Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığı ARTIRILACAQ

11:44 07-10-2022 | icon 301 | Cəmiyyət
Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığı ARTIRILACAQ

Layihənin icrasına başlanıldı

 

Gənc Mühasiblər İctimai Birliyinin “Şəhid ailələri və qazilərin övladlarının maliyyə savadlılığının artırılması” layihəsinin icrasına başlanıldı.

 

Versus.Az-ın məlumatına görə, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Belə ki, Layihənin əsas məqsədi şəhid ailələri və qazilərin övladlarının fərdi, sosial-iqtisadi inkişafına dəstək göstərilməsidir. Həmçinin gənclərdə analitik düşüncə tərzinin formalaşdırılması, onların intellektual bacarıqlarının ortaya çıxarılması, fərdi inkişaflarına dəstək göstərilməsi və professional istiqamətləndirilməsini təmin etməkdir.Bu məqsədlə Gəncə şəhərində mühasibatlıqla əlaqəli təlimlərin keçirilməsi və təlimlərin sonunda Olimpiadanın təşkil edilməsi, qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Layihə nəticəsində Şəhid ailələri və qazilərin övladlarının fərdi inkişafına dəstək olunacaq, Gənclərdə iqtisadi biliklərə maraq aşılanacaq və inkişaf etdiriləcək, Gənclərarası qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gənclərin məşğulluğu təmin ediləcək, Olimpiada iştirakçıları mükafatlandıracaq və onlarda motivasiya yaradılacaqdır. KİV vasitəsilə layihə barədə ictimaiyyətə məlumat çatdırılacaq.

 

Layihə 28 sentyabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər müddəti əhatə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri

Beynəlxalq təşkilatlara antiterror əməliyyatının başlanması ilə bağlı MÜRACİƏT

24 saatın NƏTİCƏLƏRİ

“Bavariya” “Bayer”lə “sülh”ə razılaşdı

“Telegram”da pul kisəsi olacaq

İşcilərin 70 faizi müqaviləsiz işləyir

Ququş səhnədən getdi

Valideynlər qiymətlərdən şikayətlənirlər