Versus.az xəbər verir ki, bunu şair, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliyinin üzvü, Prezident mükafatçısı Şahnaz Şahin Prezident İlham Əliyevin doğum günü ilə bağlı fikirlərində qeyd edib.
Ş.Şahin bildirib ki, Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin apardığı siyasi kursa sadiq olmaqla , dövlətimizin milli maraqlarından irəli gələn müstəqil və aparıcı siyasətin xoşbəxt müəllifidir İlham Əliyev. Ölkəyə rəhbərlik etdiyi ilk illərdən apardığı xarici və daxili siyasəti, görüşləri, dialoqları ilə Azərbaycanda siyasi sabitliyi, güclü ordu quruculuğu, iqtisadi inkişafı, sosial rifahı diqqət mərkəzində saxlamışdır.
“Zamanı, vaxtı özünə tabe etmək, onun dilini öyrənib xasiyyətinə bələd olmaqla onu lazım gəldiyi anda lazımi istiqamətə yönəltmək bacarığı hər kəsə nəsib olmur. Belə xarakter doğuluşdan özündə lider xüsusiyyətləri formalaşan seçilmiş insanlara xas keyfiyyətlərdəndir.
Otuz ilə yaxın düşmən əsarətində qalan döğma Qarabağın azad edilməsi Azərbaycan xalqının tale yüklü məsələsi olmaqla, həm də bir ölkə başçısı kimi onun prezidentinin şərəfli missiyası idi. Dahi şəxsiyyət, zamanın dühası Heydər Əliyevdən-“Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnannıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə ilham Əliyev başa çatdıra biləcək.” xeyir-duasını alan Prezident bunu öz işi və əməli ilə sübuta yetirdi...
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşən xalq, dövlət və ordu birliyi nəticəsində əsir torpaqlarımız azadlığına qovuşdu, Qarabağ düşmən əsarətindən qurtuldu. Qarabağın baş tacı Şuşa, dağlar qızı Kəlbəcər, ərənlər yurdu Laçın, böyük şairin adını daşıyan Füzuli... azadlığ şərbətini içdi”. (hafta.az)
Tahirə Qafarlı
Versus.az