Narkomaniya və tütündən istifadəyə qarşı mübarizə bu dəfə 227 saylı MƏKTƏBDƏ
Bakı şəhər Nizami rayon Keşlə qəsəbəsində 227 saylı tam orta məktəbdə “Sağlam Həyat” aylığı çərçivəsində sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Sektor” İctimai Birliyi tərəfindən keçirilib.
Tədbirdə Diaspor İnformasiya Mərkəzin rəhbəri Toğrul Allahverdili, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin polis polkovnik-leytenantı Kəmalə Ələkbərova, Nizami rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin təşkili şöbəsinin əməkdaşı, polis kapitanı Günel Mirzəyeva, eyni zamanda Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini Bəhman Hüseynov, İH-nin Yeniyetməlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi komissiyasının aparıcı-məsləhətçi psixoloqu Könül İsmayılova,məktəbin direktoru Sevinc Hüseynova iştirak edib.
Tədbirdə 44 günlük Vətən müharibəmizdə şəhid olan Vətən oğullarımızın xatirəsi bir dəqiqəlik yad edilib. Bundan narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı məktəblilərin hazırladıqları maraqlı səhnəcik nümaiş olunub.
Tədbiri giriş sözü ilə açan “Üçüncü Sektor” İB-nin layihə rəhbəri Nahid Canbaxışlı çıxış edərk layihə haqqında məlumat verib. DİN Bakı şəhər BPİ-nin əməkdaşı Könül Ələkbərova, DİM-nin rəhbəri Toğrul Allahverdili, Nizami rayon İH-nin nümayəndəsi Bəhmən Hüsseynov çıxış edərək narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı görülən marifləndirmə tədbirləri haqqında, narkomaniyanın gətirdiyi fəsadlar haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Sağlam Həyat” aylığı çərçivəsində marifləndirmə tədbiri ilkin olaraq Bakı şəhər Səbail rayon 7 və 239 saylı, eləcə də Yasamal rayon 20 saylı tam orta məktəblərində keçirilib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"