Azərbaycanda ilk onlayn TƏDQİQAT

12:57 20-10-2022 | icon 581 | Cəmiyyət
Azərbaycanda ilk onlayn TƏDQİQAT

Erkən nikah insan alveridirmi?

 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi “Erkən nikah və onun fəsadları” mövzusunda onlayn tədqiqat aparıb.

 

Təşkilaıtn sədri Mehriban Zeynalovanın hazırladığı tədqiqatda  erkən nikahın insan alveri qismində tanınması əksini tapıb. Tədqiqata təkan verən amil Azərbaycanda erkən nikah probleminin hələ də mövcud olmasıdır. 

 

Problemin mövcud olmasına təsir göstərən amillərdən:

 

-    erkən nikah probleminə yanaşmada müəyyən çərçivələrin qorunması və bu çərçivələrdən kənara çıxılmadığı; 

-     erkən nikaha köhnə adət və ənənə, mövhumatlar çərçivəsində baxıldığı;

-     erkən nikah probleminin hələ də insan alveri problemi ilə kəsişmə nöqtələrinin müəyyən edilmədiyi səbəbdən araşdırmaya ehtiyac yaranması olub. 

 

Tədqiqat “Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”Konvensiyanın 5 maddəsinin a) yarımbəndinə - “Cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək”  əsaslanaraq aparılıb. 

 

Konvensiyanın a) yarımbəndində qeyd edilən: “adətlərin və hər cür başqa praktika” ifadəsinə «köləlik» anlayışı kontekstində, yəni «şəxsin üzərində hər hansı və ya bütün mülkiyyət hüquqlarının tətbiq olunduğu vəziyyət və status» kimi müəyyən edildiyini   nəzərə alsaq, erkən nikaha köləlik adətlərinin qalığı qismində baxılması, köləliyin isə insan alverinin əsas təkib hissəsi olduğu qəbul edildiyindən, erkən nikahın insan alveri qisimində tanınması ilə nəticələnə bilər.

 

Konvensiyanın 5-ci maddəsində göstərilir ki, əgər kişi və qadınların bərabərliyi hüquqla təmin olunursa və de facto bərabərliyin dəstəklənməsi üçün xüsusi tədbirlər görülürsə belə, hələ də cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək zərurəti mövcuddur. Konvensiyanın 6-cı maddəsində göstərilir: "İştirakçı-dövlətlər qadın alverinin bütün növlərinin və qadınların fahişəliyindən istifadənin kökünü kəsmək üçün bütün müvafiq tədbirlər, qanunvericilik tədbirləri daxil olmaqla, görürlər."

 

Daha bir beynəlxalq sənəddə deyilir:

 

i) Qadını pul, yaxud natural muzd almaqla, onun ixtiyarı olmadan valideynləri, qəyyumu, ailəsi, yaxud digər şəxs və ya şəxslər qrupu ərə verməyi vəd edir və ya ərə verir .

 

Başqa bir beynəlxalq sənəddə isə qeyd edilir ki, nikah yalnız nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər” .

 

Təqdim edilən tədqiqat İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2020-2024-cü illər) 4.2.2.  və 4.5.1.

 

“Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi” yarımbəndlərinin icrasını nəzərə alaraq aparılmışdır. 

 

İstinad edilən sənədlər erkən nikah probleminə yalnız köhnə stereotiplər və adətlər, mövhumatlar çərçivəsində baxmamağa, beynəlxalq hüquqi normalar isə problemə daha geniş və qlobal kontekstdə baxılmasına, insan haqlarının kobud pozuntusu ilə müşaiyət edilməsi və köləliklə bağlılığına nəzər yetirməsinə təkan verir.
Qanunvericiliyə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİSEF-in açıqlamasına əsasən, Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qızın ailə qurması barədə məlumata rast gəlinir . Mənbədə rəsmi statistikaya əsasən, son altı ildə ölkədə erkən nikahlardan 21,5 minə yaxın uşaq doğulması göstərilir. Altı  ildə 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların statistikası aşağıdakı kimidir: 

 

    Beş il ərzində erkən nikahın sayı: 2010-cu ildə 4883 nəfər, 2011-ci ildə 5138 nəfər, 2012-ci ildə  295 nəfər, 2013-cü ildə  229 nəfər, 2014-cü ildə   479 nəfər, 2015-ci ildə 391 nəfər;

 

    15-17yaşlı analar tərəfindən doğulan uşaqların sayı: 2010-cu ildə  4103, 2011-ci ildə 4392 nəfər, 2012-ci ildə  3236 nəfər, 2013-cü ildə   2855 nəfər, 2014-cü ildə 3296 nəfər, 2015-ci ildə 2895 nəfər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Bizim Media”-ya verilən məlumatında: “Erkən nikah bu gün də aktual olaraq qalır və cəmiyyətimizi narahat edir. Çünki ailə genofondumuza ciddi təsir edir. Bəli, uşaq evliliyi ilə bağlı statistika qeydə alınmır. Bu isə rəsmi rəqəmləri əldə etməkdə çətinlik yaradır. Sadəcə bu rəqəmləri 15-18 yaş arası olan analar tərəfindən doğulan uşaqların sayına əsasən müəyyənləşdirmək mümkün olur. 2011-ci ildə erkən nikaha girən qızların sayında ən yüksək göstərici olub. Bu izdivacdan 4292 uşaq dünyaya gəlmişdirsə, 2019-cu ildə erkən nikaha girən 18 yaşadək olan qızlardan doğulan uşaqların sayı 2320, 2020-ci ildə isə 1917 olub. Bu da 2 dəfədən çox azalma deməkdir” -deyə vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “No Komment”-ə verilən məlumatda digər bir  məqama diqqət verək:“Ayrı-ayrı iqtisadi rayonlar üzrə bu faktları nəzərdən keçirdikdə müəyyən olunmuşdur ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: 

 

“Qırmızı xətt”ə daxil olan bölgələrdən birinci yerdə Aran iqtisadi rayonu üzrə 96 fakt, ikinci yerdə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt, üçüncü yerdə Bakı şəhəri üzrə 36 fakt, dördüncü yerdə Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib”. O, eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb.

 

Rəsmi mənbələrdən göründüyü kimi, erkən nikah problemi aktual olaraq qalır. Müxtəlif dövrlərdə problemdə azalma müşahidə edilsə də, problemin kökündən həllinə nail olmaq üçün səylərin gücləndirilməsinə ehtiyac var. Lakin bu günə kimi, heç bir mənbədə erkən nikahın, köləlik və ya insan alveri ilə eyniləşməsi ilə bağlı ölkədə müzakirlər və faktlar qeyd edilmir.

 

Digər mötəbər rəsmi  mənbəyə nəzər salsaq, erkən nikahın köləliklə və ya insan alveri ilə kəsişməsi barədə heç bir məlumatın olmadığını görürük. Yəniİnsan Alverinəqarşı Mübarizə Baş İdarəsinin rəsmi internet saytında  diqqət çəkdiyimiz bu məsələ barəsində məlumat yoxdur.

 

-    Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə üzrə(Cinayət Məcəlləsi, maddə 171) 2017-ci ildə 7 nəfər, 2018 -ci ildə 5 nəfər, 2019-cu ildə 1 nəfər, 2020-ci ildə 1 nəfər, 2021-ci ildə 3 nəfər göstərilir;

 

-    Köləliklə bağlı da (Cinayət Məcəlləsi, maddə 106) 2005-ci ildən 2021-ci ilədək heç bir fakt qeydə alınmayıb. 

 

Təbii ki, bəzi mütəxəssislər tədqiqatda qeyd edilən bu amillər, yəni köləlik və insan alveri ilə bağlı meyarlar və fərqlərin düzgün qiymətləndirilmədiyinə dair irad bildirə bilərlər. Müzakirələr hər zaman açıqdır və nəticəyə məhz bu müzakirələri ümumiləşdirərək gəlmək mümkündür. Bu tədiqatın məqsədi də məsələyə yanaşmada müxtəlif mövqelərin müqayisəli  təhlilinə nail olmaqdır. Tədqiqatı diqqətə çatdırmazdan əvvəl müzakirə mövzusu  olan iki anlayışla bağlı ümumi mənzərəni canlandıraq.

 

Köləlik: Köləlik bir şəxsin qanuni olaraq digərinə məxsus olması və qul sahibinin qulların əməyindən faydalanması kimi qiymətləndirilir. Qanuna görə, qul şəxs deyil, mülk sayılırdı. Buna görə də qul azad insanın malik olacağı əsas insan haqlarından məhrum edilirdi. Qulun seçimi yox idi.

 

İnsan alveri: İnsan alveri bir şəxsin digər şəxs tərəfindən qeyri-qanuni şəkildə idarə olunması və insan alverçisinin öz qurbanının əməyindən faydalanması, qazanc əldə etməsidir. İnsan alveri ilə məşğul olan şəxslər nəzarəti altında olan qurbanlara fərd kimi deyil, mülkiyyət kimi yanaşırlar. Beləliklə, insan alverinin qurbanı olan şəxs əsas insan hüquqlarından məhrum olur. İnsan alverinin qurbanı olan şəxsin  də başqa seçimi yoxdur.

 

Erkən nikah: Birləşmiş Millətlər Təşkilatının ekspertləri yetkinlik yaşına çatmayanların nikahını uşaq hüquqlarının kobud  pozulması kimi qiymətləndirir və  onu köləliyin bir forması kimi tanınmasını vacib hesab edirlər. Beynəlxalq hüquq müdafiəçiləri hesab edirlər ki, zorla ərə verilən qızlar qulluqçu, seks köləsi olur, onların təhsil, sağlamlıq, fiziki və psixoloji zorakılıqdan azad olmaq hüquqları pozulur .

 

“Azərbayсan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” Milli Məclisdə illik hesabatlara nəzər salsaq,  müəyyən edilən qurbanlar arasında uşaq qurbanlar da aşkarlanır:

 

“Müəyyən edilmiş 94 insan alveri qurbanından (89 qadın, 3 kişi, 2 uşaq) 93-ü Azərbayсan Respublikasının vətəndaşı, 1-i əcnəbi olmuşdur”. Lakin qeyd edilən fakt daha çox uşaq dilənçiliyi və uşaq əməyinin istismarına dair faktlardır. İnsan alveri qurbanları arasında erkən nikah qurbanlarının olması faktları mövcuddur. Lakin ilkin qiymətləndirmə  zamanı həmin şəxslərin vaxtilə erkən nikaha məcbur edildiyi dövrdə istismar faktlarının olub-olmaması barədə araşdırmaların aparılması faktı müəyyən edilməyib. O cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərdə belə faktlar qeydə alınmır. Həmçinin, qadın problemləri, erkən nikah və insan alveri üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarının da hesabatlarında müraciət edən erkən nikah qurbanları arasında köləlik və insan alveri ilə bağlı meyarlara dair hər hansı bir fakt barədə məlumat verilmir. 

 

Araşdırma zamanı istinad edilən mənbələrin erkən nikaha münasibətdə stereotiplər, köhnə adətlər çərçivəsindən kənara çıxmadığı, problemə konseptual baxışın ehtiyac  olması bir daha öz təsdiqini tapır. Məhz bu səbəbdən də erkən nikahla mübarizə aparılsa daproblemin həll olunmadığına dair rəyin ortaya çıxdığınıbildiririk.

 

Erkən nikahın insan alveri ilə kəsişməsinə dair ictimai rəyin nəticələri

 

Aparılan tədqiqatda rəsmi mənbələr və sənədlərlə yanaşı, hədəflərdən biri də ictimai rəyin problemə münasibətini öyrənmək idi. İctimaiyyət erkən nikahı köləlik və insan alverinin bir hissəsi kimi qəbul edirmi? Yaxud, ictimai rəy, erkən nikahı adət-ənənə və mentalitet qismində görərək, bununla kifayətlənirmi?İctimai rəy hesab edirmi ki, erkən nikaha daha qlobal kontekstdən baxmağın artıq vaxtıdır? Hansı dəyişikliklər və islahatlar problemin azalmasına daha çox təsir göstərə bilər? 

 

Bu və digər suallara cavab tapmaq üçün 554 nəfər onlayn sorgu vaistəsilə tədqiqata cəlb edilib.Avqust-sentyabr 2022- ci il tarixdə keçirilən tədqiqatda iştirak edən respondentlərin yaş göstəriciləri aşağıdakı kimidir:

 


 
Yaş göstəricilərinə görə, sorguda iştirak edən şəxslərin arasında 25-35 yaş həddində olanlar (221 nəfər) və 35-45 yaş həddində olanlar (173 nəfər) üstünlük təşkil edib.

 

Cins üzrə göstəriclərdə sorğuda iştirak edənlərin 87% (480 nəfər) qadın, 13%(74 nəfər) kişi oldugu müəyyən edilib. Diaqramdan göründüyü kimi, qadınlar problemə münasibətində aktivdir.

 

Ərazi üzrə göstəricilər

 

Sorğu könüllü və onlayn keçirildiyindən,  iştirak edənlərin xəritələnməsi geniş ərazini əhatə edib.  Onlayn sorğu vasitəsiləproblemə xarici ölkələrdə yaşayan soydaşlarımızın da münasibəti diqqətçəkəndir. Aşağıda sorgu iştirakçılarının ərazi üsrə bölgüsü daha dəqiqiliklə göstərilib.

 

• Bakı-Abşeron bölgəsi(Abşeron, Xızı inzibati rayonlarını, Bakı və Sumqayıt şəhərlərini) -336

•  Aran bölgəsi(Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab Şirvan, Mingəçevir, Yevlax)-35

•    Qərb bölgəsi (Ağstafa, Daşkəsan, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Samux, Tovuz ,Gəncə , Naftalan )-30

•    Cənub bölgəsi(Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran)-34

•    Şimal bölgəsi(Şəki-Zaqatala və Quba-Xaçmaz,Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki)-52.

•    Quba-Xaçmaz iqtisadi rayonu(Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən)-14 

•    Qarabağ bölgəsi(Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonlarını, Xankəndi, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl ,Xankəndi)-12

•    Kəlbəcər-Laçın iqtisadi rayonu(Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı )-17

•    Dağlıq Şirvan bölgəsi(Ağsu, İsmayıllı, Qobustan və Şamaxı )-4

•    Türkiyə-4

•    ABŞ-3

•    Almaniya-1

•    Niderland-1

•    İsvec-1

 

Erkən nikahın geniş yayıldığı ərazilər

 

Respondentlərin 86 nəfəri hesab edir ki, bütün bölgələrdə erkən nikah geniş yayılıb. 34 nəfər Aran bölgəsində erkən nikahın yayıldığını, 265 nəfər  Cənub bölgəsində erkən nikahın hələ də aktual olduğunu qeyd edib. Lakin rəsmi mənbələrin məlumatları göstərir ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “qırmızıxətt”ə daxil olan bölgələrə diqqət yetirsək, Aran iqtisadi rayonu üzrə 96 fakt, Dağlıq Şirvan iqtisadi rayon üzrə 46 fakt,Bakı şəhəri üzrə 36 fakt, Ləkaran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib. Üstünlük  və konkretlik olmayan cavablardan “bilmirəm” 126 nəfər, “ucqar rayonlarda” 14 nəfər, “rayonlarda” 10 nəfər, “kəndlərdə” 21 nəfər təşkil edib. Lakin respondetlər hələ də “qırmızı xətt”in cənub bölgəsinə xas olduğunu hesab edirlər. 

 

Erkən nikaha təsir edən amillər

 

Respondetlərə görə,erkən nikahın səbəblərinə təsir edən birinci amil təhsilsizlikdir 42% (374 nəfər). İkinci yerdə maddi vəziyyət 21%(190 nəfər), sonrakı yerlərdə “mühafizəkar ailə” modelinin təsiri 15% (134 nəfər), dini faktorlar 12% (105 nəfər),  tarixi ənənə və mentalitet (97nəfər),  sosial şəbəkələr 10%(87 nəfər) qeyd edilib.

 

Diaqramdan göründüyü kimi,  dini faktor və sosial şəbəkələrin erkən nikaha təsiri, təhsilsizlik, maddi vəziyyət və mühafizəkar ailə modelinə nisbətdə elə də təsiredici amilə malik deyil. Bu isə erkən nikah probleminin ortadan qalxmamasının səbəbi kimi son zamanlar dini faktorun daha aktual olması iddiasının doğru olmadığını söyləməyə imkan verir.

 

Erkən nikahın fəsadları

 

Respondetlərin erkən nikahın fəsadlarına dair rəyləri də diqqəti cəlb edir. “HİV  infeksiyası və cinsi istismar riski artır” - cavabında əslində istismar dedikdə, insan alveri elementinin nəzərdə tutulduğunu söyləmək olar. 

 

Respondetlər isə HİV və seks xidməti göstərən şəxsləri insan alveri ilə eyniləşdirməklə insan alveri meyarlarından elə də xəbardar olmadıqlarını nümayiş etdirirlər. 

 

    erkən doğuş və ölüm riskini artırır -330

    təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur-283

    peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir-288

    intihar hadisələrinin sayı artır-199

    boşanma hallarının sayı artır-342

    erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır-276

    insan alveri qurbanı olmaq riskini artırır-67

    HİV infeksiyası ilə cinsi istismar riski artır-234.

 

Erkən nikahın insan alverinə çevrilmə  ehtimalı

 

Respondetlərə görə, erkən nikah qurbanlarının insan alveri qurbanına qismən 52% (288 nəfər) çevrilmə ehtimalı var. 37% (203 nəfər) isə hesab edir ki, erkən nikah qurbanları insan alveri qurbanına çevrilə bilər. Rəyi sorşulanların 11% (63 nəfər) hesab edir ki, qismən mümkün deyil. 

 

Erkən nikah nə vaxt insan alverinə çevrilə bilər?

 

•    qapalı şəraitdə saxlanılırsa-316
•    sənədləri gizlədilirsə-263
•    günün 12 saatı ev işlərinə məcbur edilirsə-168
•    tibbi yardıma əlçatanlıq -145
•    məhdudlaşdırılırsa-145
•    davamlı cinsi zorakılığa məruz qalırsa-344

 

Sizcə, erkən nikahın tərkibində köləlik elementləri mövcuddurmu?

 

Bu suala cavab verən respondetlərin 50%-i erkən nikahda köləlik əlamətlərini görür, 20% isə erkən nikahda köləliyə bənzər əlamətləri qeyd edir. 17 % hesab edir ki, erkən nikahın köləliklə heç bir əlaqəsi yoxdur, 13%  isə heç bir münasibət bildirməyərək, cavabdan yayınıb. 

 

Aparılan tədqiqatın maraqlı və diqqəti cəlb edən tərəfi əldə edilən nəticələrdə respondentlərin erkən nikahla bağlı kifayət qədər təklif və iradlarının da əksini tapmasıdır. Əksəriyyət hesab edir ki, erkən nikahın qarşısını ala biləcək ən vacib alət maariflənmədir. Sorğuda digər üstünlük təşkil edən cavab isə cəza tədbirlərinin artırılması ilə bağlıdır. Rəyləri ümumiləşdirsək, təkcə erkən evlənən qarşı cinsə deyil, bütün iştirakçılara sərt cəza tətbiqinin vacibliyi vurğulanır. 

 

Təkliflər içərsində ailə modelinə yenidən nəzər salınması, patrialxal ailə modelinin ləğvinə nail olmaq kimi fikirlər də əksini tapıb. O cümlədən, ailədə uşağa şəxsiyyət kimi baxılması və qəbul edilməsinə dair modelin gücləndirilməsi məsqədilə maarifləndirmə işləri də təklif edilir.

 

Lakin respondetlər tərəfindən irəli sürülən təkliflər arasında,erkən nikahın köləlik və insan alveri qismində tanınması və cəzalandırılması təklifinə rast gəlinməyib. Bu da ehtimal olunan problemin mövcudluğunun araşdırılması istiqamətində indiyə qədər real işlərin görülməməsi ilə bağlı ola bilər.

 

Fenomeni dərk etmək

 

İnsan alveri mürəkkəb prosesdir. Lakin prosesə baxış iki əsr müddətində xeyli dəyişikliyə məruz qalıb. İnsan alveri ilə mübarizə üzrə ilkin beynəlxalq sənəddə mövcud olan meyarlarla hazırda tətbiq edilən meyarları müqayisə etsək, olduqca böyük dəyişiklikləri müşahidə etmiş olarıq. Məsələn:

 

•    Ağ qul alverinin qarşısının alınmasına dair 18 may 1904-cü il tarixli Beynəlxalq Müqavilə;
•    Ağ qul alverinin qarşısının alınması üzrə 4 may 1910-cu il tarixli Beynəlxalq Konvensiya;
•    Qadın və uşaqların alverinəqarşı mübarizə üzrə 30 sentyabr 1921-ci il tarixli Beynəlxalq Konvensiya;
•    Yetkinlik yaşına çatmış qadınların alverinə qarşı mübarizə haqqında 11 oktyabr 1933-cü il tarixli Beynəlxalq Konvensiya;
•    İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına dair 2 dekabr  1949-cu il tarixli Beynəlxalq Konvensiya.

 

1904-cü ildən bu dövrə qədər insan alverçilərinin cəlb etmə, daşınma, istismar metodlarında oxşar, bəzən hətta eyni elementlər olsa da, Konvensiyalarla tanış olduqda problemə baxışda ciddi fərqləri müəyyən etmək olur. 

 

Ancaq BMT-nin 2000-ci il 15 noyabr tarixli "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokol və Varşavada  16 may 2005-ci ildə qəbul edilmiş Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasında insan alveri ilə mübarizə meyarları tamamilə yenilənib.  Belə ki, Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının 4 maddəsinin a) yarımbəndində (anlayışlar) qeyd edilir ki,    “insan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə, yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlbi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və bunabənzər əməllər nəzərdə tutulur. 

 

Tədqiqatımızın mövzusuna uyğun olaraq qeyd edilən anlayışlardakı meyarlarla erkən nikahı müəyyən edən meyarları müqayisə edək:

 

    hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə - erkən nikah prosesində bu proseslərlə üzləşən uşaqların olması mümkündür.

Nəzərə alsaq ki, hələ də valideynlər uşaqları öz əmlakı qismində qəbul etdiklərindən, onlara qarşı hədə-qorxu və zor tətbiqetmə halları mövcuddur;

 

    qaçırılma – milli qanunvericilikdə insan oğurluğu kimi qiymətləndirilsə də, bu halinsan alveri kimi qiymətləndirilmir.

Çünki insan alveri fenomenində niyyət gəlirlə bağlandığı halda, qaçırma zamanı niyyətin evlilik olduğu nəzərə alınaraq, bu hal adam oğurluğu kimi qiymətləndirilmir;

 

    qeyd etdiyimiz kimi, insan alveri fenomenində niyyətin qazanc əldə etməklə nəticələnməsi, artıq, insan alveri cinayətinin mövcudluğunu bildirir.

Bu halda, erkən nikah prosesində də, hər hansı qazanc müqabilində, uşağın məcburi ərə verilməsi də insan alveri meyarlarının tərkib hissəsi kimi, qiymətləndirilə bilər;

 

    şəxsin köməksiz vəziyyətindən süi-istifadə etməklə, yaxud pul və ya digər maddi vəsaitlər verməklə, (ölkəmizdə “başlıq” kimi arxeaik adətlər demək olar ki, aradan qalxsa da, lakin qarşı tərəfin imkanlarına görə valideynlərin erkən nikaha razılığı müşahidə edilir) lakin bu, insan alveri kimi qiymətləndirilmir;

 

    məcburi əmək və ya xidmətlər, köləlik və bunabənzər əməllər – məcburi erkən ərə verilən qızların əksəriyyəti ev işlərinə cəlb edilir, kölə kimi işlədilir və digər bunabənzər əməllərlə üzləşsələr də,  bu hal da insan alveri kimi qiymətləndirilmir;

 

    insan alverində qurbanın sərbəst hərəkətinin məhdudlaşdırılması və ünsiyyət məhdudiyyəti kimi meyarlar erkən nikah problemində də mövcuddur.

Belə ki, əksər ailələr evlilikdən sonra şəxsin sərbəst hərəkətinə, o cümlədən qohumları, dostları ilə ünsiyyətinəqadağa qoyur və ya ciddi nəzarət edir. Bu meyarda erkən nikahda nəzərə alınmır və insan alveri kimi qiymətləndirilmir;

 

    insan alverində şəxsin tibbi, psixoloji, təhsil kimi imkanlardan uzaqlaşdırılması, fiziki, psixoloji zorakılığa məruz qalması da tədqiqat zamanı nəzərə alınan amillərdəndir.

Erkən nikah qurbanları fiziki, psixoloji, iqtisadi, cinsi zorakılığa məruz qalır, təhsildən, tibbə əlçatanlıqdan məhrum olur, lakin həmin şəxs insan alveri qurbanı kimi tanınmır. 

 

NƏTİCƏ

 

Aparılan araşdırma və təhlil heç də erkən nikahın bütünlüklə insan alveri qismində tanınmasını ehtiva etmir. O cümlədən, məsələnin fərqli kontesktdən baxılması və araşdırlması da ilk dəfədir aparılır.Ehtimal edirik ki, aparılan tədqiqat, opanentlər tərəfindən bir mənalı qarşlanmaya bilər və mübahisə predemetinə çevrilə bilər. Lakinnəzərə alaq ki, erkən nikahı yalnız köhnə adət-ənənə və mentalitet qismində qəbul edərək, baş verən cinayətin dar çərçivədə qəbul edilməsi, dərindən araşdırlmamasımümkün insan alveri cinayətinin cəzasız qalması ilə nəticələnə bilər. Təbii ki, yuxarıda sadalanan meyarların ayrı-ayrılıqda insan alveri ilə bağlılığı olmaya bilər. Lakin qeyd edilən meyarların əksəriyyətinin mövcudluğu şəxsin insan alveri qurbanı kimi tanınması üçün ciddi əsas ola biləcəyini daim diqqətə almaq bu problemlə mübarizədə nəticələrin yaxşıya doğru daha da dəyişməsini şərtləndirə bilər. 

 

Gender, insan haqları, qadın problemləri, genderəsaslı zorakılıq (məişət zorakılığı, erkən nikah və s.) problemləri ilə məşğul olan dövlət və qeyri- dövlət təşkilatları müəyyən etdikləri qurbanlarla apardıqları ilkin qiymətləndirmə sorğusu zamanıyuxarıda qeyd edilən meyarlar toplusuna diqqət etməlidirlər. Erkən nikah qurbanı olmuş şəxsləringöstərilən meyarlara cavab verməsi onun insan alveri qurbanı kimi tanınmasına xidmət etmiş olacaqdır. 

 

Dünyada baş verən qloballaşma prosesi özü ilə yeni davranışları, dəyərləri, normaları çox sürətlə həyatımıza daxil edir. Müasir dünyanın bir parçası olduğumuzdan,  birbaşa və ya bilavasitə də olsa, sadalanan norma və qaydalar həyatımıza daxil olur. İnsan alveri fenomeni müasir dövrün tələblərinə uyğunlaşaraq  dəyişir, yeni qurbanlar axtarışı üçün boşluqlardan məharətlə istifadə edə bilir. Bu qəbildən tədqiqatların davamlı olaraq aparılması, hətta erkən nikaha cəlb edilənlər, erkən nikahın qurbanlarıvə məcbur edənlər arasında vəziyyətin qiymətləndirilməsinə dair sorğu xarakterli tədqiqatın keçirilməsi vəziyyətin dəyərləndirlməsi və problemin (əgər varsa) aradan qaldırılması istiqamətində dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinə təkan verə bilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...