Onlar erməni faşistlərin abidələrimizi dağıtmasına vecsiz qalır-MÜSAHİBƏ

12:18 27-10-2022 | icon 422 | Cəmiyyət
Onlar erməni faşistlərin abidələrimizi dağıtmasına vecsiz qalır-MÜSAHİBƏ

 

Azərbaycanın tarixi memarlıq və qəbirüstü abidələri bu gün də erməni vandalları tərəfindən dağıdılır, həyasızcasına məhv edilir. Azərbaycan dəfələrlə yüksək kürsülərdən Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti yeritdiyini, heç bir hüquqa, ədalətə, insanlığa sığmayan, beynəlxalq hüququ ayaqlayan vəhşilikləri törətdiyini, abidələrimizi, maddi-mədəni irsimizi məhv etdiyini bəyan edib və YUNESKO kimi maddi-mədəni irsin qoruyucusu olan təşkilatları işğaldan azad olunan ərazilərimizə, eləcə də bu gün hələ də Ermənistan sərhədləri daxilində qalan Azərbaycanın tarixi abidələrinin dağıdılmasına qarşı tədbirlər görülməsini xahiş edib. Lakin YUNESKO da elə 30 il Azərbaycan torpaqlarınn işğalına göz yuman, Ermənistanı təcavüzdə ittiham etməyən digər təşkilatlar kimi susur. YUNESKO post-müharibə dövründə belə erməni vandallğına, abidələrimizin məhv edilməsi faktlarına göz yumduqca erməni faşistləri daha da azğınlaşır və bu gün də Azərbaycan qəbirlərini eşirlər, dağıdırlar. Ermənilər o qədər azğınlaşıb ki, artıq bütün hüquqlara tüpürərək sosial şəbəkələrdə Azərbaycan qəbrlərini necə dağıtmalarını videolara çəkərək, utanmadan paylaşımlar edirlər. Azərbaycanın tarixi mədəni irsi məhv edilir. Amma dünya buna susur.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bir sıra mühüm məqamlara toxundu.

 

-Faiq müəlllim, Azərbaycanın tarixi abidələri, maddi -mədəni irsinin məkan və sərhədlərinin xəritəsinə nəzər salsaq, qorunmaya, bərpaya  ehtiyacı olan abidələrimizlə bağlı əsasən hansı faktları qeyd edərdiz?

-Azərbaycanın coğrafi ərazisindən və onun miqyasından asılı olmayaraq mövcud olan bütün mədəni irs nümunələrimiz, o cümlədən də tarixi mədəniyyət abidələrinin qorunmaya ehtiyacı var və mühafizə olunmalıdır.  İşğaldan azad olunmuş tarixi mədəniyyət abidələrimizə gəlincə, buna xüsusi həssaslıqla yanaşmalıyıq. Hazırda azad olunan ərazilərdə 1888 tarixi memarlıq abidələrimiz salamat qalıb. Bu abidələrin bir qismi tamamilə yararsız vəziyyətdədir, digər qisminin ermənilər tərəfindən formaları dəyişdirilərək  erməni tarixi mədəniyyət abidələri kimi  dünyaya təbliğ olunur. Bir qismi də hazırda ucqar ərazilərimizdə baxımsız vəziyyətdə qalıb. Bu baxımdan təkcə işğaldan azad olunmuş ərazilərdə böyük miqyasda yerəşən abidələrimizin həm mühafizəyə, həm  xüsusi olaraq qorunmaya və bərpaya ehtiyacları var. 

 

-İşğal altında qalan tarixi abidələrimiz sənədlərdə və arxivlərdə nə dərəcədə öz əksini tapıb; Abidələrimiz  30 illik erməni işğalı dövründə hansı aqibəti yaşadı?

 

- Təəsssüflər olsun ki, bizim işğal altında qalan tarixi mədəniyyət abidələrimizin arxivlərdə və sənədlərdə reallıqda olan sayları qeyd olunmayıb.  Sadə bir misal demək olar; məsələn, bizim apardığımız ictimai araşdırmalar nəticəsində abidələrimizin sayı 2645-dir, bunun 1888-i memarlıq abidəsi, 749-u arxieloji abidə, 64-- manimental heykəltaraşlıq nümunələridir.  Amma faktiki olaraq Azərbaycanın dövlət qeydiyyatında olan tarix-mədəniyət abidələrinin sayı 700-dən bir qədər çoxdur.  Yəni bu da onu göstərir ki, sovet dövründə bu ərazilərdəki tarix- mədəniyyət abidələrinin qeydiyyata alənması məsələsinə düşünülmüş şəkildə əngəllər törədilibdir, abidələrin hamısı qeydiyyata alınmayıb. Və müstəqilliyimiz erməni işğalı ilə üst-üstə düşdüyünə görə o ərasziərdəki tarix mədəniyyət abidələrinin qeydiyyata alınması sadəcə mümükün olmayıb.  Bu baxımdan 44 günlük müharibədən sonra bizim ən böyük işlərimizdən biri mövcud olan tarix -mədəniyyət abidələrimizi qeydiyyata almaq, sənədləşdirmək və bu abidələrin hansı birinin bərpaya, yaxud da konservasiyaya ehtiyacının olduğunu araşdırıb fəaliyyətimizi bu istiqamətə yönəltməkdir.

Təkcə 30 illik işğal dövründə, ümumilikdə götürəndə bizim 72 məscidimiz, 182 inanc yeri-ziyarətgahlarımız, türbələrimiz, 300-ə yaxın tarixi əhəmiyyətli qəbiristanlıqlarımız,  70-ə yaxın monumental heykəltəraşlıq nümunələrimiz ermənilər tərəfindən dağıdıldı, məhv edildi. Bundan əlavə 23 muzey və 4 şəkil qalireyasından 101 mindən çox daşınan tarix-mədəniyyət nümunələri -ekspanatlar ermənilər tərəfindən  oğurlanaraq mənimsənildi. Bundan başqa işğal dövründə 50 min eksponat vətəndaşların şəxsi mənzillərindən ermənilər tərəfindən qarət edildi.  Bu, xalçalar, kilimlər, fərbəşir və digər məişət əşyaları idi ki, babadan nəvəyə, nəvədən nəticəyə yadigar qala-qala dövrümüzə qədər gəlib çıxmışdı.  Bütün bu mədəniyyət nümunələrimiz etnik təmizləmə zamanı, insanlarımızın öz evlərini qoyub qaçmağa məcbur olduqları zaman  ermənilər tərəfindən mənimsənilərək İrəvana daşınıb.

-Maddi-mənəvi irsimiz Ermənistanın Azərbaycanda apardığı işğal siyasəti nəticəsində böyük dağıntılara, vandallığa məruz qalıb. Niyə dünya dövlətləri və beynəlxalq qurumlar Azərbaycanın abidələrinin qorunmasına bu dərəcədə laqeyd qalır?

--Tarixi-mədəniyyət, memarlıq abidələrimizin dünənki aqibəti əlbəttə ki, bəllidir. Bu 30 il ərzində bizim mədəniyyət abidələrimizi, mədəni irsimizi vandalizm aktları daban-dabana izləyib. Əgər onlardan bu günümüzə çox az qism abidələrimiz qalıbsa, buna da şükr etmək lazımdır. Bizim  torpqlarda ermənir vandallıqlar törətdilər, abidələrin bir qismi tamamilə dağıdılıb, bir qisminin formaları dəyişdirilib.  Digər bir qismi isə təbiət təsirləri nəticəsində aşınmalara məruz qaldı.  Bugünükü reallıq bütün bu abidəlrin bərpa və konservasiyası faktını ortaya qoyur ki,  buna əməl olunmalıdır.

İkilistandartlarla yaşadığımız bu dövrdə  Azərbaycan tarixi mədəniyyət abidələrinə beynəlxalq təşkilatların münasibətləri həmişə mənfi olub.  Bu qurumlar Azərbaycan abidələrinin dağıdılmasına əhəmiyyət verməyiblər və bu gün də həmin münasibət davam edir. Yəni yalnız özüzüz öz mədəni irsimizin qorunmasının qayğısına qalmalıyıq. Heç bir beynəlxalq təşkilatlara və yaxud da xarici dövlətlərə ümidli qalmamalıyıq.

 

-Məlumdur ki, müharibə qanunlarına görə işğal altında olan ərazilərdə qəbiristanlıqlar dağıdılmamalıdır. Amma ermənilər beynəlxalq qanunlara məhəl qoymur, Azərbaycan abidələrini, qəbirlərini dağıdır, mənfur əməllərindən əl çəkmirlər. Beynəlxalq təşkilatlar maddi-mənəvi irsin qorunması ilə bağlı konvensiyaların pozulmasına qarşı hansı tədbirləri görməlidir?

--Beynəlxalq qanunlara və konvensiyalara görə nəinki tək qəbiristanlıqlar,  heç bir tarix mədəniyyət abidələri, istər daşınan, istərsə də daşınmayan abidlərin hamsıı toxunulmaz qalmalıdır. Silahlı münaqişələr zamanı abidələrin mühafizəsi ilə bağlı 1954-cü il Haaqa Konvensiyasnın bütün müddüəları bu məsələyə həsr olunub. Lakin ermənilər bu konvensiya və beynəlxalq hüququ ayaq altına atıb və buna heç bir əhəmiyyət vermirlər.  Düşünürəm ki, artıq konvensiyaların pozulmasına görə cinayətkar ermənilərə qarşı hansısa tədbirlərin görülməsi, sanksiyaların tətbiqi məsləsi də beynəlxalq güclərin vicdan işidir. Bu qurumlar istəsələr ədaləti bərpa edə bilərlər, amma faktiki olaraq bu konvensiyalarda qanunları pozanlara cəza tədbiri nəzərdə tutulmayıb. Və beynəlxalq qurumlar torpaqlarımız işğalda qaldığı 30 il ərzində hansı mövqeni sərgiləyirdisə, indi də eyni münasibəti göstərirlər. Yenə də erməniləri müdafiə edən çıxışlar var, yenə də erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi vəhşiliklərə göz yumulur. Lakin erməni işğalının nəticələri ortada və bu qurumlar həqiqəti görməyə məcburdur. Əks halda, Azərbaycan ictimaiyyətinin beynəlxalq hüququn aliliyi deyilən məsələlərə heç bir inamı, etimadı qalmayacaq.

 

-Beynəlxalq təşkiatlar maddi-mədəni irsimizin məhv olunmasına qarşı hansı addımları atır, yaxud, məhv edilən abidələrimizin bərpası istiqamətində özümüzün gördüyümüz işlər nə dərəcədə qaneedici yetərlidir?

-Bu gün işğalan azad olunan ərazilərdə dağıdılan və bərpaya ehtiyacı olan  tarixi mədəniyyət abidlərinin qismən də olsa bərpasına başlanıb. Aparılan bu bərpa işləri məni qane eləmir. Birinci ona görə ki, bu işləri aparan şirkətlər abidənin ətrafına mühafizə divarları çəkərək, ora postlar qoyublar və ora hətta mütəxəssislərin özlərini belə buraxmırlar. Bu, bütün bərpa qanunlarına ziddir. Hər hansı mütəxəssis sadəcə  abidəyə baxarkən müəyyən məsləhət verə bilir ki, bu da ümumi işin xeyrinə olan məsələdir. Hətta mənə Şuşa şəhərində Qazançı rus provaslav kilsəsinin şəkillərini çəkməyi belə qadağan elədilər.  Bax, bu maniələr bizim eyni zamanda təbliğat işimizə maneələr yaradan amillərdir. Bu gün apardığımız məqsədyönlü tikinti-abadlıq işlərini ictimaiyyətə çatdıra bilmirik. Bu baxımdan tikinti qrupları bir qədər düşünsələr yaxşı olardı.

-Dünya ictimaiyyətini erməni vandallığı ilə nə dərəcədə məlumatlandıra bilmişik. Ermənilərin Azərbaycan qəbirlərini dağıtması ilə bağlı faktları aidiyyatı müstəvilərə çıxara bilmişikmi. Hansı işləri görməliyik ki, nəhayət dünya bizi eşitsin, tarixi irsimizin qorunmasında bizə dəstək olsun.

-Dünya ictimaiyyətini ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandallıqlarla məlumatandırmaq olduqca çətin işdir. Birinci ona görə ki, ikilistandartlı yanaşmalar var. Dünyanın müəyyən təşkilatları görmək istədiklərini görürlər. Üzümüzə deməslər belə, bizim təqdim etdiyimiz faktları sükutla qarşılayırlar. Amma buna baxmayaraq biz abidələrimizlə bağlı faktları toplamalı, abidələrimizə dəyən zərərləri hesablamalı və  benəlxalq məhkəmələrdə Ermənistana qarşı məhkəmə iddiaları qaldırmalıyıq ki, dünya özü bunu hiss eləsin, tərpənsin ki, bu vandallıqların təkrarlanmması üçün işlər görülməlidir...

Azərbaycan ictimai-siyasi təşkilatları, eləcə də alimlərimiz, ədiblərimiz, tarixçilərimiz informasiya texnologiyaları üzrə mütəxəssislərin birgə səyi ilə Azərbaycan torpaqları, o torpaqlardakı abidələrimiz, mədəni irsimizlə bağlı bütün faktları internet resurslarında müxtəlif dillərdə intensiz yerləşdirilməlidir. Məncə bu istiqamətdə çox ciddi işlər görülməlidir. Hər hansı bir dünya insanı Azərbaycanın Qarabağ, Zəngəzur və daha böyük tarixi ərazilərimiz haqqında internet resursları üzərindən öyrənmək, məlumat almaq imkanı qazanmalıdır. Hər hansı bir rayonumuz haqqında müxtəlif dillərdə məlumatlar onlayın kitabxanalara yerləşdirilməlidir. Elə abidələrimizin dünəni və erməni təcavüzandən sonra üzləşdiyi vandalizm aktları müqaisəli şəkildə verilməlidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətləri birinci növbədə internet informasiya texnologiyaları üzərindən faktlarla, sübutlarla dünyanın ictimai mühakiməsinə verməliyik. İstər daxildə, istərsə də xarici ölkələrdə bu proses ardıcıl şəkildə getməlidir. Hər kəs ermənilərin necə mənfur, vandal olduğunu o faktlar əsasında bilməlidir. Elə son qəbiristanlıqlarımızın dağıdılması ilə bağlı ermənilərin özlərinin yaydığı video materialları da onlara qarşı istifadə etməliyik.

 

-Faiq müəlim, son vaxtlar Xankəndi və çox böyük ehtimalla Zəngəzur ərzsisində olan azərbaycanlı qəbiristanlıqlarının dağıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan videomaterillar və bu faktın Azərbayacan tarixinin məhv edilməsinə hesablanmış bir cinayət, vandal əməl kimi tədqiq olunması zərurətinə diqqət çəkəsiniz.  Bu cür  erməni cinayətlərinin davam etməsi nəyə görə baş verir. YUNESKO Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı çağırışımıza cavab vermirsə, bu laqeydlik prosesi hara qədər apara bilər?

 

-Ermənilər həm sovet dövründə, həm son 30 ildə, ermənilərin yəni Azərbaycan torpaqlarını işğal etdikdən sonra bu ərazilərdə islam dini abidələrini, qənbiristanlıqları, qəbir üstü abidələrini, türbələri birmənalı şəkildə dağıdıb, Azərbaycanın tarixini birdəfəlik yür üzündən silmək istəyirdilər.  Ermənilər Azərbaycan ərazilərində, həm də indiki Ermənistan ərazilərindəki abidələri öz mülkiyyət hüquqları kimi tətbiq edirlər. Bu da o deməkdir ki, ermənilər bizim tarixi özününküləşdirib, bu sübutların bütünlüklə onlara məxsus olduğunu təbliğ edirlər. Onlar işğal elədikləri bu ərazilərlə bağlı özlərinə bəraət qazandırmaq üçün  uzun illərdir bu üsullardan istifadə edirlər.  O cümlədən, bu gün ermənilərin Xankəndində yükmaşınları ilə qəbiristanlıqlardakı qəbir daşlarını dağıtması da gözlənilən idi. Ona görə ki, artıq son zamanlarda Qarabağ mövzusunun gündəmdə olmaması və Azərbaycan  Respublikası Prezidentinin israrlı şəkildə Qarabağ probleminin Azərbaycanın daxili işi olduğunu deməsi ermənilərdə bir qıcıq yaradır və harda necə, nə gəldi dağıdır, məhv edirlər. Ermənilər indiyə qədər coğrafiyasından, yerindən, ərazisindən asılı olmayaraq indiki Ermənistan ərazisində - Zəngəzurda, Göyçədə, həm də işğal altında saxladıqları Azərbaycanın 20 faiz torpaqlarında xüsusi bir vəhşiliklə tariximizi dağıdıb məhv ediblər. Bununla bağlı dəfələrlə həm dövlət səviyyəsində, həm də QHT, ictimaiyyət nümayəndləri, ziyalılar səviyyəsində YUNESKO-ya müraciətlər olub.  Lakin  həyatımızda yaşadığımız bu ikili standartlar  YUNESKO-nun nə Azərbaycana gəlişinə, nə də bir söz, bir bəyanat verməsinə imkan vermir.  Məlumdur ki, YUNESKO əsas ofisi Fransada yerləşir. Bilirik ki, erməni diasporu Fransa hökumətinə ciddi təsir imkanlarına malikdir və bu gün YUNESKO-nun bu davranışı da başa düşüləndir. Ona görə də biz nə YUNESKo-dan, nə də digər təşkilatlardan heç nə gözləmirik. Çünki 30 il işğalda qalan torpaqlarımız məhz BMT-TŞ-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirə bilmədisə, biz onlardan nə gözləyə bilərik. Ona görə də biz özümüz öz tarixi mədəni isrimizə sahib çıxmalı, onu qorumalı, bərpa etməli müdafiəsini düzgün təşkil etməliyik. Bu istiqamətdə qətiyyət və iradə ortaya qoysaq bizim tarixi irsimiz yaşayar və gələcək nəslimizə çatar,...

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...