Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş beynəlxalq sərginin açılış mərasimi keçirilib
Xantı-Mansiysk şəhərində məşhur neft sahibkarı Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş beynəlxalq sərginin açılış mərasimi keçirilib.
Versus.az xəbər verir ki, bu gün, 12 oktyabr 2022-ci il tarixində Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, neft və qaz Muzeyinin (Rusiya Federasiyası) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı beynəlxalq sərginin açılış mərasimi baş tutub.
Tədbirdə muzeyin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin elmi işçisi Fuad Ağayev iştirak edərək, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının adından iştirakçıları salamladı.
Fuad Ağayev tədbir iştirakçılarına Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik işlərindən bəhs edib. Eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyində Tağıyev irsinin tədqiqi, təbliği və bu istiqamətdə gördüyü maarifləndirici fəaliyyətini xüsusi vurğulayıb.
Sonra Geologiya, neft və qaz muzeyinin elmi işlər üzrə direktor müavini, coğrafiya elmləri namizədi İvan Yaşkov çıxış edərək, sərgi-tədbirin əhəmiyyəti barədə fotoslaydın müşayiəti ilə ətraflı məlumat verib. Həmçinin, İvan Yaşkov Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə gələcəkdə də bu kimi müxtəlif beynəlxalq sərgilərin, onlayn elmi, maarifləndirici, interaktiv layihələrin həyata keçirilməsindən də danışıb.
Daha sonra Fuad Ağayev muzeyin nəfis tərtibatlı nəşri olan “Tağıyev sarayı” və “H.Z.Tağıyev fotoşəkillərdə” adlı kitabları Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Mədəniyyət Departamentinin direktoru Artur Latıpova Milli Azərbaycan Tarixi Muzeyi adından hədiyyə olaraq təqdim edib.
Tədbirin sonunda Fuad Ağayev iştirakçıları sərgini izləməyə dəvət edərək, məşhur neft sahibkarı H.Z.Tağıyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"