Üveit ciddi xəstəlikdir, müalicə gecikərsə...

10:00 05-12-2022 | icon 549 | Sağlamlıq
Üveit ciddi xəstəlikdir, müalicə gecikərsə...

Nərminə Abbasova: “Xəstəlik irəliləyərək, davamlı yan təsirlərə səbəb ola bilir”

 

“Üveit xəstələrinin 30-40%-də xəstəliyin səbəbi dəqiq müəyyən edilə bilməz. Üveit, viruslar, göbələklər və parazitlər kimi faktorlardan yarana bilər və ya gözdəki bədəndə olan xəstəliyin fəsadı olaraq da ortaya çıxa bilər”.

 

Bu sözləri Versus.Az-a adıçıkilən xəstəliklə bağlı açıqlamasında Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA deyib. Həkim terapevt vurğulayıb ki, MayoMed Klinikasında çalışan hər bir mütəxəsis onlara müraciət edən şəxslərə yüksək səviyyədə xidmət göstərirlər.

 

Öncə üveit haqqında qısa məlumat verən Nərminə Abbasova bildirdi ki, gözün orta təbəqəsi üç hissədən ibarətdir və göz almasının jelatinə bənzər maddəsini əhatə edir:

 

“Orta təbəqə "uvea"dır. Uveanın iltihabına "üveit" deyilir. Üveit, qüzehli qişa, xüsusi damarlı qişa və kiprikli cisimdən ibarət olan uveanın bütün təbəqələrinə və ya sadəcə birinə təsir edə bilər. Bu gün üvea indi gözün ayrı bir ixtisası olaraq tanınır. Uvea ilə əlaqəli xəstəliklərin diaqnozu və müalicəsi, immunologiya və genetika sahəsində getdikcə artan inkişaflarla dəstəklənir. Erkən diaqnoz, müntəzəm təqib və uyğun xəstə-həkim əlaqəsi vacibdir. Bu şərtlər yerinə yetirildikdə, zərər çəkmiş göz çox vaxt xilas ola bilir.

 

Həkim qeyd etdi ki, müalicə başa çatsa belə, xəstə ən azı üç aydan bir müayinədən keçməlidir. Onun sözlərinə görə, xəstəlik səssizcə təkrarlana biləcəyi üçün nəzarət kəsilməməlidir:

 

“Oftalmoloqa digər orqanlarla əlaqəli fərqli əlamətlər haqqında məlumat vermək vacibdir. Məsələn, ağızdakı xoralar, dəridə ləkələr, revmatik simptomlar və sair. Üveit son dərəcə mürəkkəb bir xəstəlikdir və hər bir xəstədə fərqli bir şəkildə inkişaf edə bilər. Müalicə xəstəliyin gedişi qədər fərdidir. Tətbiq ediləcək müalicədə dərmanın dozası həkim tərəfindən təyin olunmalıdır.

 

Üveitin Səbəblərindən bəhs edən həkim terapevt bildirdi ki, üveit xəstələrinin 30-40%-ində xəstəliyin səbəbi dəqiq müəyyən edilə bilməz. Belə ki, üveit - viruslar, göbələklər və parazitlər kimi faktorlardan yarana bilər, yaxud gözdəki bədəndə olan xəstəliyin fəsadı olaraq da ortaya çıxa bilər:

 

 

“Buna görə xəstəlikləri müxtəlif analizlərlə araşdırmaq lazımdır. Bundan əlavə, üveit kollagen və autoimmün xəstəliklər kimi sistemli xəstəliklərin mövcudluğunda baş verə bilər. Bunun nümunələri Behcet xəstəliyi, ankilozan spondilit və revmatoid artritdir.

 

Üveitin əlamətlərinə gəlincə, həkim qeyd etdi ki, üveit gözün ön hissəsində meydana gəldikdə şiddətli dövrlərdə gözdə qızartı, bulanıq görmə, göz ətrafında ağrı, işığa həssaslıq və göz onündə uçan milçəklər kimi əlamətlər verir:

 

“Üveit gözün arxa hissəsində olarsa, əlamətlər əsasən bulanıq görmə şəklindədir. Üveit görmə mərkəzini əhatə edərsə, toxumaların zədələnməsi səbəbindən ani görmə itkisi və daimi görmə itkisi meydana gəlir. Mərkəzi bölgədən kənarda yaranan üveitin əsas simptomları göz qanaması, göz yaşarması, işığa qarsı həssaslıq və işıq partlayışı, ləkəli və bulanıq görmə və ya ağır görmə itkisi, qəfil olan işıq partlayışı, göz almasında ağrıdır”.

 

 

Həkim deyir ki, şiddətindən asılı olmayaraq, üveit ciddi bir xəstəlikdir. Müalicə gecikərsə, xəstəlik irəliləyir, katarakta və gözdaxili təzyiqinin artması və iltihab ilə əlaqəli bəbəyin deformasiyası kimi davamlı yan təsirlərə səbəb ola bilir:

 

“Əlamətlər başlayanda ediləcək ilk addım üveit müalicəsində təcrübəli bir oftalmoloq tərəfindən müayinə olunmaqdır. İlk müayinəyə gecikmək daimi görmə itkisinə səbəb ola bilər. Qeyd etdiyim kimi, sağlamlığınızı Klinikamızın mütəxəsislərinə etibar edə bilərsiniz.

Onu da deyim ki, bəzi üveit növlərinin tipik bir görünüşü var və diaqnoz dərhal qoyula bilər. Bu hallarda belə, gözün arxa divarı zədələnərsə, görmə itkisi riskini təyin etmək və müalicənin effektivliyini izləmək üçün angioqrafiya, ultrasəs və ERG kimi qabaqcıl üsullar tələb oluna bilər”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Üveit xəstəliyindən əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür