Daxilimizdəki qurdları gizlədə bilmirik

10:00 10-12-2022 | icon 1088 | Sağlamlıq
Daxilimizdəki qurdları gizlədə bilmirik

Nərminə Abbasova: “İlk növbədə şəxsi gigiyena qaydalarına əməl edilməlidir”

 

 

 

NƏRMİNƏ ABBASOVA
/Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin
təsisçisi və baş həkimi/

 

“Bağırsaq qurdu dedikdə insanların bağırsaqlarında illərlə yaşayan parazitlər nəzərdə tutulur. Onlar orqanizmə kirli sular, təmiz yuyulmamış meyvə-tərəvəz, yaxşı bişməmiş ətdən, xəstə heyvandan, yumurtaları tökülmüş yataq dəstindən yoluxa bilir. Onların orqanizmdə olmasını parazitin növlərinin müxtəlifliyinə görə müxtəlif olur”.

 

 

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA ilə söhbətimiz zamanı Versus.Az-ın oxucularını bağırsaq qurdları ilə bağlı maraqlandıran bir çox nünslara diqqət çəkildi.

 

Həkim-terapevt bildirdi ki, bağırsaq parazitləri ən çox yayılmış sağlamlıq problemlərindən biridir. Onun sözlərinə görə, bağırsaq parazitlərinin törətdiyi infeksiyaların əksəriyyəti heç bir əlamət göstərmir və diaqnoz adətən nəcisin müayinəsi ilə qoyulur:

 

“Bağırsaq parazitlərinin simptomları bir çox amillərə görə dəyişir. Simptomlar parazitin növünə, yerləşdiyi orqana və parazitin miqdarına görə fərqlilik göstərə bilir. Yumru qurdlar adətən əlamətsiz olur. Lakin xüsusi ilə uşaqlarda olmaqla çox miqdarda orqanizmə daxil olduqda qan azlığına, qidalanmanın pozulmasına, fiziki və zehni inkişafın azalmasına səbəb ola bilər”.

 

Həkim bildirdi ki, qurdların ümumi əlamətlərinə gecə anus nahiyəsində qaşınma, anemiya, çəki itkisi və yorğunluq, qidalanmanın pozulması, qusma və ishal, mədə ağrısı, yatarkən ağızdan su axması, səhər oyanarkən yastığın ağız suyu ilə islanmış olması aiddir:

 

“Bunlar ümumi simpitomlardır. Lakin qurdun növündən asılı olaraq bu əlamətlərdə dəyişiklik ola bilər. Misal olaraq ən çox rast gəlinən qurdlardan biri olan ascariddə öskürək, nəfəs darlığı, qanlı bəlğəm, yüksək hərarət kimi əlamətlərə də rast gəlinir.

Qurdların yoxlanılması adətən nəcisin kliniki analizi və ya nəcisdə qurd yumurtalarının təyini ilə aparılır. Burada ümumi olaraq qurd yumurtaları yoxlanılır. Hər bir qurdun əkscisimləri ayrı-ayrılıqda yoxlanılır. Ascarid və Lyamblia qurdlarının yoxlanılmasında fərqli metodlardan da istifadə etmək mümkündür. Lyamblia antigenlərinin nəcisdə təyini və Ascaridin PZR üsulu ilə nəcisdə və bəlğəmdə aşkarlanması mümkündür.

 

 

Nərminə xanım bildirdi ki, Ascarid adlandırılan qurd insan bağırsağında 1 ilə qədər yaşayır. Bunların törətdiyi xəstəlik zamanı ümumi zəiflik, qarın nahiyəsində ağrı, yatanda ağızdan su axması və dişlərin bir-birinə sürtmə halları baş verir. Həkimin sözlərinə görə, askarid yumurtaları natəmiz əllərlə, təmiz yuyulmamış meyvə-tərəvəzlərlə və su ilə keçə bilər.

 

Giardia lamblia paraziti isə insan orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər:

 

 

“Lyamblioz zamanı nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyat, qarında köp və ağrı olur. Üz dərisində səpkilər yarana bilər. Lyamblioz-lyamblya tərəfindən yuyulmamış meyvə-tərəvəz, təmizlənməmiş sudan keçir. Trixinella qurdla yoluxma isə yaxşı bişirilməmiş və ya qızardılmamış ət məhsullarından istifadə nəticəsində baş verir. Trixinella insanın əzələlərində, xüsusən diafraqma, qırtlaq, dil, göz, qabırğaarası əzələlərdə yaşayır. Pasientlər əzələ ağrıları, qızdırma, mədə-bağırsaq pozğunluqları, üzdə, xüsusən göz qapağında şişkin olması əlamətləri ilə şikayətlənirlər. Orqanızmi zəhərləyərək nəticədə miokardit, ağ ciyərlərin, böyrəklərin iltihabı və sair kimi ağır patoloji hallara səbəb ola bilər.

 

Həkim-terapevt echinococcus granulosus adlandırılan helmintin  insanın qaraciyəri və digər orqan toxumalarını zədələdiyini onun diametrinin bir neçə mm-dən 15-20 sm-dək çata bildiyini vurğuladı:

 

 

“Əksər hallarda qaraciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür. İnsanın yoluxması əsasən bu parazitin yumurtaları olan itlərlə təmas nəticəsində baş verə bilər. Qaraciyəri zədələdiyi halda sağ qabırğa altında ağrılar, bəzən qızdırma, sarılıq, hətta assit, yəni qarın boşluğunda mayenin yığılması əmələ gəlir. Ağ ciyərlərin zədələnməsi nəticəsində quru öskürək, tənginəfəslik, qanlı bəlğəm ifrazı baş verir”.

 

Parazitlər haqqında qısa məlumat verən Nərminə xanım bildirdi ki, onlardan xəbər tutmadıqda daxili orqanları, eyni zamanda qaraciyər və öd yollarını zədələyir. Parazitlərin indanın daxilində məskən salmasına yol açan amillərin başında isə təbii ki, tam bişməmiş qidalar, natəmizlik durur. Belə ki, qurd xəstəliklərindən qorunmaq üçün ilk növbədə şəxsi gigiyena qaydalarına əməl etmək lazımdır.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova bağırsaq qurdlarının, parazitlərin daxili orqanlarda yaratdığı fəsadlardan əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR