Mahnı milli, klip “Amerikanski”

12:22 16-11-2022 | icon 374 | Şou-biznes
Mahnı milli, klip “Amerikanski”

Eldarla Nigar bu dəfə şanson oxudu


“Avroviziya” qalibləri Nigar Camal və Eldar Qasımov yeni layihəsini təqdim edib.

 

Versus.Az xəbər verir ki, sənətçilər bu dəfə də fərqli repertuara müraciət ediblər.

 

“Qoy, getsin!” adlanan layihədə illərdir insanların dilində əzbər olan şanson və milli mahnılar ifa edilib.


Nigarla Eldar mahnı üçün kamera qarşısına da keçib. Klip Bakının “Sovetski” adlanan məhəlləsində və Xızıda lentə alınıb. Eko Ağalarovun ekranlaşdırdığı layihənin rejissorluğu və ssenari müəllifi Nigar Camaldır.


Müğənnilər yeni mahnıları haqda “Biz istədik ki, illərdir dilimizdə əzbər olan, beynimizin bir yerinə həkk olan bu mahnıları daha müasir formada təqdim edək. Ümid edirik ki, hər kəsin ürəyincə olacaq!”, - deyə, bildiriblər.


Klipdə aktyorlar Əlixan Rəcəbov və Məcid Hüseynov da rol alıb. Sənətçilərin ekran işindəki amerikansayağı obrazları da diqqət çəkib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI