Məhəmməd Əmin Rəsulzadənin anım günündə FİLM NÜMAYİŞİ

19:20 27-01-2023 | icon 218 | Cəmiyyət
Məhəmməd Əmin Rəsulzadənin anım günündə FİLM NÜMAYİŞİ

Məhəmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar olaraq 31 yanvar tarixində "Park Cinema" kinoteatrlar şəbəkəsində görkəmli şəxsiyyət haqqında çəkilən film nümayiş olunacaq.

 

Versus.Az xəbər verir ki, ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

 

Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur.

 

Layihənin müəllifi Aztv-də yayımlanan "Yüz ilin sirləri" verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

 

Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olub.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN