Sabahdan yeni radio Bakıda yayıma başlayır

12:21 17-11-2022 | icon 931 | KİV
Sabahdan yeni radio Bakıda yayıma başlayır

Azərbaycan Respublikasının Audiovizual Şurasının ümumölkə yerüstü radio yayımı üçün elan etdiyi müsabiqənin qalibi olmuş “Yurd” FM radiosu 18 noyabr 2022-ci il səhər saat 8-dən Bakı şəhərində yayıma başlayır.

 

Radiodan verilən xəbərə görə, yayımı eyni zamanda dünyanın istənilən ölkəsində internet üzərindən www.yurdfm.az saytına daxil olmaqla dinləmək mümkün olacaq. Yeni radio Bakı və Abşeronda 90.7 FM tezliyində fasiləsiz olaraq 24 saat yayımlanacaq.

 

2023-cü ilin birinci yarısından etibarən radio Azərbaycanın bölgələrində də yayıma başlamağı planlaşdırılır. “Yurd” FM radiosu Azərbaycan xalq musiqisi, muğam, mahnı, təsnif, instrumental musiqi, aşıq musiqisi və milli rəqs musiqisinin yayılması formatında fəaliyyət göstərəcək.

 

Bu əsərlər həm Azərbaycan musiqisi korifeylərinin, həm də müasir sənətkarların ifasında dinləyici auditoriyasına təqdim olunacaq.

 

Radionun əsas məqsədi Azərbaycan xalq musiqi janrlarının gənc nəsil tərəfindən dinlənilməsi və sevilməsi işinə töhfə vermək, müasir xalq musiqisi ifaçılarının yaradıcılığını radio efirində geniş təbliğ etməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin