Ziyarətçilər QDF-nin stendinə böyük maraq göstərirlər

15:11 19-10-2022 | icon 409 | Cəmiyyət
Ziyarətçilər QDF-nin stendinə böyük maraq göstərirlər

Xəbər verdiyimiz kimi, artıq ikinci dəfə təşkil olunan Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi işinə başlayıb.

 

Versus.Az xəbər verir ki, müxtəlif ölkələrin, şirkətlərin və dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sərgi onlar arasında bir növ ünsiyyət platforması rolunu oynayamaqla yanaşı, yeni əməkdaşlıqların da əsasını qoyacaq. Eyni zamanda Qarabağın bərpa və quruculuğu istiqamətində aparılacaq işlərlə yanaşı, Qarabağ həqiqətlərini daha geniş kütləyə çatdırmaq imkanı da yaradacaq.

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və digər rəsmi şəxslər sərgidə iştirak edən Qarabağ Dirçəliş Fondunun stendini ziyarət ediblər.

 

Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova nazir müavininə və digər ziyarətçilərə Fondun fəaliyyəti, məqsədləri, həyata keçirdiyi layihələrlə bağlı geniş məlumat verib.

 

P.Məmmədova eyni zamanda üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” “T-shirt” kolleksiyası barədə danışıb. Qeyd edib ki, Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “T-shirt” kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.

 

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun stendinə maraq kifayət qədər böyükdür. Ziyarətçilər Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı məlumat almaqla yanaşı “Qarabağın inciləri” puzzle oyununu oynamaq imkanı əldə edirlər. Gün ərzində ən çox xal toplayan ilk beş qalibə üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” T-shirt kolleksiyasından hədiyyə təqdim olunacaq.

 

Bundan başqa ziyarətçilər Fondun vətəndaşların işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində iştirakçılılığını qiymətləndirmək və onların bu istiqamətdə fikirlərini və mövqelərini müəyyənləşdirmək məqsədilə mövcud və potensial donorlar arasında keçirdiyi sorğuda iştirak etmək imkanı əldə edirlər.

 

Ziyarətçilər eyni zamanda Fonda ianə etməklə Qarabağın bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə verə bilərlər.

 

Məlumat üçün bildirək ki, üç gün davam edəcək və oktyabrın 21-də işini yekunlaşdıracaq sərgiyə giriş sərbəstdir. Doğma Qarabağımızın bərpası istiqamətində görülən işlərlə yaxından tanış olmaq, eyni zamanda bu işə öz töhfəsini vermək istəyən hər kəsi sərgiyə dəvət edirik.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...