Qırmızı soğanın qabıqlarının dəmləməsi qan damarlarının möhkəmlənməsinə təsir edir.
Bu barədə dietoloq Yelena Solomatina qırmızı soğanın damarlara təsirindən danışıb.
“Elmi tədqiqatlar soğanın özündən çox, qabıqlarının gözlənilməz faydasını sübut edib.
Bu soğanın qabıqlarında kversetin var. Bu maddə damardaxili iltihabı götürür, damarları möhkəmlədir.
Bu da ürək-damar xəstələri, həmçinin sağlam insanlar üçün vacibdir.
Kversetin P vitamindir. O, kapilyarları da möhkəmlədir, damar sistemini cavan saxlayır.
Təzyiq, insult və infarkt elə damarların tutulması və iltihabından baş verir.
Məhz qırmızı soğan qabığı dəmləməsi çox xəstələrin çarəsi ola bilər”. /Bakupost.az/