Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi
Gülnarə Səlimova: “Sərgi uğurla başa çatdı və davamı olacaq”
Azərbaycan Milli Xalça Muzeyində “Əlillərin sosial müdafiəsinin gücləndirilməsi, əlillərin bilik və bacarıqlarından səmərəli istifadə" adlı layihəsi üzərindən sağlamlıq məhdudiyyətli şəxslərin və onların ailə üzvlərinin əl işlərindən ibarət sərgi uğurla başa çatıb.
Bu barədə Versus.az-a “GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova bildirib.
Onun sözlərinə görə, sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilib. Sərgidə ölkənin ictimai, siyasi, QHT, şirkət nümayəndləri və Türkiyədən gələn qonaqlar iştirak ediblər.
G.Səlimova sərgidə açılış zamanı çıxış edən və qapılarının belə tədbirlər üçün daim "GülSam" ƏRİB-ə açıq olduğunu deyən Muzeyin mətbuat rəhbəri Ülvinə Rzaquliyevaya öz minnətdarlığını ifadə edib. O, Ü.Rzaquliyevanın dediyi - “dövlətin yaratdığı qayğıdan yararlanan sağlamlığı məhdud gənclərə ictimaiyyətin rəğbəti böyükdür” fikirlərinin təsadüfi səslənmədiyini və onlar üçün mühüm məna və əhəmiyyət kəsb etdiyini önə çəkib.
G.Səlimova layihə haqqında açıqlama verərək bildirib ki, sağlamlıq məhdudiyyətli şəxslər və onların ailə üzvləri,sosial durumu zəif olan şəxislər birliyin layihə çərçivəsində təşkil etdiyi “Əl işləri kursu”na gələrək dərziliyi öyrənirlər. Onun sözlərinə görə, Sərgidə həmin kurs iştirakçılarının əl işləri sərgilənib.
G.Səlimova Layihənin davamlı olacağını bildirib və maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininə dərin təşəkkürünü ifadə edib.
Pərvanə Muxtarqızı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"