“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilir.
İclasda ictimai-siyasi vəziyyət, ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi və bəzi təşkilati məsələlər müzakirə olunub.
“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri, altincı dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğuya başlanmasını təklif edib:
“Keçiriləcək sorğunun nəticələri dekabrın əvvəlində - Beynəlxalq insan hüquqları günü elan olunacaq və qalib müəyyənləşəcək”.
Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.
2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə Tofiq Yaqublu və Oqtay Gülaliyevə, 2020-ci ildə hüquq müdafiəçisi Novella xanım Cəfərovaya və 2021-ci ildə isə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"