TƏBİB-in strukturunda ciddi dəyişiklik

13:51 20-12-2022 | icon 601 | Sağlamlıq
TƏBİB-in strukturunda ciddi dəyişiklik

Bir sıra tibb müəssisələri Səhiyyə Nazirliyinə verilir

 

“2023-cü il yanvar ayının 1-dən etibarən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılacaq”.

 

Versus.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, həmin qurumlar - Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

 

“Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm”, - deyə V.Qurbanov qeyd edib.

 

Onun sözlərinə görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin sayı 97 125 nəfərdir. Onların 16 381 nəfəri həkimdir:

 

“38 949 orta tibb işçisi, 22 608 kiçik tibb işçisidir. 2022-ci ildə 12 440 işçi işə qəbul olunub. Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması, təcrübə mübadiləsinin təşkil edilməsi, təlim proqramlarının hazırlanması, müvafiq sahə üzrə təlimçilərin hazırlanması məqsədilə tibb müəssisələrindən ümumilikdə 2000-dən çox personal təlimlərə cəlb edilib”.

 

Photostock.az konfransdan görüntülər lentə alıb:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI