Qarabağda qanunsuz fəaliyyət göstərən bu şirkət məhkəməyə veriləcək
“Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialar qaldırmışıq”.
Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana təzminat ödəməsi mürəkkəb məsələdir:
“Bu məsələ ilə bağlı yerli məhkəmələrə müraciət olunacaq. Ümid edirəm ki, bunlar müsbət nəticələnəcək. Məsələn, Qarabağda qeyri-qanuni fəaliyyət göstərən və gəlir əldə edən İsveçrənin şirkəti var. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"