Deputatın SAXTA SEÇKİ ETİRAFI

09:19 26-01-2023 | icon 237 | Siyasət
Deputatın SAXTA SEÇKİ ETİRAFI

Nizami Verdiyev: "Bu “deputatın” mandatı əlindən alınmalıdır"

 

Millət vəkili Erkin Qədirlinin səsləndirdiyi “mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb” fikri siyasi arenada birmənalı qarşılanmayıb. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev hesab edir ki, belə çıxışlar xaricə qaçmaq üçün hesablanıb.

 

Versus.Az xəbər verir ki, Nizami Verdiyev Erkin Qədirlinin bu açıqlama ilə əslində özünün xalq tərəfindən seçilmədiyini etiraf edib:

 

“Hesab edirəm ki, bu “deputatın” mandatı əlindən alınmalıdır. O bundan əvvəl də buna bənzər fikirlər səsləndirib. Əgər belədirsə, niyə parlamentin işində iştrak edir, maaş alır. Ona görə təmsil etdiyi təşkilat dövlət büdcəsindən hər il 120 min manat alır. Parlamentə saxtakarlıqla seçilibsə, bəs niyə bu vəsaitdən imtina etmir? Niyə onda deputat mandatının bütün imtiyazlarından yararlanır, niyə imtina etmir? Deməli, onların şəxsi maraqları var”.

 

N.Verdiyev bildirib ki, bu təşkilatın başqa bir nümayəndəsi - Natiq Cəfərli “DOJD” internet kanalında erməni politoloqun cavabını vermədi:

 

"Erməni politoloqun Azərbaycana qarşı qarayaxmaların birinə də cavab vermədi, yerində otuzdurmadı. Bunu etmək əvəzinə erməni ilə birləşib Azərbaycan dövlətinin “səhflərindən” dəm vururdu. Bu mövqeləri Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır. Kim olursan ol, harada olursan ol, hansı tədbirdə iştrak edirsən et, heç vaxt dövləti aşağılama. Partiyamızın sədri Fuad Əliyev Vaşınqton, Brüssel və Moskvada iştrak etdiyi mötəbər tədbirlərdə ermənilərə və ermənipərəst siyasətçilərə onların “meydançasında” cavablarını verib. Mövqe bu cür olmalıdır".

 

N.Verdiyev hesab edir ki, Erkin Qədirlinin və onun partiyadaşlarının bu kimi çıxışlar xaricə qaçmaq üçün hesablanıb. ALDP yetkilisi vurğuladı ki, yəqin indidən buna hazılaşırlar.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN