“Tarixə adını yazan qadınlar” - İMZA GÜNÜ

12:08 10-10-2022 | icon 489 | Cəmiyyət
“Tarixə adını yazan qadınlar” - İMZA GÜNÜ

"Kitabım yeni nəşrlər üçün bir mənbə, model olarsa, bundan ancaq şad olardım"

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Tarixə adını yazan qadınlar” üçcildliyinin VIII Beynəlxalq Bakı Kitab Sərgisində imza günü keçirilib.

 

Versus.Az xəbər verir ki, təkrar nəşr olunan “Tarixə adını yazan qadınlar” üçcildliyində 100 qadının tarxi şəxsiyyət kimi səciyyəvi özəllikləri verilib.

 

5 oktyabr - Müəllimlər Günündə keçirilən təqdimat mərasiminin Sərgiyə və Günə özəl xüsusiyyətlərini şərh edən müəllif Azərbaycan, ümumən Dünya tarixinə adını yazan qadınların ən ümumi və ən ümdə xüsusiyyətinin öyrətmək, örnək yaratmaq olduğunu vurğulayıb. O, bildirib ki, üç cilddən ibarət olan kitabda ayrı-ayrı fəaliyyət sahələrində böyük işlər görmüş və tarixin müxtəlif dövrlərində yaşamış və ya yaşamaqda olan 100 ünlü qadının həyatı, fəaliyyəti və yaradıcılığı haqqında oçerklər toplanıb.

 

Kitabda üç Azərbaycan qadını haqqında da bilgilər əksini tapıb ki, onlardan biri ölkəmizin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. O, XXI yüzildə yaşayıb-yaradan Azərbaycan qadını olmasına baxmayaraq, artıq qadın tarixi şəxsiyyətlər sırasında mötəbər yerə malikdir. Qadın tarixi şəxsiyyətlər barədə kitab yazmağın böyük məsuliyyətini vurğulayan Q.Paşayeva, ölkəmizdə dövlətin qadınlarla, ailə və uşaqlarla bağlı hazırki siyasətinin, İslam Şərqinin ilk Cümhuriyyətini quran Azərbaycanın qadına bəslədiyi yüksək münasibətin ona ilham verdiyini bildirib:

 

"Çağdaş dönəmdə Azərbaycan qadınının cəmiyyətdə rolu artmaqda davam edir. Mən də bu kitab vasitəsi ilə ümumi işə töhfə vermək istəmişəm. Milli tariximizdə kifayət qədər qadınlarımız var ki, onların həyat və fəaliyyətinin araşdırılmasına, kitablaşdırılmasına ehtiyac duyulur. Düşünürəm ki, yeni müəlliflər bu işi davam və inkişaf etdirəcəkdir. Əgər mənim kitabım yeni nəşrlər üçün bir mənbə, model olarsa, bundan ancaq şad olardım".

 

Q.Paşayeva imza mərasimi keçirilən kitabın bütün gəlirinin iki məqsədə xidmət edəcəyini hildirib. - Bunlardan biri, "Məktəbə kitab bağışı" kampaniyası, digəri isə sonsuzluqdan uzun illərdir əziyyət çəkən 4 ailənin müalicəsinə yönəldilməsi ilə bağlıdır. O, bu aksiyaya dəstək verən bir sıra qurumların başçısına Təşəkkür Məktubu təqdim edib. Eyni zamanda tədbirdə iştirak edən çox sayda dəyərli ziyalılara, təşkilat rəhbərlərinə, oxucularına və bütün tədbir iştirakçılarına kitaba verdikləri dəyərə görə minnətdarlığını bildirib. Bölgəmizin, ümumən dünyanın barış və əmin-amanlıq içində yaşamasında, xeyirxahlıq missiyasinda qadınların özünəxas yeri, rolu olduğunu bildirən professor Yaqub Qurbanov müəllifin müəllimi olduğunu və məhz Müəllimlər Günündə onun kitabının imza günündə iştirakdan çox məmnun olduğunu söyləyib.

 

Yaqub Qurbanov Q.Paşayevaya uğurlar arzulayıb, ürək sözlərini bölüşüb. Sonra imza mərasimi keçirilib.

 

Qeyd edək ki, “Tarixə adını yazan qadınlar” kitabının birinci cildinə MM Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin sədri Prof.Dr. Hicran Hüseynova, ikinci cildinə Latviyanın sabiq prezidenti Vaira Vike Freiberqa və kitabın məsləhətçisi Aybəniz Turan, üçüncü cildinə isə İnsan Hüquqları üzrə keçmiş Müvəkkil Prof.Dr. Elmira Süleymanova və BMT-nin Azərbaycandakı keçmiş rezident-əlaqələndiricisi Fikrət Akçura “Ön söz” yazıblar. Kitabın redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır. Q.Paşayevanın özünəxas üslub və sənətkarlıqla qələmə aldığı bütöv bir əsər təsiri bağışlayan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...