"Ermənilərin yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsinədözə bilmərik"

10:39 15-12-2022 | icon 599 | Cəmiyyət
"Ermənilərin yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsinədözə bilmərik"

 

 

“Azərbaycan uzun illər erməni separatçılarının Qarabağda törətdiyi ekoloji terrorla bağlı Avropa Birliyinə ciddi mesajlar ötürüb. Edilən müraciətlər təkcə ekoloji terrorla bağlı deyil, həm də ermənilərin işğal altında olan ərazilərimizdə narkotik maddələr becərib, İran vasitəsi ilə Avropa ölkələrinə ötürməsi, ərazilərimizdən narkotranzit kimi istifadə olunması ilə bağlıdır. Biz bunu sübutlarla beynəlxalq təşkilatlara təqdim etsək də, Avropa, bizə əhəmiyyət verməyib. Bu gün torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan xalqı ermənilərin yenə də ərazilərimizdə davam etdiyi ekoloji terrora qarşı sakit dayana bilməz və özünün mövqeyini Laçın-Şuşa yolunda keçirilən dinc aksiya ilə nümayiş etdirir.

 

Versus.az xəbər verir ki, bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydınxan Əbilov Laçın-Şuşa yolunda baş verən olaylara, eləcə də ekofəalların, QHT və digər ictimaiyyət nümayəndələrinin “Ekoloji terrora son” şüarı ilə keçirdiyi aksiyanın mahiyyətinə diqqət çəkərkən bildirib. 

 

A.Əbilov məlum aksiyanın keçirilməsinə əsas səbəblərdən biri kimi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın yeraltı sərvətlərinin talanması ilə bağlı Azərbaycan Ekologiya Nazirliyi və digər qurumlarının nümayəndələrinin monitorinq aparmasına icazə verilməsi, lakin buna şərait yaradılmamasıdır. Onun fikrincə, azərbaycanlıların öz torpağına buraxılmaması nə qədər absurd və qəbul edilməz olsa da, belə bir etirazın baş qaldırması təbiidir və labüd idi.

 

QHT rəhbəri hesab edir ki, Ermənistan və onun havadarlarının, o cümlədən Fransa şirkətlərinin, eləcə də Vardanyan kimi erməni aleqarxın gəlib Qarabağda qızıl, mis və digər yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsinə, özbaşınalığına  Azərbaycan ictimaiyyəti olaraq dözə bilmərik.

“Məlum faktdır ki, Azərbaycanın 20 faiz torpaqıları 30 il erməni işğalçılarının tapdağı altında idi. Erməni dövlət orqanları, erməni biznesmenləri bizim torpaqların sərvətini talan edərək milyonlar qazanırdılar.  Hətta bizim bir neçə çaylarımız var ki, onun bütün bioresursları məhv edilib. Kimyəvi maddələr təmizlənmədən birbaşa çaylarımıza axıdılırdı.  Ermənistan Azərbaycan ərazisində ekoloji terror törədib. Hətta beynəlxalq müşahidəçilər azad olunan ərazilərdə olarkən o yerləri Xerasima, Naqasakiyə bənzətmişdilər.  Torpaqlar işğaldan azad olunandan sonra biz ictimaiyyət olaraq sevinirdik ki, vəhşi təbiət özü özünü bərpa edəcək, biz orda yenidən ceyranlar, cüyürlər, Qafqaza məxsus digər heyvanları görəcəyik.  Amma çox təəssüflər olsun ki,  torpaqlarımız yandırıldığına, ağaclar kəsilib məhv olunduğuna görə, heyvanların təbii otlama, qidalanma yeri məhv edildiyinə və şirin su hövzələri çirkləndirildiyi üçün artıq həmin heyvanların da nəsli kəsilib. Müharibə bitəndən sonra biz orada əvvəlki təbiəti, ağacları, heyvanları görmürük.  Çünki torpaqlar minalarla çirkləndirilməklə yanaşı, ekoloji balansı da pozulub.  Azərbaycanın işğaldan azad olunan ərazilərində minaların partlaması, silah sursatların karroziyaya uğraması da ekologiyanın zəhərlənməsinə səbəb olub”.

 

A.Əbilov qeyd edib ki, Azərbaycan dövləti qayıdış proqramına əsasən əhalini işğaldan azad olunan əraziləri təmizləyərək, bərpa edərək  o yerlərə köçürür. Onun fikrincə, erməni vətəndaşlarımız da başa düşməlidir ki, orda yaşamaq onlar üçün təhlükəlidir.

A.Əbilov qeyd edib ki, Azərbaycan dövləti erməni vətəndaşlarının da həmin ərazilərdə rahat yaşaması üçün bir çox hümanitar addımlar atıb. Elə ermənilərin müharibə zamanı Ermənistana gedə bilməsini yüngülləşdirmək üçün Laçından yol verməsi bunun bir nümunəsidir. 

 

“Azərbaycan ərazilərində evləri dağıtmaqla kifayətlənməyən erməni vandalları, ağaçları da kəsiblər. İndi rusiyalı milyarder Vardanyan  da Qarabağa elə - belə köçməyib.  O, düşünüb ki, bölgədə xaotik vəziyyətdir, üçtərəfli sazişin bəndləri yerinə yetirilənə qədər Qarabağın təbii sərvətlərini bir az da talasınlar”.

QHT rəhbəri hesab edir ki, bu olaylar Ermənistanda hakimiyyəti dəyişmək və Azərbaycana qarşı dünyanın təzyiqini artırmaq üçün elementlər də müşahidə olunur.

“Azərbaycan hökuməti yenə də humanist davranaraq Qarabağda mövcud olan erməni silahlılarına, ekoloji terrorçulara qaşı səbr nümayiş etdirib, buna antiterror əməliyyatı ilə cavab vermədi. Amma bizim Azərbaycan ictimaiyyəti artıq buna səbr edə bilmir. Dəfələrlə müraciətlərimiz oldu. Hətta Azərbaycan hökuməti ora qeyri-qanuni səfərlər edib, aksiyalar keçirdiyinə görə bir neçə ictimai aktivisti həbs etmişdi. Artıq ictimaiyyət etiraz əlaməti olaraq o yola getdilər və  hüquq -mühafizə orqanları da fakt qarşsında qaldılar. Aksiyaçılar sivil  qaydada öz münasibətini bildirirlər və dünyanın qəbul etdiyi Azərbaycan xalq diplomatiyasının formatından istifadə etdilər. Aksiyaçılar sülhməramlıların rəhbərinin ora gəlməsini və əvvəlcədən razılaşdırılmış əlaqələrin  bərpa edilməsini tələb edirdilər. Eyni zamanda ermənilərlə ünsiyyətə girib erməniləri Azərbaycan vətəndaşı kimi dinc yaşamağa dəvət edirdilər. İctimai fəallar erməni vətəndaşlara qarant olduqlarını dedilər. Lakin ermənilər bunu istəmədilər və konflikt get-gedə qızışır”.

QHT rəhbəri hesab edir ki, “Ekoloji terrora son” aksiyasının müsbət nəticəsi o zaman bəhrə verəcək ki, erməni silahlıları ərazilərimizdən çıxarılsın, üçtərəfli sazişin bəndləri yerinə yetirilsin və ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasına maniələr törədilməsin. Əks halda, aksiyaçıların tələbləri yerinə yetirilmədikcə gərginlik davam edə bilər. (hafta.az)

 

Tahirə Qafarlı   

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...