Xudafərinin azadlığı günü və İran sərhəddə kimə əzələ göstərir?

13:42 19-10-2022 | icon 1123 | Tarix
Xudafərinin azadlığı günü və İran sərhəddə kimə əzələ göstərir?

 Qasım Hacıyev: “İran dövlətindən Azərbaycana xeyir gəlməyib, heç gəlməyəcək də”

 

1993-cü ildə Ermənistan tərəfindən işğal edilən tarixi, nadir memarlıq abidəsi-Xudafərin körpüsü 2020-ci il sentyabrın 27-də başlanılan 44 günlük Vətən müharibəsində Cəbrayıl rayonu və digər torpaqlarımızla birlikdə işğaldan azad edildi. 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpüsü 27 illik həsrətdən sonra düşməndən təmizləndi. Qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayan, mənəvi cəhətdən dövlətimiz, xalqımız, həmçinin mədəniyyətimiz üçün də önəmli bir abidə sayılan Xudafərin körpüsü 27 il ərzində işğal altında qalsa da, xalqımız öz dəyərlərinə dəyərinə sahib çıxmağı bacardı. 

 

Araz çayı üzərində qurulan tarixi abidəsi Xudafərin körpüsünun kommunikasiya vasitəsi olaraq bugünkü əhəmiyyəti və onun işğaldan azad olunaraq işlək vəziyyətə gətirilməsi qonşu dövlətlərlə əlaqələrinin inkişafı baxımından hansı perspekstivə və əhəmiyyətə malikdir?

 

Bu gün Arazın o tayına körpü olan Xudafərin Azərbaycanla İran arasında iqtisadi, humanitar əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət kəsb etsə də, cənub qonşumuzun sərgilədiyi mövqelərdə nələr müşahidə olunur? 2 il əvvəl azad olunan Xudafərin bu gün İran tərəfdən nəyə şahidlik edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitunun, ermənişünaslıq şöbəsinin kafedra müdiri Qasım Hacıyev bildirib ki, işğaldan azad olunmasınn 2-ci ilini qeyd etdiyimiz Xudafərin körpüsü ilə bağlı Azərbaycanın tarixində çox mühüm hadisələr, xatirələr var. Tarixçi alim bildirib ki, Xudafərin körpüsü Orta əsrlərdə yaranmış, Şərqlə Qərbi, Azərbaycanın Cənubu ilə Şimalını birləşdirən və ordan da dünyanın müxtəlif yerlərinə yol açan bir körpü olub və o missiyanı bu gün də davam edə bilər. Əgər İran yanlış davranışlar sərgiləməsə...

 

“Xudafərin körpüsü Orta əsrlərdə çox böyük əhəmiyyətə malik idi.  O dövrdə cənubda yaşayan xalqların şimala doğru hərəkətini, şimalda yaşayan xalqların ticarət məqsədi ilə cənuba doğru hərəkətlərində Xudafərin körpüsü çox böyük rol oynayırdı. 

Orta əsrlərdən yeni dövrə keçəndən sonra Xudafərin körpüsü artıq tarixi bir abidəyə çevrildi. Xalqlar arasında əlaqə yaradan bu körpü  yeni dövrdə əhəmiyyətini itirirdi. Ona görə ki, müharibələr dövründə, xüsusilə də 19-cu əsrin əvvəllərində qacarlarla İran arasında gedən müharibədə bu körpüyə zərər dəydi, sonradan yenə bərpa olundu.  Amma ən böyük bəla o zaman baş verdi ki, Türkmənçay və Gülüstan müqavilələrindən sonra Araz çayı bir xalqın- azərbayacanlıların arasında bir ayrılıq xətti oldu. Azərbaycan şimala, cənuba bölündü. Şimalı Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan İranın tərkibində qaldı. Beləliklə, Araz çayı sərhddə çevrildi və onun üzərindəki körpü də öz missiyasını itirdi. Artıq o, gediş-gəliş yolu yox,  dövlətlər arasında sərhəddə yerləşən və ancaq tarixi rolu olan bir abidəyə çevrildi”.

 

Q.Hacıyev qeyd edib ki, hələ sovet dövründə o körpünün üzərində bənd yaratmaq istəyəndə xalq bu fəndgir, işğalçı dövlətlərin burda tikdirdiyi bəndlərdən Azərbaycana xeyirdən çox ziyanının olacağını başa düşürdü:

“I Qarabağ müharibəsində Zəngəzurun şərq hissəsi işğal olunandan sonra, hansı ki, 20-ci əsrin əvvəllərində qərb hissəsi işğal olunmuşdu, Ermənistan yarananda o əraziləri Azərbaycandan alıb ermənilərə vermişdilər. Müharibə başlayanda Qarabağın dağlıq hissəsi və 7 rayonunu da işğal etdilər. Zəngəzur bütövlükdə işğal olundu. Beləliklə, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarından Xudafərin körpüsünü  görmək mümkün olmadı.  30 ildən sonra torpaqlar işğaldan azad olunanda sanki Azərbaycan çox böyük xoşbəxtlik hissləri keçirtdi. Həm tarixi torpaqlarımız olan Xudafərin və onun ətrafındakı ərazilər yaxından görünməyə başladı,  həm də Azərbaycanın əbədi, əzəli torpaqları olan Şərgi Zəngəzur və Qarabağ işğaldan azad olundu.  Böyük zəfər yürüşünə çıxmış və qələbə qazanmış Azərbaycan ordusu, onun zabitləri fəxrlə Xudafərin körpüsündən reportajlar verdilər. Xudafərin artıq Azərbaycanın fəxri simvollarından biri kimi yenə də Azərbaycan ərazilərinə qaytarıldı. Azərbycan Prezidenti İlham Əliyev, Vitse-prezident, birinci xanım Mehriban Əliyeva Xudafərində çox gözəl şəkillər çəkdirib, paylaşımlar etdilər. Xalqımız hiss elədi ki, artıq bu ərazilərə düşmən ayağı dəyə bilməz, bu ərazilər tamam işğaldan azad edilib, Xudafərin əvvəlki vəziyyətinə qayıdır”. 

 

Q.Hacıyev bildirib ki, Azərbaycan dövləti Xudafərinin əvvəlki missiyasını özünə qaytarmaq üçün müxtəlif layihələr təklif edir. Lakin təəssüflə qeyd etdi ki, keçən əsrin əvvəllərində də,  sonlarında da  Azərbaycana qısqanclıqla yanaşan, müsəlman olan qonşu İran dövləti həmişə Azərbaycana əks mövqe tutub və öz mövqeyində b gün də davam edir. Onun sözlərinə görə, 18 oktyabrda müstəqilliyini qazanan və 30 ildən sonra məhz bu tarixdə işğaldan azad edilən Xudafərin körpüsünə qısqanc yanaşmalarını davam edən İran bununla da Xudafərinin bir körpü kimi işləməsinə maniyə yaratmaq istəyir:

 

“Azərbaycanın müstəqilliyinə qısqanclıqla yanaşan  İranın ölkəmizə vurduğu zərbələr hər sahədə - siyasi, iqtisadi, hətta hərbi sahədə özünü göstərdi. İran dəfələrlə Xudafərin körpüsündə görünən azərbaycanlılara qarşı hədələr ediblər. İndi də Arazın sahilinə hərbi sursatlar yerləşdirir, ətraf ərazilərində hərəkətə bir növ maniə olmağa çalışırlar. Hansı ki, bu qonşu ölkə din “qardaşımız” ən azı 30 ildən bəri işğal altında qalan, sökülüb dağıdılan həmin rayonların nəinki təəssübünü çəkmədi,  əksinə ona göz yumdular. Bəlkə də buna sevinirdilər. Sevinməsəydilər xalqımzın min bir əziyyətlə tikdiyi evləri söküb İrana daşımazdılar. İrandan işğalçı, vandal, terorçu ölkəyə müharibə aparması üçün silah daşınmazdı, dəstəklənməzdi. Ona görə də  İran dövlətindən Azərbaycana xeyir gəlməyib, heç gəlməyəcəkdir də. İndi yalnız onu gözə soxmaq istəyib deyirlər ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanın işğalçı olduğunu deyib. Amma biz İranın sözdən başqa irəli gələn başqa bir hərəkətini görməmişik. İran Qarabağ müharibəsində də  Ermənistana hər mənada kömək edib. İran olmasaydı Azərbaycan və Türkiyə Ermənistanı blokadada saxlayıb qan tökülmədən sülh müqaviləsinin bağlanmasına nail olardı. Biz Şuşanın işğalında da İranın rolunu yaxşı bilirik. İran bu gün də Xudafərin, Şuşa, Laçın haqqında da danışacaqlar.  İndi də Ermənistan ərazisində konsulluq tikib erməniləri müdafiə etmək haqqında bəyanatlar verirlər. Ona görə də onlardan haqq-ədalət prinsipindən başqa, nə desən gözləmək olar”. 

 

Q.Hacıyev bu faktlara istinad edərək, hesab edir ki, İrandan təkcə Xudafərin, Arazla bağlı yanlış addımlar yox, başqa  hərəkətlərinin şahidi ola bilərik:

 

“Əgər İran öz başını saldığı bəladan qurtara bilsə.”

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...