Sabah 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimidir

11:31 10-11-2022 | icon 543 | Film
Sabah 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimidir

Noyabrın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

 

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin
nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, filmləri müsabiqədə yarışan beynəlxalq və yerli müəlliflər, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

 

Bu il festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film Yerli müsabiqəyə təqdim edilib.
Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

 

Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş tanınmış türkiyəli prodüser Emrah Kılıç qiymətləndirəcək.

 

Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, “Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

 

Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Dövlət Film Fondu, ÖZ FİLM şirkəti, “British Council”, Azərbaycan Prodüserlər Gildiyası, Bakı Kitab Mərkəzi, “Metafliks” platforması yer alır.

 

FİLMLƏRİN NÜMAYİŞİ:

11-15 noyabr / saat 11:00-dan – 18: 00-a qədər.

Türkiyəli prodüser Əmrah Kılıçın ustad dərsi – 13 noyabr / saat 17:00.

Festivalın bağlanış-mükafatlandırma mərasimi -15 noyabr / saat 19:00.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT