”Prezidentimiz “Vətən Xilaskarı” ordeni ilə təltif edisin"
Qasım Hacıyev: “Cənab Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək"
"Onun siyasətdə ardıcıllıq və prinsipallığı öz bəhrəsini verdi".
Versus.az xəbər verir ki, bunu yerli mediaya AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev Prezident İlham Əliyevin doğum günündə onun bir dövlətin başçısı, xalqın sevimli lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi portretini cızarkən müəyyən nüanslara diqqət yetirməklə bildirib.
Tarixçi alim, Prezidentimiz haqqında danışarkən onu geosiyasi, geoiqtisadi, geostrateji prosesləri dəqiq qiymətləndirən, mühüm məsələləri elmi-praktik cəhətdən əsaslandırmağı bacaran, problemlərin həlli yollarını göstərən, verdiyi bütün vədləri yerinə yetirən, xalqın istəklərini gerçəkləşdirən praqmatik siyasətçi kimi xarakterizə edib.
Q.Hacıyev bildirib ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edən, Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verməyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı, 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi:
“İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən şəxsiyyətdir. Tarixdə öz xalqı üçün belə xidmətlər göstərən bir sıra tarixi şəxsiyyətlər olduğunu və onların əməllərinin tarixə məlum olduğunu xatırladan alim qeyd edib ki, Şah İsmayıl Xətai Azərbaycanın bütün ərazilərini birləşdirərək Səfəvilər imperiyasını yaratdı. Cüzeppe Qarribaldi yarıya bölünmüş İtaliyanı, Otto fon Bismark Almaniyanı birləşdirdi, Nadir Şah Əfşar Azərbaycan Səfəvilər imperiyasının ərazi bütövlüyünü bərpa etdi, nəhəng imperiyaya çevirdi. Mustafa Kamal Paşa Atatürk Türkiyəni dağılmaqdan xilas etdi, Türkiyə Cumhuriyyəti yaratdı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası dövlətini qurdu:
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın işğal edilmiş ərazilərini azad etdi, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin elədi. Bunlarla yanaşı, Türk Birliyi perspektivinin reallaşması üçün böyük addım atıldı, dünyanın ən əhəmiyyətli keçidlərindən biri olacaq Azərbaycanın qərb regionu-Naxşıvan-Türkiyə yolunun qurulmasına qərar verildi. Bunlar yeni bir dünyadır!
Bundan sonra Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Artıq mifologiyadan əl çəkməlidirlər. Böyük Ermənistan xülyasından əl çəkməlidirlər. Dənizdən dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməlidirlər. Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur”. Bu fikirləri Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Bu mifologiyaya son qoyuldu. Tədricən bizə qarşı olan bütün digər erməni iddialarına son qoyulmalıdır. Mən bunu demişəm və mən söz deyəndə elə-belə söz demirəm. Nəyi demişəmsə bu günə qədər, hamısını da etmişəm”, - deyə dövlət başçısı vurğulayıb”.
Q.Hacıyev bildirib ki, Prezident İlham Əliyevin bu fikirləri tamamilə yerindədir və Ermənistanın böhrandan çıxışı üçün göstərilən konkret yoldur:
“İndiyə qədər bütün tarixçilər, siyasətçilər, diplomatlar “dənizdən dənizə böyük Ermənistan” iddiasının bir xülya olduğunu sübut edib. “Böyük Ermənistan” bir uydurmadır və həm də ermənilərin yoluxduğu bir virusdur. Saxtakarlıqdan və miflərdən ibarət olan “Böyük Ermənistan” xülyası Ermənistanı da, erməniləri də dərənin dibinə yuvarlayıb. Erməni Qriqorian kilsəsinin bədnam layihələrindən biri olan “dənizdən dənizə böyük Ermənistan” mifi haqda dünya tədqiqatçıları da öz sözlərini deyiblər və tarixdə belə dövlətin olmadığını sübut ediblər.
Dediyim kimi, Ermənistan və ermənilər uzun illərdir “Böyük Ermənistan” virusuna yoluxublar, onların bundan xilas yolunu isə Azərbaycan Prezidenti çox aydın şəkildə göstərir. Cənab Prezident kimi tarixi, diplomatiyanı tam dərinliklərinə qədər bilən bir dövlət xadiminin söylədiyi fikirdən ermənilər nəticə çəxarmalıdır. Azərbaycan Prezidenti Ermənistan cəmiyyətini oyadır ki, indiyə kimi sizi miflərlə, nağıllarla aldadanlar sizin bədbəxtliyinizə səbəb olub”.
Ermənistanın, nəhayət ki, bu xülyalardan əl çəkməli olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, bu, erməni xalqını illərdir bədbəxt durumda saxlayan tarixi gerçəklikdən ibarət bir məsələdir. “Ermənistan höküməti bu “faktlar”la erməni xalqının başına corab hörür. Miflər əsasında yaradılan uydurma ideologiyanın zərərini ən çox ermənilər özləri çəkir. Erməni kilsəsi və millətçi-şovinist revanşistlər erməni xalqını “Böyük Ermənistan” nağılı ilə aldadırlar. Bu da regionda müharibəyə, münaqişəyə səbəb olur. Ermənistan, ermənilər Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddialarından, eləcə də “dənizdən-dənizə böyük Ermənistan” xülasından əl çəkməlidirlər. Çünki belə olarsa, Ermənistan bu regionda inkişaf edər, əhalisinə normal şərait qurar. Prezidentimiz Ermənistana düzgün yol göstərib. Ermənistan bu yolu getməlidir. Ermənistan “Böyük Ermənistan” xülyasından, Türkiyəyə qarşı irəli sürdüyü saxta genosid və ərazi iddialarından, Azərbaycanla bağlı mənfur siyasətindən əl çəkməlidir ki, böhrandan çıxa bilsin. Ermənistanın bu miflərdən, çürük iddialardan əl çəkməsi hər şeydən əvvəl onun öz xeyirindədir”- deyə bildirən Q.Hacıyev qeyd etdi ki, Azərbaycan Prezidentinin məsləhətinə əməl etməklə ermənilər uzun illərdir mübtəla olduqları “xərcən şişi”ndən xilas ola bilər, təbii, əgər onlar bundan nəticə çıxararsa...”
Tarixçi alim, Prezident İlham Əliyevi böyük tarixi şəxsiyyətlərlə müqayisə edib:
"2007-ci il 25 mayda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı zamanı dediyim - “Cənab Prezident, Siz işğal olunmuş Qarabağ torpaqlarını azad etsəniz, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək” müraciətinə cavab olaraq Prezident İlham Əliyevin dedikərini bu gün də yaxşı xatırlayıram:
“İşğal olunmuş torpaqlarımızı azad etmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Onda Ermənistan bizim ərazilərimizi işğal altında saxlaya bilməyəcək”.
Sonralar dərc etdirdiyim “Prezident İlham Əliyevin fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetdir” adlı məqalədəki fikirlərə onu əlavə etmək lazımdır ki, cənab Prezident İlham Əliyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılan dövlət başçısı olduğunu sübut etdi. Buna görə də istərdim ki, Azərbaycaın yeni dövlət ordeni – “Vətən Xilaskarı” ordeni təsis edilsin. Cənab Prezident İlham Əliyev “Vətən Xilaskarı” ordeni ilə təltif edisin.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"