Məşhur partizanın yubileyinə həsr olunmuş SƏRGİ

15:55 27-12-2022 | icon 540 | Cəmiyyət
Məşhur partizanın yubileyinə həsr olunmuş SƏRGİ

Dekabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə muzeydə İkinci Dünya müharibəsi zamanı İtaliya Müqavimət hərəkatının fəal iştirakçısı, Pistoya şəhərinin fəxri vətəndaşı, azərbaycanlı partizan Məmməd Bağırovun 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirildi.

 

Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı tədbirin əhəmiyyəti haqqında çıxış etdi. Akademik Nailə Vəlixanlı muzeydə Böyük Vətən Müharibəsi illərinin hərb tarixini əks etdirən çox dəyərli eksponatların mühafizə olunduğunu və həmin eksponatların mütəmadi olaraq sərgiləndiyini xüsusi vurğuladı. Həmçinin, N.Vəlixanlı qeyd etdi ki, partizan Məmməd Bağırova məxsus muzeydə qorunan və hazırda nümayiş olunan bu dəyərli materiallar tarixi yaddaşımızın güzgüsüdür. Bu baxımdan Azərbaycanın tarixi qəhrəmanlıq səhifələrini təbliğ edən Milli Azərbaycan Tarixi Muzeyi gələcək nəsillərə ötürmək məqsədilə muzeyin fondlarında mühafizə olunan zəngin materialları mütəmadi sərgilər keçirməklə tədqiq və təbliğ edir.

 

Sonra Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov, Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru, tədqiqatçı İlham Abbasov, Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov, Partizan Məmməd Bağırovun nəvəsi, Vətən Müharibəsi qazisi, baş leytenant Murad Əfəndiyev Məmməd Bağırovun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaəti, qəhrəmanlığı haqqında ətraflı çıxış etdilər.

 

Tədbirin sonunda qonaqlar Məmməd Bağırova həsr olunmuş sərgi ilə tanış oldular və xatirə fotosu çəkildi.

 

Qeyd edək ki, sərginin kuratoru, muzeyin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşovdur.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR