Bu müsabiqə SİYASİLƏŞİB
Lalə Quliyeva: "Azərbaycanın siyasiləşmiş yarışmada iştirakına ehtiyac yoxdur"
“Son illərdə "Avroviziya" mahnı müsabiqəsindəki qalmaqallar bitmək bilmir. Turin şəhərində keçirilən son musabiqəsinin qalibi, çoxların fikrincə zəif çıxış edən Ukrayna oldu. Ekspertlər bunu Ukrayna-Rusiya munaqişəsinin təsiri olduğunu bildiriblər”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.
Onun sözlərinə görə, son yarışmalarda keçirilən səsvermələrin saxtalaşdırılması məsələlər üzə çıxıb. Buna görə də yarışmada iştrakdan imtina edən ölkələrin sayı artmaqdadır:
“Səbəb kimi isə yarışmanın ikili standartlara söykəndiyi, səsvermənin saxtalaşdırılmasıdır. Türkiyə səsvermə sistemində ədalətsizlik olduğu üçün yarışmada iştirakdan imtina etdi və 2013-cü ildən "Avroviziya"ya qatılmır. İndi isə Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəyini açıqlayıblar”.
Lalə Quliyeva hesab edir ki, bu müsabiqədə Azərbaycanın iştrakı ölkəmizə heç nə verməyəcək:
"Gəlin özümüzü aldatmayaq. Siyasiləşmiş bir yarışmada qalib gələcəyiməz nə dərəcədə inandırıcıdır? Artıq müsabiqədə səslənən mahnıya yox, təmsil etdiyin ölkəyə kimlərinsə simpatiya etdiyindən asılıdır. Belə olan halda Azərbaycanın siyasiləşmiş yarışmada iştiraka ehtiyac varmı? Məncə yox”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"