Lənkəranlı gəncdən Şuşa ilinə həsr olunmuş KONSERT

11:57 14-12-2022 | icon 646 | Mədəniyyət
Lənkəranlı gəncdən Şuşa ilinə həsr olunmuş KONSERT

Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində məktəbin şagirdi, LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi, üç dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlunun Şuşa ilinə həsr olunmuş "Vətənim Azərbaycan" adlı konserti proqramı keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahin Şahbazov açıb. O, məktəb kollektivini və qonaqları salamlayaraq Allahverən Pərvizoğlunun qazandığı nailiyyətlərdən danışıb, ona uğurlar arzulayıb.


Musiqi məktəbinin direktor vəzifəsin İcra edən Nahidə Qafarova, Pedaqojika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova, Qabaqcıl və Təqaüddə olan Piano müəlliməsi Mehriban Fəttayeva da çıxışlarında gənc müğənni Allahverən Pərvizoğluna uğurlar arzulayıblar.


Konsertdə Allahverən Pərvizoğlunun ifasında "Anam Azərbaycan", "Ana yurdum", "Azərbaycan oğluyam", "Ana Kürüm", "Ata həsrəti", "Şuşanın dağları", "Sənsən görən gözü Azərbaycanın", "Axı mən neyləyərəm", "Min yaşasın" mahnıları səsləndirilib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...