Sığorta sisteminə etibar hansı vəziyyətdədir?

22:53 11-10-2022 | icon 443 | Cəmiyyət
Sığorta sisteminə etibar hansı vəziyyətdədir?

Razi Nurullayev: "Sığorta şirkəti belə məqamlarda bəhanələr gəzir"

 

"İcbari sığorta sahəsində elektron informasiya sistemlərinin inteqrasiya olunması irəliyə addımdır. İstər avtonəqliyyat, istər daşınmaz əmlak və digər sığorta növlərində göstərilən xidmətlərdən narazılıq çoxdur. Sığorta sisteminin dəqiq və şəffaf işləməsi həm də dövlətin yükünün azaldılması deməkdir".

 
 
Versus.Az xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında millət vəkili Razi Nurullayev bildirib.
 
 
Razi Nurullayev qeyd edib ki, bu gün onlarla şirkət tərəfindən müxtəlif sığorta xidmətləri göstərilsə də, vətəndaşlar onlara hələ də etibar etmir. Onun sözlərinə görə, bu etibarsızlığın bir neçə səbəbi var:
 
 
"Ona görə də maddə 8-ə, icbari sığorta müqaviləsinə, o cümlədən 22-ci maddəyə - sığortalının hüquq və vəzifələrinə dəyişiklik edilməsini və konkret olaraq yüngülləşdirici və sadələşdirici müddəaların salınmasını istəyirəm.
 
İstər avtonəqliyyat, istərsə də daşınmaz əmlak sığorta hadisəsi yarananda, sığortaçı əlindən gələn və ağlından keçən bütün əyri yolları işlədir ki, ya sığorta ödəməsin, ya da az ödəsin. Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib. Bir neçə il bundan qabaq “Atəşgah” sığorta ilə bağlı bir sığorta hadisəsi yaşadıq. Mən müxtəlif üsullardan istifadə edib rəhbərliyə, ən azından bir şöbə müdirinə çıxmaq istədim. Mümkün olmadı. Qaynar xətt telefonuna zəng etməli olursan, bir xanımla danışırsan, o da eyni sözləri dalbadal təkrar edir. Bilmirsən canlıdır, yoxsa robot. "Facebook"-da bir paylaşım etdim, şərhlər bölümündə 500-dən çox şərhləri oxusaydınız görədiniz ki, sığorta bazarı hansı vəziyyətdədir".
 
 
 
Millət vəkili sığortaolunanın həftələrlə, aylarla qapılar döyməsinə də toxunaraq, bildirdi ki, Qanunu daha da sadələşdirək, məmurun əyri manevrlər etməsi üçün yolları bağlayaq:
 
 
"Bəzən kiçik avtonəqliyyat hadisəsində belə vətəndaş həftələrlə incidilir. Olmaz axı belə. Avtoqəza olub, zərərçəkən də avtonəqliyyat vasitəsidir, sürücü və sərnişinlərin heç burnu da qanamayıb. Sürücülər neçə məmur qapısı döyməli olur, iş polisə verilir ki, araşdırsın və sonra sürücü polisdən kağız gətirib sığorta şirkətinə verməlidir. Buna nə ehtiyac var? Sığorta şirkəti belə məqamlarda bəhanələr gəzir ki, kaş ki, o sürücünün bir problemi yaransın ki, şirkət sığorta ödəməsin. Belə olan halda sığorta sisteminə hansı etibardan danışmaq olar?"
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...