"Məqsəd Azərbaycanı İran içərisində əritmək idi”
“Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanlarln molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir. İran cəmiyyəti artlq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.
Cənubi Azərbaycandakı 35 milyon soydaşımızın öz hüquqlarını tələb etmək, müstəqil olmaq və Cənubi Azərbaycanda öz dövlətlərini qurmaqla öz taleyini müəyyənləşdirməyə tam haqqı çatır. Molla rejimi, fars şovinizminin qəddarlığından bezən soydaşlarımız ayağa qalxmalı və İslami dəyərlərdən, ədalət, insaniyyət anlayışından uzaq olan molla rejiminin başında duranlara layiq olduqları yeri göstərməlidirlər. Bu İranın ərazi bütövlüyünün pozulması demək deyil. Çünki bu dövləti də məhz biz – Səfəvilər, Nadir şah, Qacarlar qurub. Bunu, tarixi ədalətin bərpası hesab etmək olar”.
Bunu Versus.az-a tədqiqatçı alim Yasəmən Qaraqoyunlu İranda baş qaldıran kütləvi etiraz dalğası və bu prosesdə türk xalqının ata biləcəyi addımları təhlilmedərkən bildirib.
Y.Qaraqoyunlu bildirib ki, 1925-ci ildən üzü bu yana fars dili əsas alan pan-farsist, fars mərkəzli İran rejimi istər Pəhləvi dönəmində, istərsə də molla dönəmində pan-farsist siyasət yeritməyə başlamışdı. Onun sözlərinə görə, məhz bu ildən sonra İranda min illərlə türk dövlətçiliyini quran, əsas aparıcı ünsür olan türk mədəniyyətinin, dilinin qadağan olunması və türklərin alt qrupa endirilməsi prosesi getmişdir.
“Rza Şah Pəhləvi “Ağ İnqilab” adlı modernləşmə siyasəti ilə bunu həyata keçirərək, mərkəzə Bəhəməni və Sasani dəyərlərini gətirib. Sasanilərin dövlət ənənələrini və anlayışlarını_Firdovsinin “Şahnamə” anlayışlarını dövlətdə əsas aparıcı ideologiya elan edib. Bununla bağlı Farsabadda çox böyük bir İran Şahlığının “2 500 illiyi” adlı toplantı da keçirmiş və orada nitq söyləmişdir. 1925-ci ildə əslində bu coğrafiyada VII əsrdə ərəblər tərəfindən ortadan qaldırılmış sasanlı dövləti, sasanlı dövlət ənənələri bərpa olunmağa başlamışdır. Və bu mərhələ 1979-cu ilə qədər davam etmişdir. 1979-cu ildə hakimiyyətə gələn molla rejimi İslam ideologiyası adı altında gəlsə belə, əslində Rza Şah Pəhləvinin eyeritdiyi siyasəti, yəni fars mərkəzli Pan-farsist siyasəti davam etdirmişdir. Mollalar da şiyəliyin elmi-teoloji tərəvini deyil, daha çox ideoloji siyasi tərəfini mənimsəyərək bir şiyə-fars modeli yaratmışlar. Əslində isə bu, Pəhləvi rejiminin əsaslandığı sasanlı ideologiyasının əsası olan Şubiyənin davamından başqa bir şey deyil. İrandakı molla rejimi türkləri alt qurub kimi görməkdə davam etmişdir. Türkləri aşağılamışdır, təhqir etmişdir. Məktəblərdə uşaqlara türk dilində dərs keçirilməsi qadağan edilmişdir. Türkcə kitab çap eləmək, nəşriyyatlar qurmaq qadağan edilmişdir. Yalnız Təbriz Universiteti fəaliyyət göstərmişdir ki, o da bir əyalət unversiteti kimi qalmışdır. Beləliklə, qurucu ünsür olan türk milləti dili mədəniyəti qadağan olunmaqla İran coğrafiyasından silinməyə çalışılmışdır. Və Azərbaycanın coğrafiyası ilə İranın digər coğrafiları arasında etnik yerdəyişmələrlə Azərbaycan torpaqları İran içərisində parça-parça edilmişdir. İranın mərkəzi hakimiyətinin yeritdiyi inzibati demoqrafik siyəsətə əsasən azərbaycanlılar öz torpaqlarından İranın başqa ərazilərinə köç etdirilib və Azərbaycan torpaqları da müxtəlif osmanlılıqlara birləşdirilmoişdi. Məqsəd Azərbaycanı İran içərisində əritmək idi”.
Tədqiqaçı alim qeyd edib ki, indi azərbaycanlı soydaşlarımızın yaşadığı İran, Türkiyədən sonra türklərin yaşadığı ən böyük coğrafiyadır. O, bildirib ki, İrandakı türklük İranın pan-farst siyasətinə qarşı daim mübarizə aparıb və bu gün elə bir siyasi mühit yetişib ki, türk milli oyanışı Qarabağda başlansa da İrəvanda və Tehranda tamamlanacaqdır.
“Sadəcə güney Azərbaycan deyil, İranın bütün bölgələrinə yayılmış türklər ayağa qalxmalıdır, türk dövəltçiliyi bərpa olunmalıdır. Və İran fars coğrafiyası deyil. Ona görə Türkiyə -Azərbayacan müttəfiqliyi ilə Qarabağda başlamış türk hərəkatı Tehranda öz sonucunu verməlidir”.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"