46 il öncə Şuşada çəkilən filmə ikinci nəfəs verildi
46 il öncə Şuşada çəkilən film yenidən canlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə musiqi müəllimi Türkan Vəzirova məlumat yayıb.
O, anası Sevinc Əliyevanın 1976-cı ildə Şuşada çəkilən filmini yenidən öz obrazında canlandırıb.
Saytımıza danışan Türkan Vəzirova bildirib ki, həmin filmdə anasının 6 yaşı olub:
“Əslində o film 1976-cı ildə çəkilib. Ancaq “Youtube” və “Google”da 1973-cü il kimi qeyd olunub. Anam o vaxt bulaq başında səhənginə su dolduranda rejissor onu görüb, filmə çəkmək istəyib. Hər gün məşq etdiriblər. Sonra filmə çəkiblər. Uşaq kinolarına da çəkməyi təklif etsələr də, babam icazə verməyib. Anam piano müəlliməsidir. Oradakı evimiz darmadağın olduğu üçün anam getmək istəmir. Deyir getsəm, evimizi görməsəm, çox pis olacağam”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"