Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

11:46 26-01-2023 | icon 446 | Cəmiyyət
Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

10 sentyabr 1806-cı il Rusiya imperatoru I Aleksandr “Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər” adlı fərman imzaladı. Fərmanla Qarabağ xanı kimi təsdiq olunan Mehdiqulu xana hakimiyyət rəmzi olaraq, fəxri bayraq və qılınc göndərilməsi qərarı qəbul edildi. İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra -1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1822-ci ildə Qarabağ xanlığı ləğv olunanda Mehdiqulu xanın titulu saxlanıldı. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Lakin 1845-ci ildə Mehdiqulu xan vəfat edəndən sonra Qarabağın idarə edilməsi rus məmurlarına tapşırıldı və imperiya vədi, fərmanları pozuldu.

 

Versus.Az xəbər verir ki, sonralar Fəxri bayraq mühafizə olunması üçün Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verildi və ilk dəfə 1913-1917-ci illərdə ictimaiyyətə nümayiş etdirildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayrağın vətənə qaytarılması istiqamətində iş aparılsa da, Cümhuriyyətin süqutu buna imkan vermədi. 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifov bayrağın qaytarılmasına nail oldu. Bayraq Rusiya imperatorlarının məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanımalarının maddi sübutudur. Bayraq muzeyə hakimiyyət rəmzi olaraq hədiyyə edilib.

 

Sözügedən bayrağın sapı bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək, qoruyucu maddə ilə örtülüb. Eksponatın ucluq hissəsindəki qotazı isə muzeyin bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən demontaj edilib. Üzərində olan güləbətin tikmələri, qaytanı, baftası mexaniki və kimyəvi üsulla təmizlənib, qopan ipləri yerinə bərpa edilərək, eksponata ikinci həyat verilib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Azərbaycan onun qoyduğu siyasi kursla irəliləyir

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY