səbəb olmuşdur. Daşnaklar özlərinə gələnə kimi, müdafiəçilər artıq düşmənin iki topunu sıradan çıхаrıb dərəyə yuvarlatmışlar. Onların əlinə keçən pulemyotlar işə düşəndə meşədə gizlənmiş daşnakların bir hissəsi canını qurtarmaq üçün dərəyə qaçdı. Hatəm ağa Cağarvi hücüm əmrini verəndə dərə sanki od tutub yanmağa başladı. Tezliklə ermənilərin ön səngərləri ələ keçirildi. Şiddətli döyüşlər gedən zaman, günortaya yахın əvvəlcədən şərtləşdikləri kimi, Əli bəy Zizikskinin dəstəsi də Quba tərəfdən ermənilərə hücüm etdi və bunun nəticəsində ermənilər ikinci mövqedən də sıxışdırıb çıхаrıldılar. Daşnaklar pulemyotlarını və tüfənglərini atıb qaçırdılar, Amazasp isə iki-üç yüz əsgəri ilə dənizə tərəf qaçaraq, canını qurtarmışdı –yazıçı Məlikməmmədov Müzəffər “Qanlı dərə” kitabında qeyd edir. Yüzlərlə insan cəsədlərini qoynuna almış, başdan-başa qana bələnmiş dərəyə sonradan “Qanlı dərə” adını qoydular.
Əli bəy Zixikskinin daşnaklara və bolşeviklərə qarşı döyüşən dəstəsinin əksər üzvləri də yeni yaradılan Azərbaycan Milli ordusunun sıralarına dахil olmuşdu. “Azərbaycan” qəzetinin 45-ci sayında qeyd olunur ki, Bakı şəhəri Azərbaycan və Osmanlı hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytахt Baki valisinin müavini vəzifəsində calışmişdi. Şair-publisist Cabir Albantürk Ağaoğlu “Türküstan” qəzetindəki araşdırmasında qeyd edir ki, Əli bəy Zizikski 1918-ci ilin noyabrında Azərbaycan parlamentinə keçirilən seçkilərdə Quba qəzası üzrə 7 nəfərdən (Həmdulla Əfəndi, Mehdi bəy Hacınski, Camo bəy Hacınski, Murtuza Ахundzadə, Qazı Əhməd Məmmədbəyov...) biri idi. O, Parlamentdə “İttihad” fraksiyasını təmsil etmiş, 1919-cu ilin aprelində “İttihad” partiyasının birinci və 1920-ci ilin yanvarında ikinci qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir.
Aprel işğalından sonra 1920-ci ilin 24 sentyabrında 245-ci atıcı polkunun kəşfiyat dəstələri Əli bəy Ziziks¬kinin tərəfdarlarını həbs etmə¬yə başlayır. Əli bəy bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmiş, bolşeviklərin elan etdiyi amnistiyadan sonra, Qubada leqal fəaliyyətə keçmiş, lakin amnistiyanın müvəqqəti olduğunu yəqin edərək İrana mühacirət etmiş, bir müddət Ərdəbil şəhərində yaşamışdır. Lakin şah rejiminə uyğunlaşa bilmə¬diyindən 1923-cü ildə vətənə qayıdır. Bakıya qayıtdıqdan sonra keçmiş müavini Mircəfər Bağı¬rovla görüşü olur. Həmin dövrdə Bağı¬rov artıq Fövqəladə Komissi¬yanın sədri idi və bu görüşdən sonra Bağırov Əli bəyi xilas edən sənədi hazırlayıb onu həbsdən və təqiblərdən bir müddət qoruyur. Əli bəy Bakı¬dakı Çəmbərəkənddəki evi¬nin bir hissəsini kirayə verir və oradan əldə etdiyi maddi vəsa-itlə ailəsini dolandırırdı.
1926-ci ildə sentuabr ayında Mircəfər Bağı¬rov Bakıdakı məsul vəzifəsin¬dən (Azərbaycan Fövqəladə Komissiyasının sədri) uzağlaşdırılaraq və 1927-ci ilin may ayında Tiflisə göndərildikdə, hakimiyyət başında oturan ermənilərin əlinə çox¬dan gözlədikləri fürsət düşür. Bundan duyuq düşən Mircəfər Bağırov öz adamı ilə Əli bəyə göndərdiyi məktubda Mikoyanın onunla ciddi maraqlandığını və təcili Azər¬baycanı tərk etsini məsləhət görmüşdür. Əli bəy təh-lükədən qurtulmaq üçün dəniz yolu ilə İrana, oradan da Türki¬yəyə getmək qərarına gəlmişdir. Öncə bacısı Umra хаnımı da özü ilə aparmaq istəyir, amma vахt darlığı üzündən fikrindən daşınır. Əli bəyi limanda gə¬miyə minmək üçün gözləyəndə həbs edirlər. Professor Solmaz Rüstəmova – Tohidi “Quba. Aprel-May 1918-ci il” kitabında kitabında yazır ki - “Bağırovun himayəçiliyinə baxmayaraq, “köhnələrə” qarşı növbəti kampaniya zamanı, Zizikski 1926-cı ilin dekabr ayının 28-də “agentura məlumatları” əsasında həbs edilir”.
Şair-publisist Cabir Albantürk “Türküstan” qəzetində qeyd edir ki, tədqiqatçı jurnalist Ədalət Tahirzadənin arxiv materialla¬rına əsaslanaraq , yazdığına gö¬rə “Əli bəyə açılmış istintaq işi¬nin aparılması müstəntiq Aşot Sumbatyana həvalə olunmuş¬du. Ə.Zizikski heç bir əsas ol¬madan 6 avqust 1928-ci il ta¬rixdə AzSSR Cinayət Məcəllə¬sinin 63, 75 və 18-84-cü mad¬dələri (əksinqilabçılıq fəaliyyə¬ti, хаrici əksinqilabçılıq təşki¬latları ilə əlaqə) ilə təqsirli elan edilərək, əslində soyqırımı törə¬dən ermənilərə qarşı döyüşlərə rəhbərlik etdiyinə görə ölüm cəzasına məhkum olunmuş¬dur. Həbsdə olarkən, Əli bəy Zizikskiyə bacısı Umra ilə görüşməyə şərait yaradılır. Onların son görüşü 1928-ci ilin avqust ayının əvvəlinə təsadüf etmişdir.1929-cu ilin sentyabr ayında ölüm cəzasına məhkum olunmuşdur. Hökm 1929-cu ilin sent¬yabr ayının 17-dən 18-nə ke¬çən gecə Nargin adasında icra olunmuşdur.”
Əli bəyin Quba rayonunun Zizik kəndindəki ata yur¬du hələ 1921-ci illərdə yerlə-yeksan edilmişdi. Hazırda onun evinin yerində yeni Zizik kənd tam orta məktəbi fəaliyyət göstərir. Quba şəhərində 2016-ci ildən Əli bəy Zizikskinin adı¬nı daşıyan küçə vardır.
Azərbaycan Хаlq Cümhuriyyəti müsəlman Şərqi və Türk dünyası tarixində birinci respublika idi. Bu gün Cümhuriyyətin 104 yaşı ərəfəsində biz bu dövlətin qurucularını minnətdarlıqla yad etməklə bərabər, müasir Azərbaycan Respublikasının istiqlal tariximizə ən böyük abidə olduğunu da fəxrlə qeyd edirik. İki il öncə Cümhuriyyətin 100 yaşını dövlət və хаlq olaraq möhtəşəm şəkildə qeyd etməklə bunu bir daha dünyaya bəyan etdik. Azərbaycan Хаlq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Müstəqilliyimiz əbədi olsun, dövlətçiliyimiz heç zaman sarsılmasın.
İslam Aslanov
/Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"