“Ermənistana cinayət işi qaldırılmalıdır”
Ermənistanın Azərbaycana qarşı törətdiyi işğallar, soyqırımlar, qətliamlar bu gün də əsas dəlil olaraq kütləvi məzarlıqlarda ortaya çıxır. Ermənistanın bir cinayətkar dövlət olduğu və beynəlxalq təşkilatların məhz bu faktları görüb düzgün qiymətləndirmə aparması üçün Beynəlxalq hüquq öz sözünü deməlidir. Bunun üçün də Azərbaycan erməni vandallığını ortaya qoyan faktları məhkəmələrə təqdim etməlidir.
Hüquqşünas Əlövsət Allahverdiyev Versus.az-a bildirib ki, Edillidə tapılan son məzarlığa qədər bir neçə belə məzarlıqlar aşkar olunmuşdu. Azərbaycan bu faktları dünyaya, beynəlxalq ictimaiyyətə çatdırdı və hər dəfə də bəyan etdi ki, Ermənistan rəhbəriyi bu kütləvi məzarlıqlara görə məsuliyyət daşıyır.
“Ermənistan dövlət olaraq məsuliyyətə cəlb olunmalıdır. Əgər bu hadisəni törətmədiyini deyirsə, o zaman gizli məzarlıqlarda xüsusi amansızlıqla basdırılmış azərbaycanlı hərbi və mülki şəxslərə qarşı cinayət törədənləri tapıb, məsuliyyətə cəlb edib həbs etməli idi. Təəssüf ki, bunların heç bir baş vermədi”.
Hüquqşünas Ermənistanın 30 il Azərbaycanda tpörətdiyi saysız – hesabsız cinayətlərə görə beynəlxalq aləmdə hər hansı bir məsuliyyətə cəlb olunmadığını əsas götürərək, bu gün də bundan hər hansı nəticə çıxaracağına inanmadığını deyib. Bildirib ki, Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələr qarşısında cavab verməyə məcbur etməlidir.
“Fevral ayının 4-də Azərbaycan prezidenti, Avropa İttifaqı, Fransa və Ermənistanın baş nazirinin videoformatda görüşü oldu. Bu görüşdə Azərbaycan prezidenti itkin düşmüş 4 min nəfər azərbaycanlı haqqında məlumatın verilməsini istədi. Ermənistan vəd versə də, bu günə qədər heç bir məlumat vermədi. Azərbaycan o məzarlıqları aparılan bərpa işləri prosesində aşkar edir. Əlbəttə ki, Ermənistanın bu əməli müharibə cinayətidir və Ermənistan buna görə birmənalı şəkildə məsuliyyət daşıyır. Bizim Ermənistandan tələbimiz budur ki, Azərbaycan insanlarına qarşı qətliam törədib gizlətdiyi kütləvi məzarlıqlar haqqında məlumat versin. Eyni zamanda əgər burda Ermənistanın təqsiri yoxdursa, təqsirkarların kim olduğunu ortaya qoyub təqsirkarı cəzalandırsın”.
Hüquqşünas hesab edir ki, Ermənistan bunların heç birini etmirsə Ermənistanın özünün -siyasi və hərbi məsuliyyətə cəlb olunması məsələsi qoyula bilər. Biz bununla bağlı beynəlxalq məhkəmələrdə Ermənistana qarşı cinayət işi qaldırmalıyıq”.
Ləman
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"