"Ermənilər insanlarımızı əsir götürüb işgəncə verir, orqanlarını..."

12:04 10-10-2022 | icon 913 | Tarix
"Ermənilər insanlarımızı əsir götürüb işgəncə verir, orqanlarını..."

Faiq İsmayılov: “Faktlar müxtəlif dillərdə tərcümə edilib, xarici mətbuata ötürülməli..."

 

Xocavəndin Ədilli kəndində tapılan kütləvi məzarlıq Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərini sübut edən növbəti faktlardan biridir. Ermənistanın işğalçı, vandal siyasətinə göz yuman cinayətkara qarşı səsini çıxartmayan beynəlxalq təşkilatın bu cür faktlar qarşısında hansı addımları atacağından asılı olmayaraq, Azərbaycan ictimaiyyəti bunu lazımı səviyyədə təqdim edə bilirmi və hansı addımlar atılmalıdır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən tarixçi-alim Faiq İsmayılov bildirib ki, Ədilli kəndində akşar olunan sayca 3-cü kütləvi məzarlığın açılmasında iştirak edib. F.İsmayılov, o məzarda gördüyü dəhşətin, insan sümüklərinin adamda dəhşət və heyrət doğurduğuna diqqət çəkib. Bildirib ki, O məzardakı insan sümükləri həmin insanların xüsusi qəddarlıqla qətlə yetirildiyini göstərir.

 

“İkinci bir tərəfdən ermənilər Edilli kəndindən azərbaycanlı əsirlərə xüsusi işgəncə ərazisi kimi istifadə ediblər. Məsələn, Ədilli kəndində bütün yolların kubik daşlarla döşənməsində həmin əsirlərin əməyindən istifadə olunub. Həmin yollar Füzuli rayonundakı evlərdən sökülüb gətirilmiş daşlardan tikilib. Ermənilər 90-cı illərdə nəinki hərbçiləri, eyni zamanda mülki vətəndaşları da əsir götürürdülər.  Erməni zülmündən canını götürüb qaçmaq istəyən insanlarımızı ya əsir götürür, ya da güllələyirdilər. Həmin əsirlərdən də qul əməyi kimi istifadə edirdilər. Xüsusən də yeniyetmələrin, uşaqların və gənclərin orqanlarını götürürdülər. Bunun üçün Laçın rayonunda səyyar bir laboratoriyaları da var idi. 90-cı illərdə ermənilər belə cinayətlərdən istifadə edərək,  insan orqanlarını 2-ci, 3-cü, dördüncü ölkələrə satışını təmin edirdilər. həmin illərdə Ermənistan insan orqanı satışına görə dünyada birinci yer tuturdu”.

 

F.İsmayılov bildirib ki, Azərbaycanın bu faciələri dünyaya göstərməsi üçün əlində olduqca dəyərli faktlar var. O, çox təəssüf hissi ilə qeyd edib ki, biz bu faktları lazımi səviyyədə təqdim eləməyi bacara bilmirik.

 

Araşdırmaçı hesab edir ki, bu faktlar birinci növbədə müxtəlif dillərdə tərcümə edilib, xarici mətbuata ötürülməli, xarici teleqram konallarında, saytlarında mütləq şəkildə yerləşdirilməlidir. Onun fikrincə, hər bir vətəndaş bunu öz imkanı daxilində edə bilər:

 

“İkinci bir tərəfdən beynəlxalq təşkilatlara ictimaiyyət nümayəndələri tərəfindən müraciətlər olunmalı, faktlar onların nəzərinə çatdırılmalıdır. Bizim beynəlxalq təşkilatlarla işləyib bu faktları onların diqqətinə çatdırmağımız mütləq şəkildə vacibdir.  Bu iş Azərbaycan ictimaiyyətinin üzərinə düşür. Çünki bəzi hallarda dövlət tərəfindən təqdim olunan bu faktlara dövlətin mövqeyi kimi baxılır və buna barmaqarası yanaşılır. Artıq burda ikilistandartlar özünü göstərir. Biz bu sahədə fəaliyyətimizi yeniləməliyik”.

 

Azərbaycanın 4 min əsir və itkin düşmüş insanı ilə bağlı siyahısının olduğunu qeyd edən F.İsmayılov hesab edir ki, onların böyük əksəriyyəti bu cür kütləvi məzarlıqlarda gizlədilib. Ona görə də hesab edir ki, Ermənistan birinci növbədə kütləvi məzarlıqların yerini göstərməlidir:

 

“Bu məzarlıqların yerini onların hərbçiləri, liderləri bilirlər. Onlar yaxşı bilirlər ki, hansı kənddə, hansı ərazidə kütləvi məzarlıqlar gizlədiblər”.

 

F.İsmayılov bildirib ki, bu faktlar Ermənistanın cinayətlərinin üstünün açılması ilə yanaşı, bir tərəfdən də itkin düşmüş doğmalarının yolunu gözləyən ailələrin gözlərinin yollardan çəkilməsinə imkan yaratmış olar.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...