Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

20:03 25-01-2023 | icon 250 | Siyasət
Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

"Çevik və təxirəsalınmaz tədbirlər planı həyata keçirilsin"

 

Bu gün Yeni Yol Partiyasının (YYP) Mərkəzi Aparatının növbəti toplantısı keçirilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

Toplantıda YYP-nin sədri Ramil Hüseynov ölkədəki ictimai-siyasi vəziyyətdən danışıb. Gündəmlə bağlı fikir mübadiləsi aparılıb.

 

Müzakirə olunan məsələlərdən biri də vətəndaşların sosial-iqtisadi durumu ilə bağlı olub. Son zamanlar ölkəmizdə vətəndaşların sosial müdafiəsi sisteminin formalaşmasında kefiyyət dəyişiklikləri hiss olunsa da, nəzərə almaq lazımdır ki, ictimai inkişafin elementləri, sosial inkişafin keyfiyyəti, yüksəlməsi, əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət etməlidir.

 

Tədbirdə bildirildi ki, sosial müdafiənin əsas elementi dövlət zəmanəti kimi çıxış edən təminatdır. Amma bu sahədə irəliləyişlərlə yanaşı çox ciddi problemlərin olmasını da vurğulama lazımdır. Qeyd edildi ki, bu problemlər ölkədə demoqrafik vəziyyətin tənzimlənməsinin qarşısını alır, həm də dövlət-vərtəndaş tənzimlənməsi sisteminə mənfi təsir göstərir.

 

"Əsasən də vətəndaşları narahat edən aidiyyatı qurumların vətəndaşlara münasibətdə ətdələtsizliyin və qeyri-bərabərlik kimi neqativ halların hələ də davam etməsi bizi narahat edir. Sosial təhlükəsizliyimizin təminatı üçün mövcud olan problemlərin aradan qaldırılmasına ehtiyac var. Bununla bağlı Sosial Müdafiə Nazirliyindən və əhalinin sosial duruma təsir göstərən aidiyyatı qurumlardan xahiş və tələb edirik ki, çevik və təxirəsalınmaz tədbirlər planınının həyata keçirilməsi üçün müvafiq tapşırıqlar versinlər"- deyə, tədbirdə bildirilib.

 

Toplantıda "siyasi partiyalar haqqında" qanunun tələblərindən irəli gələn proseslərin həyata keçirilməsi üçün partiya sədri tərəfindən müvafiq qurumlara tapşırıqlar verilib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

FIFA yeni formatı təsdiqlədi

Naxçıvanda YANĞIN