İranın Allahlıq iddiası
Elşad Miri: “İranın, mahiyyətini bilməyənlər bu məsələdə təəccüblənə bilər”
Bu gün İslam dininin İrandakı durumu və oradan dinimizlə bağlı dünyaya sərgilənən mənzərə heç də ürəkaçan olmayan müzakirələrə səbəb olub. Özünü islam ölkəsi, şiyə məzhəbinə malik bir dövlət sayan İran öz daxilində etiraz edən xalqlara münasibətdə dinin tövsiyələrinə necə əməl edir sualını aktuallaşdırıb. Yaxud, İran din qardaşlarına, eləcə də düşmən mövqedə dayanan tərəflərə münasibətdə İslam dininin mühüm tövsiyələrini yerinə yetirirmi, haqqı tanıyırmı?
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən dinşünas Elşad Miri mühüm nüanslara diqqət çəkib.
- Elşad müəllim, bu gün İran bir islam ölkəsi kimi özünü necə aparır və İranda baş verənlər din-islam, imanla necə uyuşur?
- İslam dininin əsas məqsədi insanlara yol göstərmək, onun seçim hüququndan istifadə etməsinə yardım etməkdir. Allahın göndərdiyi kitab – Qurani-Kərim insan üçün bir instruksiyadır. Biz həmin instruktiyaya uyğun yaşadığımız zaman hüzurlu, daha gözəl həyatımız olur, həyata fərqli şəkildə baxmağı öyrənirik. Buna uyğun olaraq deyə bilərərm ki, islamın əsas məqsədi fərdlər üzərindən cəmiyyət anlayışının formalaşmasıdır. Ancaq hər hansı bir dövlətin verdiyi qərarlarda yanlışlar olduğu zaman onun islamın adına çıxıb təqdim edilməsi düzgün yanaşma olmaz. Çünki bu, dinin cılızlaşdırılması mənasına gəlir.
İranda 1979-cu ildən bəri İran İslam Respublikası anlayışı formalaşıb. Həmin dövrdə bəzi islam ölkələri sevinirdi ki, İslam artıq bir dövlət olaraq bərqərar oldu və bundan sonra insanlarla bağlı müsbət irəliləyişlər baş verəcək, dinlə bağlı inkişafın müəyyən təzahürlərini görəcəyik. Amma təəssüflər olsun ki, gözləntilər olmadı. Çünki indiyə qədər İranda mövcud olan məzhəb, yəni şiyəlik anlayışının müxalifətdən iqtidara keçməsi baş verdi. Bu gün Allahın insanlara çatdırdığı, insanlardan istədiyi islam anlayışını İran özünküləşdirərək fərqli şəkildə, özünün istədiyi kimi insanlara təqdim edib, inandırıb.
Mən bu gün heç kimin dininə, məzhəbinə qarışmıram. Çünki Allah Qurani Kərimdə “Qafinə” surəsində deyir ki, sizin dininz sizə, mənim dinim mənədir”. Yəni seçim hüququ verir. Faktiki olaraq siyasi xəritəyə baxdığımız zaman Pakistan, İran, Əfqanıstan, Mabritaniyanı adını islam olan bir ölkə kimi görürük. Məsələn, Səudiyyə Ərəbustanı Krallıqdır və adında islam olmayan, həm də müəyyən bir məzhəbi əsas almış bir ölkədir. Və yaxud xristianlar hər hənsı bir dövləti “Xristian filan dövləti”, yaxud “Çin Buddust dövləti” kimi təqdim eləmir. Bu cür yanaşma özü əvvəlcədən yanlışdır. Ona görə də İranda olanları islamla uyğunlaşdırıb təqdim edilməsi tamamilə yanlış, mənfiyə aparan bir anlayışdır. Çünki kənarda islamı bilməyən insanlar islam dinini İranla əlaqələndirirsə, orda baş verənləri görərək fikirlərini qeyd edirlərsə, bu, Allahın Quranda görmək istədiyi islam deyil.
- İran islamda şiyə müsəlmanlarının müdafiəçisi kimi özünü təqdim edirsə, özü müsəlman ölkə olaraq İslam dəyərlərini necə qoruya bilir, necə müdafiəçi kimi çıxış edir?
- İslamın yeganə mənbəyi Qurandır. Allah da Quranın 43-cü surəsinin 44-cü ayəsində deyir ki, “biz sizi bu kitabla sorğu-suala tutacağıq”. “Bəqərə” surəsində 256 ayəsində deyir ki, “dində heç bir məcburiyyət yoxdur”. Dində məcburiyyət yoxdursa, insanların, xüsusən də qadınların istəsə də, istəməsə də başını örtdürərək onlara bu zülmü verməyin özü İranın Allahlıq iddiası deyilmi? Allah bunu bizdən tələb etmədiyi təqdirdə onların bunu dövlət qanunu olaraq həyata keçirməsi nə dərəcədə islama uyğun ola bilər? İslam həmişə seçim verib. Hər bir kəsin seçiminə də hörmətlə yanaşır. Məsələn, Qurani Kərimin “Kəşf ?” Surəsininn 24-cü ayəsində deyir ki, istəyən iman gətirsin, istəməyən kafir olsun. “İnsan” surəsinin 3-cü ayəsində deyir ki, istəyən şükr eləsin, istəməyən naşükür olsun. Yəni kim hansı yolu seçibsə, özü də onun nəticəsinə qatlanacaq, hərəkətinin nəticəsinə görə cavab verəcək. Bu gün İranda insanların başlarını zorla örtdürüb, sonra “əxlaq polisi” kimi strukturlar müəyyənləşdirib güc strukturlarından istifadə edirlərsə, bu istər-istəməz partlayışa gətirib çıxaracaqdı. Çünki bu gün İranda baş verən dini təzyiqlər nəticəsində bizim danışdığımız, görüşdüyümüz bəzi insanlar var ki, onlar artıq gənclərin dinə qarşı çox aqressiv şəkildə yanaşdıqlarını açıq şəkildə bildirirlər. Və həmin dindən olmadıqlarını, ateist, deist, aqnostik olduqlarını ifadə edirlər. Bir adama məcbur namaz qıldırdığın zaman, başını örtürdüyün zaman, məcbur oruc tutdurduğun zaman bu Allaha ziddir.
Bu gün İranın başqalarına təzyiq edib kimin hansı dildə danışıb danışmayacağına qərar verməsi, Allahın rolunu özünün rolu olaraq təqdim eləməkdir. Axı Dil mənim istədiyim seçim deyil. Mən bu dildə yaradılmışamsa, bu ölkədə doğulmuşamsa bu Allahın mənə verdiyi nemətdir. Hansısa xarici ölkədə yaşayıb onların dilini bilmirəmsə bu başqa şeydir, amma öz ölkəmdəyəmsə, mənim bir ana dilim varsa, mənim öz dilimdə danışmağıma şərait yaratmalısan, öz dilimdə yazmağıma imkan verməlisən.
Məsələn, Belçikada hökumət xiristianlığı rəsmi din kimi qəbul etdiyi kimi islamı da rəsmi din kimi qəbul edib. Xristianlara edilən sosial yardımları, müsəlmanlara da edir. İslamın bizdən istədiyi budur. Amma insan doğulduğu yerdə öz dilində danışa bilmirsə, bu kimlərinsə Allaha qarşı Allahlıq iddiasıdır.
- İranın islam adı altında ölkə daxilində xalqların haqq və hüquqlarını tapdalaması, İranda Güney Azərbaycan-lılarına, Azərbaycan dövlətinə qarşı aqressiya nümayişi dünyada İSLAMA qarşı hansı əks təsirləri, hansı fobiyanı formalaşdırır?
- Faktiki olaraq İran uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla qardaşlığını, bacılığını davam etdirib. Bu sonuncu savaşdan və zəfərimizdən sonra bəzi insanların gözləri açıldı və gördülər ki, özünü “islam müdafiəçisi, şiyə müdafiəçisi” sayan İran Azərbaycanı müdafiə eləmədi. Əksinə, düşmənə yardım elədi, o tərəfdə konsulluq açdılar. Ermənilərə orada öz dilində məktəb açmalarına, danışmalarına, turist səfərlərinə şərait yaratdılar. “İranın müsəlmançılığı budur”-deyə, sorğulamağa başladılar. Məsələyə başqa bir prizmadan yanaşır, deyir ki, biz onların dinindən deyilik. Amma Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxi İranın kanalına müsahibəsində deyirdi ki, “mən onun iyini hiss elədim, mənim mərceyi təqlidimdir”. Azərbaycanda olan dini qurumun rəhbəri xarici ölkənin dini rəhbərini öz rəhbəri kimi qəbul edirsə, bu ciddi təhlükədir. Allah hər kəsə ağıl verib. Quranda ağıl isim formatında gəlmir, feil formatında gəlir. Ağlını işlədirsənsə, var hökmündədir, işlətmirsənsə, yox hökmündədir. Biz öz beynimizi girov verməməliyik. Beynimizi peyin kimi də istifadə etməməliyik.
- Elşad müəllim, bu gün Azərbaycanda islam hansı ölkənin dini təsirləri altında qalıb. Bir qədər əvvəl biz DTX tərəfindən aşkar olunan məlum cəsus şəbəkəsini aşkar edildiyini xatırlayırıq. İranın Azərbaycana qarşı apardığı cəsus, dini-ideloji müharibəsi var və bu hansı mərhələdə durdurulub, dayanıbmı?
- Bu cəsus məsələsi əslində yeni deyil. Sadəcə olaraq son günlər İranın aqressiyası fonunda daha çox görünməyə başladı. Bu gün Azərbaycanda olan bəzi ilahiyyatçılar da bunu İranın dini rəhbəri yox, müsəlmanların dini rəhbəri kimi təqdim edirlər. Təəssüflər olsun ki, bəzi media bunu bəh-bəhlə tirajlayır. Əks arqumentlərə imkan vermədiklərinin şahidi oluruq. Bu gün jurnalistlərimizin içindən çıxmadığı məsələ budur. Məsələn, bir insanı reklam edirlər, piyarını aparırılar, marketinqi formalaşdırılr. Amma bu insanın İranla bağlı bir dənə danışığını eşidə bilmirsən. Niyə? Çünki bu adamın qidalanma yeri odur. Demək ki, təsirlər var, tam dayandırılmayıb. Uzun ilərdir İTV-yə dəvət olunmadığımın səbəbini soruşanda rəhbərlikdə olan şəxslərin mənim fikirlərimə zidd olmaları ilə bağlı fikirlər ortaya atıldı. Amma mən deyirəm ki, bu məsələləri müzakirəyə çıxardın, qoy insanlarımız özləri qərar versinlər. Həqiqətlərin bilinməsi üçün buna ehtiyac var. Bunu Azərbaycanı sevərək eləməliyik. Biz dinlə bağlı olan kanallarda bunun şahidi oluruq. Biz kanallara çağrılanların kimlər olduğunu, danışdıqlarının nə olduğunu görürük.
- Elşad müəlllim, biz Ermənistanın Azərbaycanla münasibətlərindən danışdıq. Ermənistanın 30 il Azərbaycana qarşı işğalçı siyasətinə susan bir çox dövlətlərin həm də bir dini təəssübkeş olduqları zaman-zaman qeyd olunub. Əslində hər bir din Allahın adından danışdığına görə, dinlər ədalətsizliyi, zülmü qəbul etməməlidir. Amma İranın işğalçını dəstəkləməsini də sualla qarşıladıq. İran müslman ölkəsi idisə, niyə Ermənistanı dəstəklədi. Ermənistanın dini başqa, İranın dini başqa. Bunları birləşdirən din deyilsə, nədir?
- İranın, mahiyyətini bilməyənlər bu məsələdə təəccüblənə bilər. Amma mən həmişə bunu İrandan gözləmişəm. Onlar bizi özlərindən qopmuş torpaqlar olaraq görürlər. Onlar bizim müstəqilliyimizi həzm edə bilmirlər. Bəzən ordakı azərbaycanlıları da danışdırırlar ki, biz onlara birləşməkdənsə, onlar gəlib bizə birləşsinlər. Burda əsas din anlayışı deyil. Din üzdə görsənərək, inanmış insanları aldatmaqan ibarət olan bir məsələdir. Əgər bu gün Fransada ermənilər diaspora şəklində birləşib öz sözlərini deyə bilirlərsə, Amerikanın siyasətində söz sahibi ola bilirlərsə, biz bu gün Azərbaycandan gedən insanlara da bu şəraiti yaratmalıyıq. Orada yaşayan azərbaycanlıları da öz ölkəmizə sevdirməliyik. Diaspora sadəcə bir yerə yığışıb yeyib-işməkdən ibarət deyil. Mütəmadi olaraq iş apararaq, onlarla birlikdə bərabər olaraq bu məsələlərdə sabah söz sahibləri olacaqları, onların siyasətlərinə təsir edəcək bir mexanizm hazırlanmalıdır. Türkiyə diasporası ilə birgə işlər görülməldir. Bu gün diasporamızla bağlı gördüklərimdə o qədər də sevincli deyiləm. Niyə biz xaricdə oxuyan gənclərin Azərbaycan adına xeyirli bir işlər görməsi üçün çalışmayaq? O ölkələrdə yaşayan can-başla iş görən gənclər var, sabah onları bir araya gətirərik. Azərbaycanın lehinə işlər görə biləcək insanları küsdürük. Bu gün biz o insanları özümüzə qazandırmalıyıq. Biz xaricə gedənləri qaçmış insanlar kimi deyil, Azərbaycanın təbliğatçısı kimi görməliyik. Əks halda o insanlarımızı itiririk. Diaspora, xarici işlər nazirliyi bununla bağlı cidi işlər aparmalıdır. Danışdıqlarımız ürəyimizə sirayət etməlidir. Bu təbliğat dini müstəvidə də aparılmaldır.
- Elşad müəllim, sözdə bir “dinsiz-imansız” anlayışı var və əslində onun fəlsəfəsi çox genişdir. Maraqlıdır, Din yaranandan sonra insanlar dinə-imana gəldimi? Dinlər yaranmasaydı, “dinsizlik, imansızlıq” hökm sürüb gedərdimi və yaxud bu gün din adından istifadə edib haqsızı dəstəkləyənlərin, zülm edənlərin adı nədir?
- Bu geniş mövzdur. İslamı xristianlıq, yəhudilik, buddizim və sair dinlərlə müqayisə edirik. Amma Allah islam deyəndə adı peyğəmbərlə başlayan bir dinin adı olaraq təqdim eləmir. İslam barış, sülh deməkdir. Bu bir yoldur, bir sistemdir, bir mexanizmdi. Mən əgər əlimdən və dilimdən başqasına zərər verirəmsə, islam deyil. İslam həmişə dediyini deyib. Əgər dediyini iddia edirsənsə, əməlinlə onu göstərməyi bizdən tələb edir. Məsələn, deyir ki, “Ey iman gətirdiyini iddia edənlər, əgər iddianda doğrusansa, saleh əməlinə bunu göstərməlisən”. Əsas əməldir həyata keçirdiklərimdədir. Din anlayışı budur. Dindar sayan insanların sözləri ilə əməlləri uyğun gəlmirsə, dindar olan insanlar bir-birini qətlə yetirisə, aldadırsa, günah dində deyil, insanlardadır. /"həftə içi"/
T.Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"