Yunus Əmrə İnstitutu ilə Nizami Gəncəvi Fondu arasında MEMORANDUM

17:59 27-12-2022 | icon 574 | Cəmiyyət
Yunus Əmrə İnstitutu ilə Nizami Gəncəvi Fondu arasında MEMORANDUM

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlcuq Karakılıç və Nizami Gəncəvi Fondunun prezidenti Rəfi Qurbanov arasında memorandum imzalanıb. Məqsəd Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələr sahəsində əməkdaşlığı daha da inkişaf etdirməkdir.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlcuq Karakılıç məlumat verib.

 

Məlumatda bildirilir ki, müqaviləyə, əsasən Türk dünyasının Yunus Əmrə və Nizami Gəncəvi kimi böyük şairlərinin adlarını daşıyan qurumlarımız onların tarixi missiyasını beynəlxalq arenada təmsil etmək və ortaq mədəni dəyərlərimizi təbliğ etmək, eyni zamanda Azərbaycan və Türkiyə ziyalıları və elm adamları arasında strateji əməkdaşlıq yaratmaq niyyətindəyik:

 

"Hər iki ölkənin ziyalıları, incəsənət və elm adamlarını tanıdıqca ünsiyyət və qarşılıqlı əlaqələrimiz daha da inkişaf edəcək. Memoranduma görə, ölkələrimiz arasında daha möhkəm və daimi proqramlar təşkil olunacaq. Nizami Gəncəvi Fondu ilə imzaladığımız bu müqavilə son dərəcə strateji və əhəmiyyətlidir. Uğurlar arzulayıram və dostum Nizami Gəncəvi Fondunun prezidenti Rəfi Qurbanovu göstərdiyi səylərə görə təşəkkür edirəm”.

 

Memoranduma, əsasən ortaq mədəni irsi araşdırmaq, türk xalqlarının tarixi, mədəni irsi və ədəbiyyatı kimi Türk Dünyası üçün əhəmiyyət kəsb edən məsələlərin təbliği istiqamətində fəaliyyətlər həyata keçiriləcək. Türk dünyasının tarixi şəxsiyyətləri, görkəmli yazıçı və mütəfəkkirləri, xüsusilə Yunus Əmrəni və Nizami Gəncəvi yaradıcılığı ictimaiyyətə geniş şəkildə tanıdılacaq.

 

Qurumlar arasında təcrübə mübadiləsini təmin etmək və imkan daxilində institusional inkişaf üçün fəaliyyətlər həyata keçirmək qarşıda duran əsas məsələlərdəndir.

 

Qeyd edək ki, memorandum, həmçinin Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsinin prinsiplərinə (iki ölkə arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi, mədəni və elmi əlaqələrin gücləndirilməsi və sair) daha da təkan vermək məqsədi daşıyır.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...