"Medianın şəffaflığının artrılması üçün buna ehtiyac var"

18:59 14-10-2022 | icon 836 | KİV
"Medianın şəffaflığının artrılması üçün buna ehtiyac var"

Aydın Quliyev: “Türkiyənin “Sosial media qanunu"nu izləməkdə fayda var”

 

Bu gün Türkiyədə qüvvəyə minən " Sosial media qanunu" Azərbaycan media camiyəsində maraqla izlənir.  Azərbaycan media qurumları nümayəndələri qəbul olunan qanunun müddüəlarına diqqət çəkməklə maraqlı nüanslara toxunublar.

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Türkiyədə media sahəsində əldə olunan yeni normativlər sözsüz ki, Azərbaycanda da diqqətlə izlənilir. Çünki hər iki ölkənin bir çox sahələrdə oxşar cəhətləri və inkişaf modellərində uyğunluqlar var. Bu gün hər iki ölkə, xüsusilə də beynəlxalq münasibətlərdə və dünya siyasəti sahəsində informasiya hücumlarının eyni təmayüllü basqılarına məruz qalır. Və hər iki ölkənin informasiya təhlükəsizliyi istiqamətində siyasətlərinin uzlaşdırılması sahəsində xeyli vaxtdır ki, sinxron proses başlayıb. Buna görə də Türkiyədə media sahəsində atılan addımların və qəbul olunan yeniliklərin Azərbaycanda da maraqla qarşılanması təbiidir.

 

Baş redaktor Azərbaycanda da informasiya təhlükəsizliyi sahəsində ciddi problemlərin olduğunu, reket mediaçılıq üslübü ilə bərabər, mənəvi terror mediaçılığının da az qala bir ənənəyə çevrildiyini nəzərə alaraq, Türkiyə “Sosial Media qanunu”nu maraqla izlədiyini vurğulayıb.

Onun fikrincə, medianın saflaşdırılması, şəffaflığının artrılması üçün bu cür qaydaların və onun təminatlılığının artırılmasında bu cür qaydaların izlənilməsində fayda var.

 

A.Quliyev qanunda diqqətini çəkən bir sıra məqamlara toxunub:

“Məsələn, uşaqların, yeniyetmələrin normal tərbiyə sisteminin pozulmasına yönəlmiş informasiyalarn, bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasında qanunvericilik normativlərinin sərtləşdirilməsi təbii addımdır. Ola bilər ki, bir sıra istiqamətlərdə qanunun yeni qaydalarının sərtliyi müəyyən hallarda mübahisə doğura bilər. Amma unutmayaq ki, burda söhbət həm də ölkələrin, birinci növbədə Türkiyənin özünün informasiya məkanının təhlükəsizliyinin qorunmasından gedir”.

 

A.Quliyev qeyd edib ki, bu gün Facebook, instagram, tvitter, youtube, tiktok və s sosial şəbəklərin artıq qlobal bir şəbəkəyə çevrildiyi və dünyanın müxtəlif kollektiv mərkəzlər tərəfindən yox, tək mərkəzlərdən iddarə olunduğu artıq şübhəsizdir.

 

Onun fikrincə, qlobal sistemə çevrilmiş tək mərkəzlər tərəfindən idarə olunan bu sistemlər müəyyən hallarda informasiya şəbəkəsinin yayımından daha çox, silah rolunu oynaya bilir. Ona görə də hesab edir ki, sosial şəbəkələrin fəaliyyətinin milli qanunvericilik çərçivəsində dövlət üçün ziyanlı şəkil almaması üçün müəyyən önləyici tədbirlərin görülməsi təbiidir:

 

“Məsələn,   sosial şəbəkələrin milli ofislərinin açılması, həmin ofislərdə yönəldici şəxlərin əsasən yerli vətəndaşlardan olması normal yanaşmalardır.  Dezinformasiya ilə məşğul olan, xüsusuilə də məqsədli şəkildə mərhələ-mərhələ bu işlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi də effektə hesablanmış addımlardır”. 

 

A.Quliyev bildirib ki, burda medianın inkişafına, iqtisadi mövqeyinin möhkəmləndirilməsinə yönəldilmiş maddələr də var:

 

“Məsələn, rəsmi elan və reklamların artıq xəbər saytlarında da yerləşdirilməsinin qanuni normativlərlə tənzimlənməsi çox əhəmiyətlidir. Bu, bütün seqmentlərdən olan media qurumlarının reklam, rəsmi elanlar bazarına geniş açılmasına əlavə imkanlar yaradır.  Qanunda göstərildiyi kimi, bütün xəbər saytlarının yayımladığı xəbərlərin arxivdə saxlanması vacib məsələdir. Çünki təcrübə göstərir ki,  indiyə qədər müəyyən media qurumları bu vəziyyətdən sui-istifadə edirdilər. Həmin məlumatının lazım olan vaxtı tapılmayacağı ümidi ilə istənilən məlumatı yerləşdiridilər və bu da bəzi hallarda məsuliyyətsizliyin baş alıb getməsinə səbəb olurdu. Ona görə də özəl arxivin məcburi olması əhəmiyyətlidir”. 

 

A.Quliyev qanunda mübahisə doğuran məqamlara da toxunub. Bildirib ki, şəxsi internet resursunun yaradılması sahibkarın üzərində bir öhtəlik kimi qoyulursa, onun artıq təhlükəsizlik və qorunması tərəflərini dövlət öz üzərinə götürməlidir. Çünki internet arxivinin yaradılması sadəcə məsələnin hamısı demək deyil.  Arxivin təhlüküsəsliyi, istənilən kiber hücumdan müdafiəsi artıq dövlətin səlahiyyətində və imtiyazlarında olan məsələdir. Və yaxud da dövlət orqanının istənilən saytdan xəbərin çıxarılmasını tələb etməsi səlahiyyətinin verilməsi maddəsi özlüyündə müəyyən mübahisəli məqamlara aparır:

 

“Biz qanunla tam tanış deyilik. Yəqin ki, qanunun özündə bu detallara qədər göstərilib. Məsələn, dövlət orqanlarına istisnasız olaraq “yalan məlumatların saytlardan çıxarılmasını tələb etmək və bunun icra etmək səlahiyyəti verilsə”, bu sözsüz ki, praktikada müəyyən problemlərə və ziddiyyətlərə yol açacaq. Bu, media və dövlət orqanları arasında lüzumsuz mübahisələrə səbəb ola bilər. Bu, həm də dövlət oqranlarının media orqanları üzərində aşırı dərəcədə üstünlük əldə etməsinə imkan verə bilər. Yalan məlumatarın çıxarılması səlahiyyəti dövlət orqanına verlməsi normal olsa da, onun qanunvericilikdə müvafiq məhkəmə, icra orqanları və yaxud da Mətbuat Şurasının timsalında QHT xətti ilə icra olunması olduqca təminatlı vasitə ola bilər. Ümumən bu qanunda edilən yeniliklər həqiqətən də diqqətimi cəlb elədi”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...