Media Tədris Mərkəzi məzunlarına sertifikat verdi

12:31 05-10-2022 | icon 713 | KİV
Media Tədris Mərkəzi məzunlarına sertifikat verdi

Media Tədris Mərkəzinin 6 aylıq təlimləri uğurla başa vuran tələbələri sertifikat alıb. Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində keçirilən təqdimetmə tanınmış ictima-siyasi xadimlərin, məşhur aparıcıların, siyasi ekspertlərin, uzun illər peşəkar jurnalistikada imzası olan və təlimlərə qatılan media kapitanlarının iştirakı ilə baş tutub.

 

Media Tədris Mərkəzinin rəhbəri Elnarə xanım Dərziyeva

Tədbirdə Media Tədris Mərkəzinin qısa zaman ərzində qazandığı uğurlu nəticələrdən söhbət açılıb. Qonaqlar və tələbələr MTM-in bugünkü fəaliyyətini uğurlu, lazımlı hesab ediblər. “Öyrəndik ki, öyrədək” devizini əsas götürən mərkəzin direktoru, əməkdar jurnalist Elnarə Dərziyeva təlimlərə qatılanlar arasında televiziya jurnalistikasına maraq göstərənlərin çox olduğunu bildirib:

 

 

“Media Tədris Mərkəzinin aktiv fəaliyyətə başlamasından bir il ötür. Tədris ocağı olaraq üzərimizə peşəkar jurnalist yetişdirmək kimi mühüm missiya götürmüşük. Düşünürəm ki, uğurlu fəaliyyətimizlə Azərbaycan mediasının inkişafına öz töhfəmizi verə biləcəyik.

 

Artıq ilk məzunlarımıza sertifikatları təqdim edirik. Çox sevincliyəm. Biz yalnız düzgün yazmağı, oxumağı, peşəkar jurnalist olmağı deyil, həm də vətənini sevən, dövlətinin suverenliyi uğurunda əlindən gələni əsirgəməyən vətəndaş yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.

 

Əminəm ki, tələbələrimiz öz fəaliyyətləri ilə çalışdıqları media qurumlarında ölkəmizin inkişafı istiqamətində uğurlu nəticələrə nail olacaqlar”.

 

Selçuk Karakılıc
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıc

Elnarə Dərziyeva tədbirin və təlimlərin keçirilməsinə yaratdığı şəraitə görə, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi-nin rəhbəri Selçuk Karakılıca təşəkkür edib. Tədris mərkəzinin məzunlarının Azərbaycan və Türkiyə mediasının inkişafına da öz töhfələrini verəcəyindən əmin olduğunu söyləyib.

 

Millət vəkili Arzu Nağıyev
Millət vəkili Arzu Nağıyev

 

Mərkəzin məzunlarna uğurlar diləyən millət vəkili Arzu Nağıyev kursu bitirən məzunların işlə təminatı məsələsinə də toxunub. “Peşəkarlardan dərs alan, təcrübə keçib, öyrənən tələbələr bu gün məzun oldular. Onların işlə təminat məsələsi ön plana keçir. Mən işçiyə ehtiyacı olan media qurumlarının rəhbərlərinə müracət edərək demək istərdim ki, artıq Media Tədris Mərkəzinin tələbələrini vakant yerlərə işə qəbul edə bilərlər”.

 

 

Bir il ərzində təşkil olunan təlimlərə qatılıb, jurnalistikanın müxtəlif sahələri üzrə biliklərini bölüşən media kapitanları, müasir Azərbaycan jurnalistika tarixində əməyi ilə seçilənlər tədris mərkəzinin fəaliyyətinə uğurlar diləyib, öz dəstəklərini əsirgəməyəcəklərini bildiriblər. Media sahəsinə marağın günü-gündən artdığı bir dönəmdə tələbələrə sensasiya dalınca qaçmayan, öz imzasına hörmət edən, sayılan-seçilən, qərəzsiz və vicdanlı jurnalistlərdən olmağı arzulayıblar.

 

 

 Sonda 6 ay ərzində təlimlərə qatılan media adamları, peşəkar KİV mütəxəssisləri tədris mərkəzinin tələbələrinə sertifikatlar təqdim ediblər.

 

Teymur Əzizov

 

Bir ildir fəaliyyət göstərən Media Tədris Mərkəzində bu sahəni əhatə edən – jurnalistika, aparıcılıq, nitq mədəniyyəti-natiqlik, operatorluq, fotoqrafiya, montajçı və sair peşələr üzrə tələbələrə təlimlər keçirilir.

 

Onlara ölkənin bu sahədə peşəkar, ixtisaslaşmış ali təhsil ocaqlarının müəllimləri, tanınmış media agentliklərinin rəhbərləri, televiziya mütəxəssisləri, məşhur aparıcılar, rəsmi qurumların mətbuat katibləri, ictimai-siyasi xadimlər öz sahələri (ictimai-siyasi, sosial, mədəniyyət və s.) üzrə təlimlər keçir, təcrübələrini bölüşürlər.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin