Muzey əməkdaşından Qarabağın mədəni irsinə dair MƏRUZƏ
“Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans (21.10.2022, UNESCO-nun mənzil-qərargahı, Paris) keçirilib.
Konfransda Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev, Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze, “Qarabağ xanlığı” kitabının həmmüəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze, Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli, fransız jurnalist Jan-Mişel Brun çıxış etmiş, Qarabağın zəngin Azərbaycan irsi haqqında danışmışdırlar.
Versus.Az xəbər verir ki, konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov “Gürcüstan Milli muzeyinin eksponatları Qarabağın Azərbaycan etno-mədəni irsinin öyrənilməsində mənbə kimi” adlı məruzə ilə çıxış etmişdir.
S.Əhmədovun məruzəsi adı çəkilən Gürcüstan muzeyində qorunan və 1903-1912-ci illərdə Qarabağda toplanan eksponatların elmi-mədəni əhəmiyyətinə həsr edilmişdir. Belə ki, məruzədə qeyd edilmişdir ki, Tiflisdə yaradılması planlaşdırılan Qafqaz Muzeyi üçün toplanan etnoqrafik eksponatlar birmənalı olaraq Qarabağda uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstün mövqeyi və dərin tarixi köklərini əks və sübut etdirir.
Kolleksiyada olan geyimlər, silahlar, mis qablar, zərgərlik məmulatları, xalçalar və s. Azərbaycan xalqının milli-mədəni irsinin vacib tərkib hissəsidir.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"