"Sən kimsən axı xalqın adından danışırsan?" - MÜSAHİBƏ

12:21 06-12-2022 | icon 556 | Siyasət
"Sən kimsən axı xalqın adından danışırsan?" - MÜSAHİBƏ

Fuad Əliyev: "Oturub təhlil etmək əvəzinə, söyüş, təhqir edirlər"

 

Siyasi partiyaların fəaliyyətində aktivlik nümayiş olunmur. Yalnız sosial şəbəkə üzərindən siyasət yürüdən siyasilər də var ki, onlar özlərini həmişəki kimi daha önəmli qüvvə olaraq görməkdədilər. "Siyasi partiyalar haqqında" qanun layihəsində müəyyən bəndlərlə razılaşmayan partiya sədrləri hələ ki, son qərarın necə olacağı ilə bağlı gözləmədədilər.

 

Versus.Az xəbər verir ki, bu kimi məsələlərlə bağlı müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.

 

- Fuad bəy, bu gün ölkədə ictimai-siyasi vəziyyət hansı mühüm amillərlə təzahür olunur. Siyasi partiyaların vəziyyəti necədir, dəyişiklik varmı?

 

- Azərbaycan Liberal Demokrat Partiyası olaraq, çalışırıq ki, yeni üzvlər cəlb edək. Bu baxımdan “Siyasi partiyalar” haqqında yeni qanunun müzakirəsi, ehtimal etdiyimiz proporsional seçki sistemin bərpası, bizə yeni üzvlərin cəlb olunmasında təkan verdi. Rayon təşkilatlarında bir az canlanma başlandı. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim məsələlər öz həllini tapsa, fəaliyyətimiz daha aktiv fazaya keçəcək.

 

- Son vaxtlar sosail-iqtisadi problemləri qeyd edən bir çox siyasilər, eləcə də siz bildirisiz ki, sosial problemlər cəmiyyətdə siyasi aktivliyi artıra bilər və proseslər ona doğru gedir. Bəs bu aktivlik siyasi partiyaların özündə niyə müşahidə edilmir?

 

- Səbəblərdən biri 2002-ci ildə referendum yolu ilə proporsional seçkinin ləğv olunmasıdır. Demək olar ki, bununla da siyasi partiyaların aktiv fəaliyyətinə son qoyuldu. Siyasi partiyaların daxilində belə sağlam rəqabət mühiti sıfıra enərək passivlik yarandı. Bir neçə aparıcı simalar partiyalardan uzaqlaşdılar. Bu proses çox partiyalarda müşahidə olundu. Müxalifət liderlərinin özünün apardığı səhv siyasət nəticəsində müxalifətə inam itdi. Bütün bu neqativlər ona gətirib çıxardı ki, bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır. Bəzi partiyalar ki, müxalifətdə ola-ola gedib hakimiyyətlə gizli iş birliyi yaradıb oturdular parlamentdə, yaxud başqa maddi üstünlüklər əldə ediblər, məhz onlar müxalifətə olan etimadı məhv ediblər. Bütün bunları vətəndaşlar bilir və danışır. Vətəndaş gördü ki, bu müxliafət səmimi deyil və bunlara görə aldanıblar. Ona görə də biz sosial məsələlərlə bağlı mövzularla insanları ətrafımıza yığmaqda, vətəndaşın inamını bərpa etməkdə çətinlik çəkirik. Bəzi partiyalar indi də sosial problemlərdən istifadə edib öz ambisiyaları üçün çalışırlar. Onların aktivliyi vətəndaşın xeyri üçün yox, öz şəxsi maraqlarından irəli gəlir. 30 ilə yaxındır ki, eyni sözlər, eyni fikirlər səsləndirirlər və əvəzinə heç nə təklif etmirlər.

 

- Bəzən siyasi partiyaların liderlərinə xaricdə olan bloggerlər tərəfindən tribuna ayrılır. Və bir çox hallarda da o tribunalardan ölkəyə neqativlərin sızıldığı müşahidə edilir. Xaricdən ölkəyə ötürülən bu kimi hallar nəyə hesablanır?

 

- Siyasi partiyalara çıxış etmək üçün çox böyük tribuna verilib. İnternet televiziyaları, saytlar buna misal ola bilər. Amma çox vaxt bir çox bloggerlər bu vasitələrdən düzgün yararlanmırlar. Azadlıq o demək deyil ki, ağzına nə gəldi danışa bilərsən! Bizdə bəziləri AZADLIQ anlayışını tamam başqa cür qəbul edirlər. Elə bilirlər ki, azadlıq verilibsə, nə istəsə deyə bilər, necə istəsə hərəkət edə bilər. Hesab edirəm ki, biz hakimiyyətlə mübarizə aparırıqsa, onun da bir qırmızı xətti olmalıdır. Xaricə qaçıb özlərinə bir “youtube” kanalı açıb özləri üçün danışırlar. Onların keçmişinə baxanda görürsən ki, çoxu çirkaba bulaşmış, mənəviyyatsız adamlardır. İndi də ordan hakimiyyətə qarşı məsuliyyətsiz çıxışlar edirlər. Bu artıq hakimiyyətə qarşı deyil, dövlətə qarşı qərəzdir. Səviyyəsiz, məsuliyyətsiz çıxışlardır. Orada normal biri yoxdur ki, oturub ölkədəki vəziyyəti təhlil etsin. Azərbaycanda çox ciddi proseslər gedir. Oturub təhlil etmək əvəzinə, söyüş, təhqir edirlər. İndi sən oradan cəmiyyətə, insanalara nə ağıllı mesaj verirsən ki, otururb səni dinləsinlər. Sən kimsən axı xalqın adından danışırsan. Sizin nə ağlınız, nə savadınız, nə də ki mənəviyyatınız buna imkan verir.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI